B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Göz qapağının qaşınması nədən yaranır ?

Göz qapağının qaşınması şikayəti ilə tez-tez dermatoloqlara müraciətlər olur. Göz qapağında qaşınma şikayəti adətən paralel şəkildə qabıqlanma və qızartı ilə də müşayət olunur. Bu cür klinik əlamətlər göz qapağının tez-tez ovuşdurulması nəticəsində qabıqlanma və qızartı daha da arta bilir. Xəstəlik vaxtında müalicə edilməz isə göz qapağının şişməsi ilə problem daha da kəskinləşə bilər. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, göz qapağının qaşıntısı əsasən yaz aylarında daha da şiddətlənir. Mövsümlə bağlantısı olan bu problem qış aylarında da kəskinləşə bilir. Proses daha şiddəli olduğu təqdirdə göz qapaqlarında qızarıqlıq və qaşıntı yayılaraq gözətrafı sahələrə də keçə bilər. 

Dermatologiya uzmanı Mehdi İskəndərli əlavə edir ki, gözətrafı qaşınma və qızarıqlıq müxtəlif səbəblərdən yarana bilər. Ən sıx görülən səbəblər ekzogen səbəblərdir. Yəni allergenlərlə təmasdan sonra meydana gələn dəmrov xəstəlikləri göz qapaqlarının qaşınması probleminə yol açan bilər. Allergenlərlə zəngin olan sahələrdə işləyən müəyyən peşə sahibləri gözətrafı qabıqlanma və qızarıqlıq şikayətləri ilə müraciət edirlər. Hətta göz qapağının qaşınması şikayəti olan pasientlərə peşə xəstəliyi diaqnozu qoyaraq onlara çalışdığı yerdən ayrılması və yeni iş yerində işləməsi də məsləhət edilir. Cünki, göz qapaqlarının qabıqlanması və qaşınması problemi peşə xəstəliyinə bağlı yaranırsa adətən problem inadcı olur və verilə müalicələrə tabe olmur. 

Dermatoloq qeyd edir ki, göz qapaqlarının qaşınması və qızarması daxili xəstəliklər fonunda da yarana bilər. Xüsusən avtoimmun mənşəlir revmatizmal sistem xəstəlikləri gözətrafı qaşıntı və qızartı verə bilər. Bu cür dəri xəstələri paralel şəkildə halsızlıq, əzələ ağrısı, əzələ zəyifliyi, qızdırma, oynaq ağrılarından da şikayətçi ola bilərlər. Belə olan halda dəri həkimi diaqnou dəqiqləşdirmək üçün xəstəni xüsusi testlərdən keçirdə bilər. Dr. Mehdi İskəndərli sonda əlavə etmişdir ki, göz qapaqlarında qaşıntı problemi müalicə ilə düzələn dəri problemidir. Xüsusi testlərdən sonra diaqnoz dəqiqləşərsə və göz qapağının qaşınma səbəbi aşkar edilərsə problemdən biryolluq qurtulmaq şansı da vardır. Odurki, bu cür xəstələr heç də ümidsiz olmamlı, zamanında dermatoveneroloqa müraciət etməlidirlər. 

 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər