Dəri həkimi sadəcə böyüklərin dəri problemlərini deyil eyni zamanda uşaq dəri xəstəlikləri ilə də məşquldur. Pediatrik qrupda ən sıx rast gəlinən dəri xəstəliklərindən biri də atopik dermatit və ya atopik ekzema xəstəliyi sayılır. Bu xəstəlik əsasən pediatrik dermatologiya sahəsinin problemi sayılır. Atopik ekzema atopiya halına qarşı genetik meyilliyi olan uşaqlarda yaranır. Adətən valideynlərin birində atopik hal olur. Yəni, valideynlərdən birində və ya hər ikisində allergik rinit, allergik konyuktivit, allergik astma və atopik dermatit problemi ola bilər. Əsasən yanaqlarda, aşağı və yuxarı ətrafların bükənəklərində, ətrafların xarici hissəsində, əl və ayaq üzərində, qulaqarxası, dodaqlarda və dodaq kənarlarında və s. dəri bölgələrində qızartı, qaşıntı, qabıqlanma, axıntı verən səpgilər şəklində özünü göstərir. Dəridə qaşıntı bəzən o qədər şiddətli ola bilər ki, uşaqda yuxusuzluq və stress yarada bilər. Xəstənin həyat keyfiyyətini və əmək qabiliyyətini ciddi şəkildə aşağı salır. Gecələr də dəridə qaşınma artır. Atopik ekzema problemi olan uşaqlarda genetik olaraq dərinin barier funksiyası xeyli zəyif olur.
Bu səbəbdən uşaqlarda allergenlərə qarşı, xüsusən toz və toz gənələrinə qərşı yüksək həssaslıq görülür. Ona görə də yaz aylarında çiçək tozlarının yayğın olduğu dönəmlərdə bu xəstəlik kəskinləşir. Qış aylarında da hava quruluğuna bağlı atopik dermatit kəskinləşərək səpgilərin artması müşahidə edilir. Ona görə də atopik ekzema problemi olan uşaqlar daim dəri həkimi nəzarətində qalmalıdırlar. Cünki, bu xəstəlik xroniki gedişata malikdir. Yəni atopik dermatit dermatoloq müalicəsi ilə remissiyaya girir, profilaktik tədbirlər kəsildikdə xəstəlik yenidən residiv verir. Ona görə belə xəstələr dermatologiya uzmanı ilə ünsiyyəti kəsməməlidirlər. Dermatoloq tərəfindən təyin edilmiş nəmləndirici kremləri və losionları daima istifadə etməlidirlər. Dermatoloqun təyin etdiyi profilaktik tədbirləri yerli yerində və daima etməlidirlər. Dəri həkimi allergik fonu araşdırmaq üçün xəstədən əlavə qan analizləri də istəyə bilər. Atopik dermatit xəstəliyinin müalicəsi vardır. Atopik ekzema xəstəliyinin müalicəsi üçün ən müasir üsullar seçilir. Müalicədə əsasən antihistaminiklər, daxilə və yerli steroidlər, nəmləndiricilər, antibiotiklər, immunomodulyator preparatlar istifadə edilir.