Başda qabıqlanma nədən yaranır ?

başda qabıqlanma

Başda qabıqlanma şikayəti ilə klinikamıza randevu alanlar çoxdur. Saçlarda qabıqlanma səbəbi olan bir çox dəri xəstəlikləri var. Onların bəziləri lokal xarakterli olur, müalicə ilə birdəfəlik aradan qaldırmaq mümkündür. Amma bəziləri xroniki xarakterli olur və xəstələr ömür boyu bu problemlə yaşamalı olurlar. Dermatoloq qeyd edib ki, psoriaz xəstəliyi saçlarda kəpəklənmə verən ən önəmli dəri xəstəliklərindən  biridir. Dəridə və saçlarda pullanma yaratdığı üçün buna pullu dəmrov xəstəliyi də deyilir. Belə xəstələrdə sadəcə, saçlı dəridə qabıqlanma yaranmır. Eyni zamanda başda şiddətli qaşıntı və qızartı da özünü göstərə bilər. Başda psoriaz bəzi xəstələrdə ənsə nahiyyəsindən başlayır. Lakin bəzilərində saçın ön hissəsində qabıqlı qızartılar meydana gəlir. Digər xəstələrdə saç tökülməsi problemi də əlavə oluna bilər. Başında qabıqlı qızartılar olanlarda paralel şəkildə qulaq arxasında kəpək və qulaq keçəcəyində qabıqlanma meydana gələ bilər. Saçlarda kəpəklənmə və qoğlanma zaman içərisində üzün və bədənin digər nahiyələrinə də yayıla bilər. Uşaqlarda dəmrov da başda kəpək yaradır. 

başda qabıqlanma

Başda qabıqlanma səbəbi yalnız pullu dəmrov xəstəliyi ilə əlaqəli yaranmır. Başın qabıqlanması və kəpəklənməsini başqa dəri xəstəlikləri də verə bilər. Dermatit xəstəliyi skalpda qaşıntılı qabıqlanma problemi yarada bilər. Bu xəstələrdə də qulaq arxasında qabıqlanma meydana gəlir.  Qaşlarda qabıqlanma və burun ətrafı qızartılar dermatit problemi olanlarda ən sıx görülən simptomlardandır. Dermatit xəstəliyinin də müxtəlif səbəbləri və klinik formaları mövcuddur. Bu baxımdan saçlarda qabıqlı qızartıları olan bütün xəstələri psoriaz kimi qəbul etmək olmaz. Başda qabıqlanmanın səbəbi nə olursa olsun hər bir halda xəstəliyin müalicəsi mümkündür. Lakin, başda kəpəklənmə verən çoxlu sayda bir-birinə bənzəyən dəri xəstəlikləri olduğu üçün diaqnozun dəqiqləşdirilməsi üçün dermatoloq xəstədən əlavə laborator, radioloji, mikrobioloji, allergik və s. testlər tələb edə bilər. Lakin dəri biopsiyası ən sıx istənilən və etibarlı dəri testidir. Dəri biopsiyası ilə hətta 100%-lik dəqiqliklə saçlı dəridə qabıqlanma probleminin səbəbini təyin etmək mümkündür. Sonda dermatologiya uzmanı vurğulayır ki, başın kəpəklənməsi, başda qabıqlanma verən xəstəliklər çarəsiz deyildir, müalicəsi vardır. 

 

 

 
 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

14 Responses

  1. Salam həkim mən yağlı seboreyadan əziyyət çəkirəm. Neçə həkimə getmişəm məni aldadır . Saçlarım yağlanır, yumşalır və pis günə düşür seyrəkləşir.Mən necə edim saçlarımı necə bərpa edim.Hansı müalicə tədbirlərini görum

    1. Salam həkim mənim saçimin dərisində qabiğ yaranir qabiğ formasinda olur və təmizləyənən sonra yeri qizartli qalir bunun müalicəsi varmi ?

      1. Salam. Təbii ki müalicə üsulları vardır. Şikayətləriniz davam edirsə müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️

  2. Doktor salam,təxmiən 1 ay bundan əvvəl oğlum Rəvanın saç tökülməsi başladı,həkim məsləhətilə həmin başda olan təxminən 50 əpiklik boyda yerə gündə2-3 dəfə sarımsaq sürtmək məsləhət görüldü,Təxminən 10-15 gündən sonra həmin nahiyə şişməyə başladı.Sonra Rəvan dərsdı olarkən həmin nahiyədən deşilərək maye axdıgını görüb,sonra isəşiş xeyli azalsa da hələ tam bərpa olmayıb.Cərraha müraciət etdik,məsləhət gördü ki, gözləyək, ola bilər öz-özünə bərpa ola bilər.

    1. Salam. Görünür fəsadlaşıbdır. Müraciət edə bilərsiniz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️

  3. Salam həkim.. Mənim başımdavə qaşımda şiddətli qaşıntı və qızartı olur ..qulağımda qabıqlanır.. bunun tam müalicəsi varmı?

  4. Salam doktor bir neçə həftə öncə evde uşaqlarda oldu sonra bizə keçdi sirke vardı çox çetinlikle temizledik ama ondan sonra saç diblərim çox qabıqlayır və qaşınır hazırda narahatam qabıqa görə qaşınır yoxsa sirke yene var qaşınır 🤦 qabıqlanan saç üçündə nə məsləhət görerdiniz?

  5. Salam doktor mənim bədənim qablğ verir yəni qızartı falan heşnə yixdu boş qabığ verir birdə burun ətrafı bu nədəndi deirlər vitamin çatışmazlığından dərin qurudu deyə olur bu düzdü?

  6. Salam Doctor men sacimda 2 3 il evvel kepeklenme oldu sora zamanla arti sac diblerinde qawintisida olur hetda bezen yara kimk qopardiramda dermotoloqa getdim Ketarol sanpun ve diprosalik lasyonu yazdi .lasyonla kecir gedir wanpun daimi istifade edirem ama 1 2 ay sora yene bawlir agirlawir ne meslehet gore bilersiz?

    1. Salam. Əgər kəpəkli qaıqlanma varsa deməli saç diblərində iltihabi reaksiya gedir. Tək şampunla düzəlməz bu xəstəlik. Mütləq kompleks müalicələr təyin edilməlidir. Müalicədən əvvəl isə əsas diaqnoz qoyulmalıdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər