Baldırda qaşıntı səbəbi ilə randevu alan pasientlərin sayı çoxdur. Baldırlarda qaşıntı şikayəti ilə müraciət edənlərin əksəriyyəti qadın pasientlərdir. Lakin, kişi xəstələr də baldırda qaşınma şikayəti ilə tez-tez müraciət edirlər. Hətta pediatrik qrupda da baldırların qaşınması probleminə rast gəlinir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, aşağı ətraflarda qaşıntı əksər hallarda hər hansı bir qızartı və səpgi ilə özünü göstərmir. Baldırın qaşınması sağlam dərinin gicikməsi ilə başlayır. Dəridə qaşıntı o qədər şiddətli ola bilər ki, qaşımaya bağlı dəridə ikincili qızartılar və eroziyalar yarana bilər. Lakin, bəzi insanlarda baldırda qaşınmanın səbəbi birincili qızartılar və qaşıntılı səpgilərin ucbatından olur. Belə xəstələrdə dizdən aşağı nahiyyədə qaşıntılı qızartılar, qəhvəyi ləkələr, qançırlar və yaralar ola bilər. Dəri həkimi doktor Mehdi İskəndərli əlavə edir ki, aşağı ətraflarda qaşınma ayaq pəncəsi və topuqdan da başalaya bilər. Topuqda qaşıntı bir çox insanlarda qabıqlı qızartılar fonunda yarana bilər. Dəmrov mənşəli dəri xəstəlikləri topuğun qaşınması səbəbi ola bilər.
Baldırda qaşıntı səbəbi müxtəlif faktorlardan asıldır. Bəzi dəri xəstəlikləri var ki, əsasən dizdən aşağıda və topuqdan yuxarıda yaranır. Lakin, vaxtında müalicə edilmədiyi təqdirdə qaşıntılı qızartılar digər nahiyyələrə də keçə bilər. Belə olan halda baldırın qaşıntısı səpgiləri törədən dəri xəstəliyinin özündən qaynaqlanmış olur. Dermatoloq baldırda gicikmə səbəbi olan xəstəliyin mənşəyini təyin etmək üçün pasientdən laborator, mikrobioloji, radioloji, hətta histopatoloji analiz tələb edə bilər. Ayaqda qaşıntı səbəbi ola biləcək aktif eritema və qızartılar olduğu təqdirdə səpgilərdən dəri biopsiyası götürülə bilər. Dəri biopsiyası hesabına baldırda qaşınma səbəbi hətta 100%-lik dəqiqliklə təyin edilə bilər. Soydaşlarımız tərəfindən səhvən dərinin əkilməsi olaraq adlandırılan bu prosedur baldırda qançır verən dəri xəstəliklərin diaqnostikasında daha çox istifadə edilir. Cünki, bu xəstəliklər sadəcə aşağı ətrafda qaşıntı problemi ilə bitmir. Bu cür xəstəliklər sistemik xarakter daşıyaraq xaxili orqanlarda xüsusən böyrəkləri də zədələyə bilər. Odur ki, baldırların qaşınması və qızarması zamanı dermatoloq həkimə zamanıda müraciət edilməlidir.
10 Responses
Salam, mənim oğlumda və məndə qaşinma, var, oğlumda ilk öncə ayaqlardan başladi, belə qəəsr gəldi, indi bütün bədəndə bar, əvvəl hec bir səpki olmadan qaşinir , qaşidiqca qirmizi civzələr əmələ gəlir yaraya çevrilir, məndə diz ətrafi olur əvvəl dizin ətrafinfan başlayir yuxari və aşağiya qədər. Bir də qollarimda, adi qaşinir, qizarti gəlir, qaşidiqca dəri sanki yeni ağcaqanad dişləməsi kimi xirda şişkinliklər gəlir qaşidiqca yara olur
Salam. Belə əlamətlər verən 1001 dəri xəstəliyi mövcuddur. Diaqnozun dəqiqləşdirilməsi, səbəbinin təyini və müvafiq müalicələr üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam.Məndədə ayağ və qollarda ara sıra qaşintilar olur.Ve qasiyanda yara kimi kiçik bir şey ler olur çox qaşiyanda.Sizce ne ede bilərəm qaşıntı falan keçsin
Salam. Qaşıntı verən 1001 xəstəlik var. Səbəbi bilmədən verilən dərmanların səmərəsi olmur. Gərək diaqnoz qoyula və lazımı testlərdən keçəsiniz. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam 2 aydiki bedenmde qasinmalar var ve qasidiqca sanki agcaqanad dislemesi kimi olur ve hetda sag ayaqmda dizmin arxa hisesinde goyerme de var bunlarin sebebi nedi hara muraciet ede bilerem
Salam. Səbəbi çoxdur bu cür əlamət verən dəri xəstəliklərin. Araşdırmaq lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam… Mənim yoldaşımda qaşınma var ancaq qaşınır….analiz vermək istəyirik….analiz neçəyədir bütün bədən üçün qaşıntıya görə.. birdə səbəbini bilmək istəyirəm zəhmət olmasa ❤️
Salam. Analizlər ancaq müayinədən sonra məlum olur. Siz öncə qəbula düşməyə çalışın. Hörmətlə
Salam her vaxtınız xeyir mende dildən aşağı ətraflarda qaşıntı olur amma sepki qızlarti yoxdu sadəcə qaşınma var səbəb nə ola bilər?
Salam. Aşağı ətraflarda qaşıntının çox səbəbi ola bilər. Bəzi dəri xəstəlikləri səpgi vermədən dəri daxilində avtoimmunitetə bağlı qaşıntı verə bilir. Belə olan halda dəridən analiz götürürük. Qaşıntı bəzən öz-özünə keçir. Bir mddət gözləyin keçməsə müraciət edin testlərdən keçirib müalicələr təyin edək. Hörmətlə