Qasıqda qaşıntı səbəbi ilə klinikamıza tez-tez randevu alınır. Qasıqda qaşıntılı qızartılar səbəbi ilə müraciət edənlər hər yaşda ola bilər. Pediatrik qrupdan tutmuş ahıl yaşında olan dəri xəstələrində qasığın qaşınması şikayəti ola bilər. Körpələrdə cinsi bölgədə qaşınma problemi əsasən uşaq bezi dermatiti formasında özünü göstərir. Belə olan halda uşaqda qasıqda qaşıntılı qızartılar yaranır. Paralel şəkildə uşağın cinsi bölgəsində qabıqlanma, qızartı və irinciklər də yarana bilər. Uşaqlarda bişməcə də qasıqda qaşınma verə bilər. Uşaqların qasığında qaşınma problemi adətən müvəqqəti xarakter daşısa da bəzi dəri xəstəlikləri var ki, ömür boyu davam edə bilər. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, belə xəstəliklər ilk əvvəl qasıqda başlayıb sonra bədənin digər hissələrinə də yayılaraq dəridə qaşıntılı qızartılar verə bilər. Belə dəri xəstəlikləri xroniki olduğu üçün uşaqlarda daima qalması mümkündür. Mütləq diaqnozu dəqiqləşdirmək üçün dermatoloq müayinəsi tələb olunur. Yalnız diaqnoz dəqiləşdirildikdən sonra qasıqda qaşınma probleminin müalicəsi mümkün olur.
Qasıqda qaşıntı səbəbi istər böyüklərdə, istərsə də uşaqlarda müxtəlif bakterial, funqal, parazitar və viral infeksiyalarla əlaqəlidir. Avtoimmun dəri xəstəlikləri də qasığın qaşınma səbəbi ola bilər. İstər qadınlarda, istərsə də kişilərdə cinsiyyət bölgəsinin qaşıntısı müəyyən dəri səpgiləri ilə özünü göstərir. Məsələn, kişilərdə qasıqda qaşınma verən səpgilər budun iç tərəfindən başlayaraq anus, xaya və mons pubisə qədər davam edə bilər. Problem yayılaraq tənasül orqanına keçə bilər. Belə olan halda penisdə qaşıntı adətən bənövşəyi, qırmızı və qəhvəyi ləkələrlə əlaqəli olur. Bir çox hallarda qasığın qaşıntısı heç bir qızartı və qabıqlanma ilə müşayə olunmur. Lakin, əksərən qaşınmanın səbəbi qasıqda qızartı və qabıqlı səpgilər ilə əlaqəlidir. Qasıqda su qabarcıqları formasında qovuqcuqlar da qaşıntılı ola bilər. Qadın cinsiyyət dodaqlarında qaşıntı və ya vulvada qaşınma bir çox dəri xəstəliklərinə bağlı yaranır. Belə pasientlərdə qaşıntıdan başqa dəridə rəng dəyişmə, qızarıqlıq, qabıqlanma da görülür. Ümumiyyətlə cinsi aktivliyi yüksək olan xəstələrdə məhz zöhrəvi xəstəliklər cinsi bölgədə qaşıntı səbəbi də ola bilər.
6 Responses
Qaşıqda yəni ayaqarasinda daşınmaların müalicəsi necə ola bilər.qehveyi rəngdə olur.yalniz bir tərəfdə olur.diger tərəfdə qaşınma olmur
Salam. Qasıqda qəhvəyi rəngli ləkə verən xəstəliklər çoxdur. Hər birinin də özünəmxəsus müalicə üsulu vardır. Ona görə şikayətiniz davam edirsə əyani müayinə və müalicələr üçün klinikaya gəlmənizi tövsiyyə edirik. Hörmətlə
Salam məndə qasıqətrafı qaşınma olur
Bunun əleyhinə hansı dərmandan (mazdan)
Falan isdifadə edə bilərəm?
Salam. Qasıq ətrafında 1001 dəri xəstəliyi ola bilər. Müayinəsiz dərmanlar istifadəsini tövsiyyə etmirik. Klinikamıza müraciət edə bilərsiz. Köməklik edərik
Salam doktor. Cinsiyyət orqanının yan tərəfləri qaşınarsa və qabığ verirse. Tenite, dermasol və tekomb hansini istifade etsek sağalar? Dekomb yoxdu digərləri vardır əlimizdə
Salam. Müayinə etmədən bir dənə də olsa krem adı söyləmək doğru deyil. Mütləq müayinə edib diaqnoz qoyulmalıdır. Bundan sonra sizə resept şəklində kompleks müalicələr təyin edilə bilər. Bu cür problemlər tək kremlə düzəlmir. Hörmətlə
Ünvan: Kutanoz Klinika. Atatürk prospekti. Ayna Sultanova parkının yanı. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://www.kutanozklinika.com. Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️