fbpx

Səhhətiniz möhkəm olsun

DƏRİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ

Dəri həkimi olaraq müstəqil tibbi fəaliyyətimiz sırasında şəfasına qovuşdurduğumuz bir qisim pasientlərin fotoları.






Dəri xəstəliklərinin müalicəsi çətindir. Nəinki müalicəsi hətta dəri xəstəliklərinin diaqnostikası da bəzən çətinlik törədir. Bunu söyləyən Mehdi doktor dermatologiya sahəsinin o qədər də asan olmadığını söylədi. Beləki, dəri səpgiləri əksərən bir birinə çox bənzədiyi xəstəliklərin differensiasiyası çətinlik yarada bilər. Ona görə diaqnozu dəqiqləşdirmək üçün əlavə testlərə xüsusən, dəri biopsiyası, göbələk testi və s. tələb edilə bilər.  Dəri xəstəliyinin diaqnozu qoyulduqdan sonra dermatoloq dəri xəstəliyinin səbəbi və provokasiyaedici amilləri təyin etmək üçün laborator, radioloji, mikrobioloji və s. analizləri istəyə bilər. Dəri həkimi üçün dəri xəstəliyi ilə əlaqəli bütün suallar aydın olduqdan sonra dəri xəstəliyinin müalicəsi planını tərtib edir. 

Dəri xəstəliklərinin müalicəsi kompleks yanaşma tələb edir. Tək bir həblə və tək bir məlhəmlə müvəqqəti nəticə əldə etmək olar lakin, dəri xəstəliyinin tam müalicəsi mümkün olmaz. Ən çox pullu dəmrov xəstəliyindən əziyyə çəkən pasientlər apteklərdən psoriaz üçün maz tələbində olurlar o ümidlə ki, dəri xəstəliyi tam sönsün. Lakin, həqiqətdə çox az dəri xəstəliyi tək bir məlhəmlə müalicə edilə bilər. Psoriaz xəstəliyi isə müalicəyə çətin tabe olsa kompleks müalicələr ilə pullu dəmrovu remissiyaya salmaq mümkündür. Əksər dəri xəstəliklərinin müalicəsi üçün yerli preparatları istifadə edilir. Bir çox hallarda yerli müalicələr ilə dəri xəstəliyi xeyli sönükür. Lakin mazlar və kremlər fayda etmədəiyi təqdirdə dermatoloq daxilə əlavə müalicələr də təyin edə bilər. 

Dəri xəstəliklərinin müalicəsi xarici və daxili olaraq iki yerə bölünür. Xarici müalicəyə yerli və ya topikal terapiya da deyilir. Dəri xəstəliklərinim yerli müalicəsi zamanı məlhəmlər, kremlər, losionlar, sabunlar, şampunlar, antiseptik məhlullar, nəmləndiricilər və s. istifadə edilir. Dəri xəstəliklərinin topikal terapiyası zamanı yerli preparatlar dəri səpgilərinin üzərinə tətbiq edilir. Bir xəstəliyinin müalicəsində eyni anda müxtəlif yerli preparatlar istifadə edilə bilər. Məsələn psoriazın müalicəsi üçün istifadə edilən topikal preparatlar çoxçeşidlidir və dermatologiya uzmanı əksərən bir necə yerli preparatı xəstəyə təyin edə bilər. Yerli preparatları əksər insanlar təhlükəsiz gördüyü üçün bəzən özbaşına apteklərdən əldə edərək necəgəldi istifadə edirlər. Bu isə öz növbəsində ciddi yan təsirlərə səbəb olur. Dəri xəstəliyinin tanınmaza hal gəlməsinə və ağırlaşmasına gətirib çıxardır. Steroid tərkibli kremlər yersiz istifadə edilərsə dərmandan asılılıq, dərinin incəlməsi, damarlarlanması, tüklərin artması, əlavə qızartıların yaranması və göynəmə, yanma problemlərinə səbəb olur. Ona görə dəri xəstəliklərin müalicəsi üçün mazlar korkoranə dermatoloq təyinatı olmadan istifadə etmək olmaz. 

Dəri xəstəliklərinin müalicəsi daxilə təyin edilən preparatlarla da aparılır. Əzələ daxili, vena daxili, dəri daxili inyeksiyalar və həblər ilə müalicələr təyin edilir. Əsasən sistemik steroidlər, hormonal preparatlar, immunosupressiv dərmanlar, oral retinoidlər, sistostatiklər və s. dəri xəstəliklərinin söndürülməsində istifadə edilir. Bu dərmanlar əksərən ciddi toksik təsirlərə malik olduğu üçün peşəkar dermatoloqlar bu dərmanları ehtiyatla və göstəriş olduğu təqdirdə təyin edir. Müalicələrdən əvvəl və sonra müəyyən testlərdən xəstəni keçirdə bilər. 

Dəri xəstəliyinin müalicəsi üçün istifadə edilən digər üsul prosedural və ya cərrahi dermatologiya vasitəsi ilə həyata keçirilir. Dəri cərrahiyyəsi əsasən dərinin xoşxassəli törəmələri və dərinin bədxassəli törəmələrinin müalicəsi üçün tətbiq edilir. Məsələn maye azot və ya krioterapiya ilə papillomaların müalicəsi geniş yayılmış praktikadır.  Təhlükəli xalların cərrahi yolla çıxarılması və histopatoloji analizə verilməsi dəri problemlərinin həlli yollarından biridir. Keloidlərin müalicəsi zamanı istifadə edilən səpgidaxili steroid yeridilməsi də prosedurla dermatologiyaya daxildir. Ocaqlı dazlıq xəstəliyinin müalicəsi zamanı tökülən yerlərə müxtəlif tipli inyeksiyalar da tez-tez tətbiq edilən metodlardan biridir. Bundan başqa dırnaq batmasının müalicəsi zamanı dermatoloq həkimlər yenə cərrahi müdaxilələr yolu ilə problemli həll edə bilirlər. 



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.