Anusda qaşınma şikayətləri ilə klinikamıza tez-tez müraciətlər olunur. İstər qadınlar, istərsə də kişilərdə anal dəliyin qaşınması problemləri sıx rast gəlinir. Anusda qaşıntı böyüklərlə bərabər uşaqlarda da rast gəlinir. Anus ətrafında qaşınma ya tək başına, ya da dəridə meydana gələn qaşıntılı qızartılı səpgilər fonunda yaranır. Ümumiyyətlə anal qaşınma həm daxili, həm də xarici faktorların təsirindən yarana bilər. Daxili faktorlar səbəbiylə yaranan anal qaşıntı hematoloji, onkoloji, endokrinoloji, proktoloji xəstəlikləri fonunda özünü göstərir. Bəzi mikroelement və vitamin əksiklikləri də anal gicikmə səbəbi ola bilər. Dermatoloq Mehdi İskəndərli vurğulayır ki, anusda gicikmə hissi bir çox hallarda anal dəliyin cərrahi patologiyaları fonunda özünü göstərə bilər. Anal dəliyində hemorroidlər, fistula, anal çatlar, bədxassəli törəmələr və s. anus ətrafı qaşınma səbəbi ola bilər.
Anusda qaşınma problemi ilə dəri həkimi məşqul olsa da adı keçən dəri xəstəliyi sistem xəstəlikləri fonunda da yarana biləcəyiı üçün müştərək müalicələr tələb edə bilər. Belə ki, anal dəliyin qaşıntısı əgər onkoloji xəstəliklər fonunda özünü göstərir isə dermatoloq onkoloqla məsləhətləşmələr apara bilər və müştərək müalicələr təyin edə bilər. Dermatologiya uzmanı qeyd edir ki, bəzi dəri xəstəlikləri anal dəliyi ətrafında da yarana bilər. Müxtəlif mənşəli dəmrovlar, funqal infeksiyalar, bakterial infeksiyalar, avtoimmun mənşəli dəri xəstəlikləri anusda qaşınma yarada bilər. Dəri həkimi əlavə edir ki, anusun qaşınması allergik mənşəli dəri xəstəlikləri də törədə bilər. Bundan əlavə parazitar invaziyalar dediyimiz qurd xəstəlikləri anusun gicikməsi ilə nəticələnə bilər. Görsənidiyi kimi arxa nahiyyədə qaşınma problemi multifaktoriladır. Anusda göynəmə və qaşınma şikayəti ilə dermatoloq həkimə müraciət etdiyiniz təqdirdə uzman həkim sizə laborator, mikrobioloji, radioloji, endoskopik, parazitar testlərdən keçirdə bilər. Hətta diaqnozun dəqiqləşdirilməsi üçün dəri biopsiyası da təyin edilə bilər. Cünki, anal göynəmə, yanğı və qaşınma verən xəstəliklərin səbəbi tapılmadan müalicələr təyin edilmir. Dermatoloq həkimin sözlərinə görə anal qaşınmanın müalicəsi vardır. Bu cür dəri xəstəliyindən əziyyət çəkən soydaşlarımız ümidsiz olmamlıdırlar.
3 Responses
Xeste qadindir anus qasintilari
Salam mende anuada qasinti var illerdi beledir 7 il bundan qabag qurda qarwi mualice etdirdim ve onunla beraber mene farklobent mazi yazdilar etdim kecib getdi ama yeniden yaranib yeniden qurda qarwi mualice etdim ama qawinti kecmir o mazi yeniden vururam 15 gun kecir yeniden bawdiyir bunun sebebi ve ya bunu sagaltmaq mumkundurmu
?
Salam mende uzun muddetdirki anusda qasinti var 7 il bundan qabaq analiz verdim qurd cixdi mualice yazdilar ve farklobent mazi etdim kecib getdi yeniden bawdadi yeniden getdim analiz verdim qurda qarsi mualice yazdilar ve o mazi surturem ama 15 gun dayanir qasinti yeniden basdiyir