Günəş allergiyası olanlar nə etməlidirlər ?

Günəş allergiyası

Günəş allergiyası isti sezonlarda bir çox insanlarda meydana gələn və bütün dəridə əsasən isə üzdə qaşıntılı səpgilər ilə özünü göstərən dəri xəstəliklərinin toplusuna deyilir. Bu cür dermatoloji problemlər bir başa günəşin ultrabənövşəyi şüları (UV) ilə əlaqəli meydana gəlir. Günəşə bağlı dəri problemləri adətən dərinin günəş vuran açıq yerləri və ona yaxın nahiyyələrdə yaranır. Əsasən üz, sinə (dekolte) qolların xarici səthi, əllərin üstü, baldırlarin ön tərəfləri, ayaqların üstü daha çox zədələnir. Günəşlə əlaqəli dəri səpgiləri adətən yaz və yay aylarında kəskinləşir, payız və qış aylarında isə sönməyə başlayır. Dəridə günəşlə əlaqəli qızartı və qaşıntı fevral ayının sonlarından etibarən başlaya bilər. 

Günəş allergiyası

UV olaraq bildiyimiz ultrabənövşəyi şüalar dəridə sadəcə günəş allergiyası deyil eyni zamanda allergik mənşəli olmayan digər dermatoloji problemlər də yarada bilər. Məsələn, pemfiqus xəstəliyi günəş şüalarının təsirindən remissiyadan çıxa bilər və xəstəlik kəskinləşə bilir. Günəşin ultrabənövşəyi şüaları herpes xəstəliyini də kəskinləşdirir. Rozasea və ya gənə xəstəliyindən əziyyət çəkənlərdə qızartılar alovlana bilər. Qırmızı qurd eşənəyi xəstəliyi və dermatomiozit xəstəliyi olanlar xüsusən diqqətli olmalıdırlar. Günəşli sezonda avtoimmun revmatizmal dəri xəstəlikləri residiv verir.

Günəş allergiyası olanlar fevral ayının sonlarından etibarən günəşdən qorunma qaydalarına əməl etməyə başlamalıdırlar. Günəş həssaslığı olan insanlar sadəcə günəşli sezonlarda deyil, eyni zamanda qış aylarında xüsusən qarlı havada belə günəş şülarının mənfi təsirlərinə qarşı diqqətli olmağı bacarmalıdırlar. Lakin, günəşli sezonlarda fotosensitiv insanlar günəşdən həm fiziki, həm də kimyəvi yollarla qorunmalıdırlar. Günəşdən fiziki qorunma dedikdə dekolte nahiyyəsini, aşağı və yuxarı ətraflıar örtəcək uzun və dərini sərin tutan geyimlər nəzərdə tutulur. Habelə günəş eynəkləri və baş örtükləri də buraya daxildir. Günəşdən kimyəvi qorunma dedikdə isə dəriyə 2 saatdan bir tətbiq edilən +SPF günəşdən qoruyucu kremlər nəzərədə tutulur. Altı ayından etibarən isə xüsusən uşaqları günəşdən qorumaq lazımdır. Günəşdən qoruma tədbirləri tətbiq edilməsinə rəğmən günəş altında qaldıqdan sonra dəridə qaşıntılı qızartılı səpgilər meydana gələrsə mütləq dermatoloq həkimə müraciət edilməlidir.

 

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

3 Responses

  1. Salam həkim.
    Mən beyin əməliyyatı keçirmişəm 2008ci ildə. Əməliyyat sonrası şüa terapiya almişam 1 ay. Üstünden illər keçməsinə baxmayaraq hələ də günəşli havada əllərimin içi qaşınır, barmaqlar şişir qatlanmir. Bu qaşıntı məni çox narahat edir.
    Bunun üçün ne ede bilerem?
    Her hansı allergiya dermanı istifade etsem olarmı?

  2. Salam doktor nolar mənə kömeyliy edin xahiş edirəm edseniz çox sağ olun mende olan üz deri problem di. Hekim ele bil menim 15 yaşım olandann bu xesteliy üzrə eziyyet çekirem düz 3 ildi oldu. Hekim size ehtiyacım odurki menim üzümün derisi qaşınmır amma yanır ele yanır istliy buraxlr elebil qızdırmam var hemde toxunanda ağıyır. Hansı hekimə getmişem derman deyilibler vitamin ancaq ama mence qaımda virus var ola biler hekim hekim men uşaq vaxtı pastanı vurmuşdum üzümə ve biide şpaklopka vurmuşdum onlardan yana bilər hekim nolar mene kömey edin size neqeder pul isteysiz qurban dı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir