Uşaqlarda dəmrov xəstəliyi valideynləri narahat edən və dermatoloqa gətirən dəri problemlərindən biridir. Pediatrik dermatologiya sahəsinin problemi olduğu üçün uşaqlarda dəmrov problemi ilə dermatoloq həkimlər məşqul olur. Ona görə uşaqlarda qırmızı səpgilər meydana gəldiyi təqdirdə valideynlər bir qayda olaraq ilkin müraciət üçün dermatoloq randevusu alırlar. Ümumiyyətlə dəmrov xəstəliyi ümumi anlayışdır. Dəmrov adətən dəridə qaşıntılı qabıqlı qızartılar ilə özünü göstərən xəstəlik qrupuna verilən addır. Demək olar ki, hər növ dəmrov xəstəliyi qaşıntılı qızartılı səpgilər ilə özünü göstərir. Lakin, dərinin növündən asılı olaraq səpgilərin rəngi al qırmızıdan tutmuş tünd qəhvəyi rəngə qədər fərqlilik göstərə bilər. Dəridə qaşıntı isə dəmrovun növündən asılı olaraq az ya çox ola bilər. Ona görə də dəmrovun çoxlu növü vardır. Hər biri də fərqli dəri xəstəliyini təmsil edir. Dəmrovun mənşəyini təyin etmək üçün dəri həkimi xəstəni əyani müayinə etməlidir. Uşaqlarda qaşıntılı səpgilər hər növ dəmrov xəstəliyi tərəfindən törədilə bilər. Dəmrovun da çoxlu növü vardır.
Uşaqlarda dəmrov xəstəliyi ən pis halda pullu dəmrov və ya psoriaz tərəfindən törədilə bilər. Pullu dəmrov dərinin xroniki, non-infeksioz xəstəliyidir. Bir ömür boyu davam edir. Lakin, peşəkar dermatoloq tərəfindən pullu dəmrovun müalicəsi və profilaktikası təşkil edilərsə uşaqda qabıqlı qızartılar uzun müddətliyinə itə bilər və uşaq komplekslərdən qurtula bilər. Ona görə analar ümidisz olmamalıdırlar. Uşaqlarda psoriaz xəstəliyi müalicə olunur. Pullu dəmrovun müalicəsi üçün kremlər, losionlar, sabunlar, şampunlar istifadə edilir. Ağır psoriaz formalarında daxilə potent immunosupressiv müalicələr də təyin edilər bilər. Lakin, valideynlər uşaqda dəridə yaranan hər qabıqlı qızartıları psoriaz xəstəliyi tərəfindən törədildiyi qənatinə gəlməməlidirlər. Yuxarda söylənildiyi kimi dəmrov xəstəliyi çox varinatlıdır. Dəqiq diaqnozun qoyulması üçün peşəkar dermatoloq müayinəsi lazımdır. Qeyd edək ki, dəridə qabıqlı qızartı və qaşıntıdan əziyyət çəkən bir çox uşaqlara yanlış olaraq psoriaz və ya pullu dəmrov xəstəliyi diaqnozu qoyulmuşdur. Hətta bəziləri yanlış müalicələr qəbul edirlər. Belə olan halda şüphəli diaqnozu dəqiqləşdirmək üçün dermatoloq həkim dəri biopsiyasına müraciət edir.
2 Responses
Salam xaiw bir care deyin artix pisxoluju prablem yaradir mende ag leke var mende evelde olub 2 il idi ki yox idi indi yene duwur qawinmara verir nedi prablemim bir mualicesi varmi onun
Salam. Dəridə ağ ləkə verən 1001 dəri xəstəliyi vardır. Diaqnozu və səbəbi təyin etmək üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə