Dermatoloq / Dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi

Daxili Xəstəliklər və Dəri

Daxili xəstəliklər və dəri barəsində ümumi məlumat





Daxili xəstəliklər və dəri xəstəlikləri bir çox hallarda müştərək şəkildə meydana gəldiyi üçün ”dəri daxili orqanların və insan ruhunun aynasıdır” deyirlər. Yəni dəridəki problemlər daxili orqanlar və ruh sağlığı haqqında məlumat verə bilər. Bəzi dəri xəstəlikləri dəriyə məhduddur. Yəni, daxili xəstəliklər, sistem problemləri, xərçəng və ya sindromlarla əlaqəli deyildir. Bəzi dəri xəstəlikləri isə daxildən gələn sistem problemlərinin bir parçası şəklində ortaya çıxır. Yəni dəri problemləri daxili orqan və sistemlərdə gizli gedən ciddi problemlərin ilkin xəbərçisi kimi özünü göstərir. Bəzi şanslı xəstələrdə daxili orqan xəstəlikləri öz klinik əlamətləri özünü biruzə vermədən öncə dəridə ağ ləkə, qəhvəyi ləkə, qırmızı ləkə, törəmə, qızartı, qaşıntı, quruluq, qabarcıq, yaralar, qabıqlanma, alopesiyalar, dırnaq problemləri və ağız boşluğunun selikli qişasının patologiyaları orataya çıxır. Belə olan halda dermatoloq vəya dəri həkimi əgər peşakardırsa bu xəstə dərhal müayinələrdən və analizlərdən keçirilərək daxili xəstəliklərin izinə düşülür.

Əgər xəstədə sistem problemi aşkarlanarsa xəstə o zaman həmin orqan və sistemin ixtisas həkiminə yönləndirilərək dəri və daxili xəstəliklərin müalicəsi və müşahidəsi müştərək şəkildə aparılır. Demək olar ki, bütün orqan və sistemlərin xəstəlikləri bu vəya digər şəkildə dəri xəstəlikləri şəklində özünü göstərə bilər. Hətta daxili orqanların bədxassəli şişləri, xərçəng xəstəliyi də ilk başda dəri problemləri yarada bilər. Bəzən olur ki, dəri səpgilərinə görə xəstənin daxili orqanlarındakı bədxassəli törəməni, xərçəng xəstəliyini erkən mərhələdə izinə düşə bilirik və xəstənin həyatını qurtarılmasında dermatoloq və ya dəri həkimi kimi öz tövhələrimizi verə bilirik. Bunun üçün isə soydaşlarımız dəridə, saçlarda, dırnaqlarda, ağız boşluğunda meydana gələn şikayətləri uzatmadan, özfəaliyyət etmədən zamanında dermatoloqa müayinə etdirməlidir. Cünki, sizdəki dəri xəstəliyinin daxili orqanlarla əlaqəsi ola bilər. Daxili orqan xəstəlikləri isə həyatı təhlükəli hal olduğu üçün onun erkən mərhələlərdə aşkar edilməsi həyat qurtarıcıdır.

Lakin ölkəmizdə bu istiqamətdə yanlış praktikalarla üzləşirik. Belə ki, dəridə, ağız boşluğunda, dırnaqlarda, saçlarda hər hansı problem yarandığı halda bir çox xəstələr daxili xəstəliklərdən şüphələnərk dermatoloqa müraciət etmək əvəzinə dərhal endokrinoloq, qastroenteroloq, hepatoloq, revmatoloq, nevroloq, hematoloq, pediatr, terapevt, allerqoloq, radioloq, infeksionist, psixiatr və digər ixtisas həkimlərinə müraciət edirlər. Belə olan halda hər bir ixtisas həkimi dəri xəstəsini çoxlu sayda gərəksiz ‘’check up’’ dərəcəsində müayinələrdən keçirdir. Nəhayətdə xəstədə heç bir problem aşkar edilmir, heç bir ciddi müalicələr verilmir. Zaman itkisinə görə dəri xəstəliyi dərinləşdikdən sonra dəri həkiminə müraciət edirlər. Dəri həkimi proqressivləşmiş xəstəliyin diaqnozunu qoyandan sonra məlum olur ki, bu xəstəliyin heç bir daxili sistem problemi ilə əlaqəsi yoxdur. Bu dəriyə məhdud sadə bir dəri xəstəliyidir. Sadəcə zaman itkisinə məruz qaldığı üçün sadə bir dəri xəstəliyi dərinləşərək fəsadlaşmışdır.

Deməli dəri xəstəliyinin diaqnozunu qoymadan araşdırmalar aparmaq olmaz. Dəri problemlərinin diaqnozunu qoyacaq isə yalnız bir ixtisas həkimi vardır o da dermatoloq və ya dəri həkimidir. Dəri həkimi dəridə, dırnaqda, saçda, ağız boşluğunda yaranan problemləri qiymətləndirir və diaqnoz qoyur. Sonra diaqnoza uyğun barmaqla sayıla biləcək qədər az ehtimal edilən daxili orqan və sistemlərin xəstəliklərini araşdırır. Bu həm maliyyə, həm də zaman itkisi baxımından daha səmərəli qəbul edilir və dünyada da bu praktika tətbiq olunur. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki,  mərkəzimizdə kiçik dəri problemləri ilə böyük daxili sistem problemlərini aşkar edərək nəyinki dəri xəstəliyini müalicə edirik, hətta xəstə üçün həyati təhlükəli daxili xəstəliklərini zamanında aşkar edib aid olduğu ixtisas həkimlərinə yönləndiririk. Nəticə etibarı ilə daxili xəstəliklər və dəri xəstəlikləri müştərək qaydada, kompleks şəkildə müalicə edilir.



DERMATOLOGİYA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI







Həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?


DAXİLİ XƏSTƏLİKLƏR VƏ DƏRİ BARƏSİNDƏ DAHA ÇOX ÖYRƏN


Üzdə ağ ləkələr şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Üzdə ağ ləkə verən dəri xəstəlikləri çoxdur. Hər yaşda üzün ağ ləkələri probleminə rast gəlmək

Morfea xəstəliyi insanda rast gəlinən nadir dəri xəstəlikləri arasında incələnir. Əsasən qadınlarda daha çox görülsə də kişilər də morfea xəstəliyinə tutulurlar. Dəridə bərkimə ilə

Behçet xəstəliyi dərinin və selikli qişaların avtoimmun xroniki ilttihabi xəstəliyidir. Adı keçən dəri xəstəliyini ilk dəfə türkiyəli dermatoloq



ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN