Əllərdə qabıqlanma şikayəti ilə dermatologiya klinikasına tez-tez müraciətlər olur. Əldə qabıqlanma problemi olan pasientlərdə adətən qızartı və qaşıntı şikayəti də olur. Lakin, bu hər zaman belə deyil. Bəzi xəstələrdə heç bir qaşıntı, qızartı şikayətləri olmadan sadəcə dəridə qabıqlanma problemi də yarana bilər. Əksər hallarda əllərdə qabıqlanma ovuc içərisində meydana gəlir.  Xəstəlik daha şiddətli formadadırsa əldə qabıqlanma barmaqarası, dırnaqətrafı, əlin üstündə də meydana gələ bilər. Dermatoloq Mehdi İskəndərli müsahibəsində qeyd edir ki, əsasən dəmrov xəstəliyi əllərdə qabıqlanma, qaşıntı, qızartı verir. Lakin, dəmrov xəstəliyi probleminin müxtəlif varinatları vardır. Dermatoloq həkimin vəzifəsi ovucda qabıqlanma verən dəmrovun növünü təyin etməkdir. Əllərdə qaşıntılı, qabıqlı, qızartıların mənşəyini təyin etmək üçün dəri həkimi xəstədən əlavə laborator, mikrobioloji, sitoloji, patoloji testlər istəyə bilər. Dəmrovun bütün növləri bir birinə bənzədiyi üçün dəqiq diaqnoz üçün əlavə müayinələrə ehtiyac olur. O cümlədən uşaqlarda dəmrov xəstəliyinə rast gəlmə olar. Uşaqların əllərində qaşıntı, əllərdə ağrılı çatlar bəzən dəmrovun ilkin əlaməti ola bilir. 

Dəri həkimi Mehdi İskəndərli qeyd edir ki, əllərdə qabıqlı qızartılar ən sıx allergenlər ilə təmasdan sonra yaranır. Əsasən evdar xanımların əlləri daima müxtəlif mənşəli allergenlərlə o cümlədən sabun, yuyucu vasitələr, deterjanlar, kosmetik vasitələr və s. daima təmasda olduğu üçün əldə qaşıntılı qabıqlı qızartılar yarana bilər. İnfeksioz mənşəli dəri xəstəlikləri də əllərdə soyulma yarada bilər. Əsasən dərinin göbələk xəstəlikləri əllərdə qabıqlanma yarada bilər. Qabıqlanma ilə paralel şəkildə qaşıntı, qızartı, çatlar, göynəmə və su qovuqcuqları da meydana gələ bilər. Psoriaz da əllərdə qabıqlanma verə bilər. Dermatoveneroloq Mehdi İskəndərli qeyd edir ki, səbəbi nə olursa olsun əllərdə qabıqlı qızartılar ilə özünü göstərən istənilən dəri xəstəliyinin 100% dəqiqliklə diaqnozunu qoyaraq müalicə etmək mümkündür. Səbəbi aşkar edildiyi təqdirdə hətta xəstəliyi tamamiylə aradan qaldırmaq da mümkündür və əllərdə qabıqlanma tam sağala bilər. Odur ki, ovuçlarında qabıqlanma olan xəstələrə ümidsiz olmamalıdırlar. Əllərdə qabıqlı qızartılar verən istənilən dəmrov xəstəliyi probleminin həlli vardır. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN