Dermatoloq Bakıda – Dr. Mehdi İSKƏNDƏRLİ
Bakıda dermatoloq qəbulu: dəri, saç və dırnaq problemlərinin müayinəsi, dermatoskopiya və müalicəsi. Qəbul Kutanoz Klinikada aparılır. Dermatoloq olaraq hədəfimiz dəri xəstəliklərindən əziyyət çəkən, yaralarına məlhəm axtaran, canına şəfa gəzən soydaşlarımıza əl uzatmaq, onlara yaxın və əlçatan olmaqdır.
DERMATOLOQ HAQQINDA
Dermatoloq Uzman Dr.
Mehdi İskəndərli
- Dermatoloq Mehdi İskəndərli Avropanın seçilmiş ən yaxşı dermatoloq rezidentlərinin qəbul edildiyi ”Euorderm Excellence” rezident konqresinə daxil olan ilk və yeganə azərbaycanlıdır.
- Avropa Dermatovenerologiya Akademiyasının (EADV) ”John Stratigos Memorial Scholarship” qrantının qalibidir.
- Amerika Dermatologiya Akademiyasının ”Strauss & Katz Fund Scholarship” qrantını əldə edib.
- Fransanın Nice şəhərində keçirilən ”Dermatoonkologiyanın Diaqnostikasında Müasir Yanaşma” kursunda təqdim etdiyi kliniki hal ən yaxşı üç mühazirədən birisi seçilmşidir və mükafatlandırılmışdır.
- Dəri həkimi Mehdi İskəndərli elmi məqalələrini beynəlxalq yüksək indeksli jurnallarda o cümlədən pubmed platformasında çap etdirmişdir və ORCID sistemində yer alır.
- Meymunçiçəyi xəstəliyini Azərbaycanda ilk dəfə aşkar etmiş dermatoloq kimi tarixə düşmüşdür.
- Dermatologiya ixtisası və dermatoveneroloqun fəaliyyət sahəsi haqqında daha geniş məlumat üçün dermatoloq həkim kimdir? məqaləsini oxuya bilərsiniz.
DERMATOLOQ MÜAYİNƏSİ VƏ DERMATOLOJİ XİDMƏTLƏR
DERMATOLOGİYA
Dəridə qaşınma verən qızartıların müalicəsi aparılır. Uzman dermatoloq diaqnozu qoyulmamış dəri xəstəliklərinin diaqnostikasını aparır. Psoriaz xəstəliyi və atopik ekzema terapiyası təyin edilir
VENEROLOGİYA
Dermatoveneroloq cinsi yolla keçən zöhrəvi xəstəliklərin diaqnostikası və müalicəsini aparır. Veneroloji xəstəliklər xlamidiya, siflis, qonorreya yoxlanılır. HPV papillomalarının müalicəsi aparılır
PEDİATRİK DERMATOLOGİYA
Uşaq dermatoloqu tərəfindən hər növ uşaq dəri xəstəliklərinin diaqnostikası aparılır. Uşaqda dəridə qaşıntılı səpgilər müayinə edilir. Dəri və zöhrəvi həkimi Mehdi İskəndərli atopik dermatit müalicəsi aparır.
TRİXOLOGİYA
Trixoloq olaraq saç tökülməsi və alopesiya səbəbləri təyin edilir. Trixoskopik müayinələr icra edilir. Dəri həkimi tərəfindən androgenetik alopesiya və ocaqlı alopesiya müalicəsi uğurla aparılır
DERMATOONKOLOGİYA
Xalların dermatoskopik müayinəsi icra edilir. Dəri xərçənginin diaqnostikası aparılır. Melanoma və bazalioma təyin edilir. Dəri analizi və ya dəri biopsiyası icra edilir. Ət xalları ləğv edilir.
DƏRİ CƏRRAHİYYƏSİ
Xalların götürülməsi icra edilir. Maye azotla ziyillər dondurulur. İnyeksion terapiyalar və digər proseduralar tətbiq edilir. Dəri analizi və ya dəri biopsiyası götürülür. Cinsi papillomalar krioterapiya ilə müalicə edilir
DƏRİ VƏ DAXİLİ XƏSTƏLİKLƏR
Dəri xəstəliklərinin səbəbi bir bütüncül qaydada araşdırılır. Daxili xəstəliklərlə əlaqəsi yoxlanılır. Daxili müalicələr təyin edilir. Dermatoloq laborator, radioloji, mikrobioloji və s. testlər istəyə bilər
ONLAYN MÜAYİNƏ
Telesəhiyyə xidməti olaraq onlayn dermatoloq müayinəsi əldə edə bilərsiniz. Həkimə səpgilərin şəkillərini göndərin, şikayətlərinizi bildirin və ilkin tövsiyələr alın. Onlayn müayinə əsasında müalicə təyin edilə bilər.
TƏCRÜBƏLİ HƏKİM
DERMATOLOQ TƏRƏFİNDƏN MÜALİCƏ EDİLƏN DƏRİ XƏSTƏLİKLƏRİ
İstənilən növ dəri xəstəliklərinin qərb ölkələri səhiyyə standartlarına cavab verən, ən müasir yollarla müalicəsi dəri həkimi Uzman Dr. Mehdi İskəndərli tərəfindən aparılır.
- Sızanaq (AKNE )
- Dərinin allergik xəstəlikləri
- Rozasea
- Cinsi yolla keçən zöhrəvi xəstəliklər (VENEROLOGİYA)
- Pullu dəmrov (PSORİAZ)
- Pediatrik dermatologiya
- Alopesiya və saç tökülməsi
- Uşaq dəri xəstəlikləri
- Əl-ayaq ekzemaları
- Göbələk xəstəliyi
- Hər növ saç xəstəlikləri
- Atopik ekzema
- Hər növ dırnaq xəstəlikləri
- Dəridə qaşınma problemi
- Revmatizmal dəri xəstəlikləri
- Dəri xərçəngi
- Xallar və törəmələr
- Ət xalları və papillomalar
- Pemfiqus və dəridə suluq
- Ziyillər
- Açıq yaralar
- Daxili xəstəliklər və dəri
- Vitiliqo
- Keloid
- Maye azot (KRİOTERAPİYA)
PASİYENT RƏYLƏRİ
Şəfasını Dermatoloq Uzman Dr. Mehdi İskəndərli ilə Kutanoz Klinikada tapanlar
Təcrübəli dermatoloq həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?
Dermatoloqun Faydalı Məqalələri

Bədəndə səpgilər: səbəbləri, növləri və müalicəsi
Bədəndə səpgilər — gündəlik dildə “bədəndə səpkilər” də deyilir — tək bir xəstəlik deyil. Dəridə ləkə, qabarıqlıq, qabıqlanma və ya mayeli qabarcıq

HPV nədir? İnsan papilloma virusunun əlamətləri və yoluxma yolları
HPV nədir? HPV (Human Papillomavirus) — insan papilloma virusları ailəsinin qısa adıdır. Bu viruslar dərini və selikli qişaları yoluxdura bilir. Bəzi tiplər əl və ayaqda adi ziyillər, digərləri

Günəş yanığı – nə etməli, necə müalicə olunur və nə vaxt dermatoloqa müraciət edilməlidir?
Günəş yanığı dərinin günəşdən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalması nəticəsində yaranan kəskin dəri zədələnməsidir. Dəridə istilik, ağrı, həssaslıq, qızartı
Dermatoloq haqqında tez-tez verilən suallar
Bakıda dermatoloq qəbulu harada aparılır?
Dermatoloq Uzman Dr. Mehdi İskəndərlinin qəbulu Bakı şəhərində Kutanoz Klinikada aparılır. Dəri, saç və dırnaq problemləri, dermatoskopik müayinə və digər dermatoloji xidmətlər üçün əvvəlcədən qəbula yazılmaq mümkündür.
Dermatoloq qəbuluna necə yazılmaq olar?
Qəbula saytımızdakı “Qəbula yazıl” düyməsi və əlaqə vasitələri ilə yazıla bilərsiniz. Uyğun qəbul vaxtı seçildikdən sonra klinikada üzbəüz dermatoloji müayinə aparılır.
Dermatoloq qəbulunda dermatoskopiya aparılırmı?
Bəli. Göstəriş olduqda xalların, piqmentli törəmələrin və digər dəri lezyonlarının qiymətləndirilməsi üçün dermatoskopik müayinə aparıla bilər. Müayinənin zəruriliyinə dermatoloq klinik baxışdan sonra qərar verir.
Uşaq dermatoloqu qəbulu mümkündürmü?
Bəli. Uşaqlarda səpgilər, atopik dermatit, dəri infeksiyaları, piqment dəyişiklikləri və digər dermatoloji problemlərin qiymətləndirilməsi aparılır. Pediatrik dermatoloji müayinə uşağın yaşına və klinik vəziyyətinə uyğun planlaşdırılır.
Onlayn dermatoloq müayinəsi mümkündürmü?
Bəli. Müəyyən dəri problemləri üçün onlayn ilkin dermatoloji qiymətləndirmə mümkündür. Bununla belə, dermatoskopiya, biopsiya və ya dəqiq fiziki müayinə tələb olunan hallarda üzbəüz qəbul tövsiyə olunur.
Xallar və dəri törəmələri üçün dermatoloqa müraciət etmək olarmı?
Bəli. Yeni yaranan, böyüyən, rəngi və ya forması dəyişən xallar və digər dəri törəmələri dermatoloq tərəfindən qiymətləndirilə bilər. Göstəriş olduqda dermatoskopiya və əlavə müayinə üsulları istifadə olunur.
İŞ SAATLARI
-
Bazar.e – Şənbə 10:00 – 15:00
- Bazar: İş günü deyil



