Təbabətdə bir ixtisas sahəsi olan dermatovenerologiyanın iki qanadı vardır. Dermatologiya və venerologiya. Dermatoloq dərinin, selikli qişanın, dırnaq və saç xəstəliklərinin müalicəsiylə məşqul olduğu halda, veneroloq cinsi yolla keçən zöhrəvi xəstəliklərin müalicəsiylə məşqul olur. Əslində bu iki ixtisas sahəsini tədqiq və tədbiq edən eyni həkim olur. Bu cür ixtisas həkimlərinə “dermatoveneroloq”, “dermatoloq və veneroloq” və yaxud “dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi” deyilir. Bu mütəxəssislər cinsi təmasdan sonra həm qadının, həm də kişilərin tənasül orqanlarında yaranan axıntı, göynəmə, yanma, batma, suluqlanma, qızarma, qaşıntı, qabıqlanma və s. kimi əlamətlərə səbəb olan zöhrəvi xəstəliklərin müalicə və profilaktikasını aparırlar.
–
Bəzən yuxarıda sadalanan əlamətlər olmadan da təsadüfü qan analizlərindən və ya evlilik öncəsi testlərdən sonra cinsi yolla yoluxan xəstəliklər yəni STI (sexually transmitted disease) aşkarlana bilər. Zöhrəvi xəstəliklər sadəcə genital deyilən cinsiyyət bölgəsində yaranmır. Bir çox veneroloji xəstəliklər dəridə, selikli qişalarda, saçlarda və dırnaqlarda da müxtəlif dəyişikliklər verir. Peşəkar dermatoloqlar bu dəyişiklərdən çıxış edərək pasiyentdə STI aşkarlaya bilər. Veneroloji xəstəliklərin müalicəsində antibiotiklər, antivirallar, antifunqallar, kremlər, məhlullar və krioterpiyadan istifadə edilə bilər. Bəzi xəstəliklər tam sağalan lakin yenidən yoluxma göstərə bilən xəstəliklərdir, bəziləri isə xroniki xarakter dəyişir.
Veneroloji xəstəliklərin müalicəsi üçün xəstələr vaxtında müraciət etmədiyi təqdirdən ciddi fəsadlar verə bilər. Urogenital sistemin dərin infeksiyalarına səbəb ola bilər. Bu isə öz növbəsində sonsuzluq yarada bilər. Bundan başqa STI əleyhinə müalicələr almayan hamilə qadınlarda infeksiya plasentar yolla dölə keçə bilər və nəhayətdə uşaq eybəcərliklərlə dünyaya gələ bilər. Zöhrəvi xəstəliklərə yoluxmamaq üçün dəri həkimi tərəfindən hər zaman, qoruyucu vasitələr, vaksinasiya (peyvənd), vaxtaşırı analizlərdən keçmək tövsiyyə olunur.
–
Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, əgər partnyorladan birisi zöhrəvi xəstəliyə yoluxarsa mütləq digəri də müvafiq müayinələrdən keçməli və müalicələr almalıdır. Xəstəliyin kəskin vaxtında və müalicə sırasında adətən cinsi əlaqədən uzaq qalmaq məsləhət edilir. Genital bölgədə yaranan problemlər hər zaman veneroloji problemlərlə bağlı olmur. Cinsi yolla yoluxmayan başqa dəri xəstəlikləri də genital bölgədə yarana bilər. Onlar da eyni qaydada axıntı, göynəmə, yanma, batma, suluqlanma, qızartı, qaşıntı, qabıqlanma və s. kimi əlamətlər verə bilər. Bunları bir birindən yalnız peşəkar dermatoveneroloq fərqləndirə bilər.
DERMATOLOGİYA
İŞ SAATLARI
BAZAR.E | 10:00-15:00 | Randevu al |
ÇƏRŞƏNBƏ.A | 10:00-15:00 | Randevu al |
ÇƏRŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
CÜMƏ.A | 10:00-15:00 | Randevu al |
CÜMƏ | 10:00-15:00 | Randevu al |
ŞƏNBƏ | 10:00-15:00 | Randevu al |
ƏLAQƏ MƏLUMATLARI
ÜMUMİ VENEROLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN
Penisdə axıntı səbəbi nədir ?
Penisdə axıntı şikayəti cinsi aktiv həyat yaşayan kişilərin kabusudur. Adətən kişilərdə sidik yolundan
Penisdə qızartı səbəbi nədir ?
Penisdə qızartı şikayəti ilə Kutanoz klinikaya tez-tez müraciətlər olunur. Penisin qızarması problemi bütün yaşda rast gələr bilər. Uşaqlarda penis
Dəri zöhrəvi dispanseri haradır ?
Dəri zöhrəvi dispanseri adından da görsəndiyi kimi dəri zöhrəvi həkimləri və digər orta tibb işçilərinın toplandığı yerdir. Qeyd edilən