dəridə-qaşınma.jpg

Dəridə qaşınma haqqında məlumar verərdiz ?

Dəridə qaşınma şikaytəti ilə klinikamıza tez-tez randevular alınır. Hər bir insan ömründə bir epizod olsa da dəridə qaşıntı problemi ilə üzləşir. Dərinin qaşınması hər yaşda görülən dəri xəstəlikləri içərisindədir. Deyərdim ki, dərinin qaşıntısı şikayəti dermatologiyada görülən ən sıx dəri problemlərindədndir. 

Qaşınma hansı yaşlarda görülür ?

Qaşınma problemi yaş tanımır. Həm uşaqlarda dəri qaşınması, həm də böyüklərdə dərinin qaşıntısı problemi yarana bilər. Qadınlarda dəri qaşınması ilə kişilərdə dəri qaşınması demək olar ki, eyni səviyyədə görülür. Bundan əlavə qocalarda və yaşlılarda dəri qaşınması ayrıca bir ciddi sağlıq problemi kimi qarşımıza çıxır. 

Dəri qaşıntısı hansı formalarda olur ?

Dərinin gicikəməsi lokal və generalizə formada yarana bilər. Lokal dəri qaşıntısı yalnız bir nahiyyədə yaranır. Generalizə və ya yayğın dəri qaşıntısı isə dərinin hər bir nöqtəsində özünü göstərə bilər. Məsələn cinsi nahiyyədə qaşınma, əllərdə qaşınma, ayaqda qaşınma, başda qaşınma, anusda qaşınma, üzün qaşınması və s. dərinin lokal qaşıntı problemlərinə nümunə ola bilər. Anal qaşınma ilə müraciət edən xəstələr çox olur. Anal qaşıntı problemi olanlarda əksərən dərinin digər yerlərində qaşıntı problemi olmur. Eyni ilə qaşıqda qaşınma şikayəti olanların çoxunda başqa nahiyyələrində qaşınma problemi olmur. 

dəridə qaşınma

 

Dəri qaşınmasının səbəbi nədir ?

Dəridə qaşıntının səbəbi həm ekzogen, həm də endogen faktorlardan asılıdır. Bundan əlavə bəzi dəri xəstəlikləri vardır ki, onların verdiyi dəri səpgiləri də qaşıntı verə bilər. Məsələn psoriaz və ya pullu dəmrov xəstəliyi dəridə qabıqlı qızartılar verir. Bu səpgilər əksərən qaşıntılı olur. Bəzən isə dəri qaşıntısı heç bir səpgi ilə özünü göstərmir. Yəni sağlam dərinin qaşınması müşahidə edilir. Belə xəstələrdə dəridə dırnaq cırmağına bağlı ikincili dəri dəyişikliyi yaranır. 

Ekzogen səbəblərə nələr aiddir ?

Dəri qaşınmasının xarici və ya ekzogen səbəbləri xarici amillərdən asılıdır. Geyimlər, sabunlar, şampunlar, isti, soyuq, günəş, kimyəvi maddələr və s. faktorlar daxildir. 

Dəri qaşınmasının endogen səbəbləri nələrdir ?

Dəri qaşınmasının daxili səbəbləri də ola bilər. Daxili xəstəliklər dəridə dəyişikliklər verə bilər. Ona görədir ki, dəri daxili orqanların güzgüsüdür ifadəsiz tez-tez istifadə edilir. Maddələr mübadiləsi pozulması, hormonal xəstəliklər, daxili orqanların xərçəngi, qan xəstəlikləri, vitamin və mikroelement əksikliyi, revmatizmal xəstəliklər, infeksioz xəstəliklər, nevroloji və psixiatrik problemlər, ürək damar sisteminin və s. problemləri dolayı yolla dəri, dırnaq, saç və ağız boşluğunda dermatoloji problemlər yarada bilər. Ona görə dermatoloq dəridə qaşıntının səbəbi olaraq daxili xəstəliklərdən şüphələnərsə xəstəni əlavə testlərə və müayinələrə yönləndirə bilər. 

Qaşınma xəstəliyi üçün terapevtə gedilməlidir ?

Xeyr. Dərinin qaşınması dermatoloji problem hesab edilir. İstər dəridə səpgisiz qaşıntı, istərsə də dəridə səpgili qaşıntı üçün dəri həkiminə müraciət edilməlidir ilk növbədə. Cünki qaşınma xəstəliyinin səbəbi bəzən adi ekzogen faktor olur və əlavə müayinələrə belə ehtiyac olmur. Bəzən isə adi səpgili dəri xəstəlikləri dərinin qaşınma səbəbi ola bilir. Dəridə qaşınma səbəbinin təyini üçün dermatoloq daxili xəstəliklərin fonunda yarana biləcəyini ehtimal edərsə o zaman xəstə analizlərdən keçirilir. Analizlərin nəticəsində dəridə qaşınmanın daxili xəstəliklərlə əlaqəsi aşkar edilərsə o zaman xəstə dermatoloq tərəfindən terapevt başda olmaqla digər ixtisas həkimlərinə yönləndirilərək müştərək müalicələr təşkil edilir. 

dəridə qaşınma

Baldırda qaşınma nədəndir ?

Bəzi insanlarda qaşıntı yuxarıda söylənildiyi kimi lokaldır. Yəni dərinin bir hissəsində özünü göstərir. Məsələn bir çox insanlarda saədəcə baldırlarda qaşınma şikayəti olur. Baldır topuqdan dizə qədər olan anatomik nahiyyədir. Əsasən yaşlı insanlarda rast gəlinir. Atopik ekzema fonunda baldırlarda qırmızı səpgilər yarana bilər ki, bunlar əksərən qaşıntılır olur. Bundan əlavə pullu dəmrov xəstəliyi bəzən baldırlara lokalizə olaraq qaşıntılı qabıqlı qızartılar verə bilər. Aşağı ətraflarda qaşıntı avtoimmun dəri xəstəlikləri o cümlədən vaskulit, lupus xəstəliyi də səbəb ola bilər. Yay yalarında günəş allergiyası fonunda baldırların qaşınması müşahidə edilə bilər. 

Gözətrafı qaşınma nədəndir ?

Dəridə qaşınma bəzən göz qapaqlarında da özünü göstərir. İlk əvvəl göz qapağında başlayıb sonra bütün bədənə yayıla da bilər. Əksərən göz qapaqlarında qabıqlı qızartı ilə özünü göstərir. Ağır formalarda gözətrafı şişmə də yarana bilər. Gözqapağının qaşınması haqqında daha ətraflı məlumat üçün linkə basmağı tövsiyyə edirik. 

Başın qaşınma səbəbi nədəndir ?

Başın qaşınması həm kişilərdə, həm də xanımlarda ciddi diskomfort verə bilər. Başda qaşıntı problemi əksərən saçlarda kəpəklənmə ilə özünü göstərir. Qadınlarda daha çox ənsədə qabıqlanma formasında qarşımıza çıxa bilər. Belə xəstələrdə ənsədə qızartılı qaşıntı əsas klinik əlamət hesab edilir. Başda psoriaz ən çox ənsədə qaşınma verə bilir. Başda qabıqlanma verən digər xəstəlik seborreyalı dermatit xəstəliyidir. Belə xəstələrdə saçlarda yağlanma da özünü göstərir. Avtoimmun dəri xəstəlikəri fonunda xüsusən qırmızı qurd eşənəyi və ya lupus xəstəliyi fonunda başda qaşıntılı qızarıtlar yarana bilər. Uşaqlarda başın qaşınması ən çox bit invaziyları fonunda yaranır. Lakin uşaqlarda dəmrov xəstəliyi saçlara yayılaraq qabıqlı qaşınma səbəbi ola bilər. Saç tökülməsi ilə özünü göstərən bir çox trixoloji problemlər başın qaşınması ilə paralellik təşkil edə bilər.  Ocaqlı dazlıq xəstələrinin tala-tala tökülən yerlərində də qaşıntı ola bilər. 

Əllərin qaşınması nədəndir ?

Əllərdə qaşıntı şikayəti ilə tez-tez müraciət olunur. Əllərin qaşınma səbəbi çoxdur. Parazitar invaziyalar səbəbiylə əllərdə gicikmə xüsusən barmaqarasında qaşıntı sıx görülür. Belə xəstələrdə gecələr artan qaşınma şikayəti olur. Qaşıntı o qədər şiddətli olur ki, yuxusuzluq da yaradır. Ovuclarda qaşınma hamiləlik dermatozları içərisində özünü göstərir. Hamilə qadınlarda əllərin qaşınması öd yollarının durqunluğu fonunda özünü göstərir. Əllərdə qabıqlanma ilə özünü göstərən qaşıntı dəmrov xəstəliyi xüsusən psoriaz xəstəliyi fonunda yarana bilər. Atopik ekzema və kontakt dermatitlər də əllərda qaşınmaya gətirib çıxarda bilər. Qışda əllərdə quruluq problemi özü birbaşa qaşıntı səbəbi ola bilər. 

Dəri qaşınmasının müalicəsi varmı ?

Dəridə qaşınma dermatologiyada rast gəlinən ən çətin problemlərdən biridir. Dəri qaşınmasının diaqnoastikasını aparmaq bir çox dermatoloq üçün çətinlik yarada bilər. Lakin, mərkəzimizdə istənilən növ dəridə qaşıntı probleminə baxılır və dəqiq diaqnostikası aparılır. Bəzən dəri qaşınmasının səbəbi adi ekzogen səbəbə bağlı olur. Bəzən istə dəridə qaşınmanın səbəbi daxili orqanların ciddi xəstəlikləri o cümlədən onkoloji problemlə bağlı olur. Lakin səbəbindən asılı olmayaraq bütün dəri qaşınması probleminin müalicəsi vardır. Hətta səbəbi aşkar edilərsə bu problemdən biryolluq qurtulmaq da mümkündür. 

 

 

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


6 şərh var

  • Sadiq

    03/10/2023 at 04:16

    Salam Doktor, Mən Hərbi Xidmətimin Bitməsinə Az Qalmış Qaşınmaya Düşdüm, Əllərimin Üstündə, Arasında Sulu Sızanağlar Çıxırdı, Təxmini 5aydı Bədənim Qaşınır, Gecələr Şiddətlənir, Əlimin Üstü Qabığlanır, Arada Bir İsə Barmağlarımın Arasında Sulu Sızanağlar Çıxır. Müalicəsi Var? Ağır Xəstəlikdi?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. İstənilən növ qaşıntının çarəsi vardır. Sadəcə səbəbi bilmədən düzgün müalicə təyin etmək olmaz. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  • Nadir

    05/09/2023 at 16:15

    Salam doktor mənim qarnìm cox pis qaşìnır bunun sebebi nedir sepgiler yaranib mùalicesi var?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Yaxından müayinə edib səbəbini araşdırmaq lazımdır. Düşünürəm həll olunan problemdir. Müraciət edə bilərsiz. Hörmətlər

  • Ramin

    16/08/2022 at 04:46

    Salama doktor. Bir neçə həkimə də getmişəm çox üzr isdiyirem pemis və xaya nahiyəsində güclü qaşına və yaralar var və 3 aydır ki bunnan əziyyət çəkirəm heç bir həkimə diaqnoz qoya bilmir dəhşətli qaşınma verir yatmaqla da qoymur təkrar bir müalicəsi var bunun?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Qaşıntının 1001 səbəbi var məqalədən də görəsndiyi kimi. Cinsi qaşınma xüsusi yanaşma tələb edir. Səbəbləri isə çoxdur. Əyani müayinələrdən sonra diaqnozu dəqiqləşdirmək olar. Müraciət edə bilərsiz. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN