Rozasea xəstəliyi nədir?
Rozasea (Rosacea) — üz dərisinin xroniki iltihabi xəstəliyidir. Məhz bundan dolayı, rozasea xəstəliyi haqqında daha çox məlumat əldə etmək vacibdir. Bu problem xüsusilə yanaqlar, burun, alın və çənə sahəsində davamlı qızartı, dilata olmuş kapillyar damarlar (teleangiektaziyalar) və bəzən sızanaq bənzər papul-püstüllərlə özünü göstərir.
Rozasea xəstəliyi üz dərisinin qızartılı və irinli səpgiləri ilə göstərən xroniki dəri xəstəliyidir. El dilində digər adı qızıl gül xəstəliyi kimi də ifadə edilir. Üzdə qızarıqlıq və qaşıntı şikayətləri ilə özünü biruzə verir.
Rozasea daha çox 30–50 yaş arası açıq dərili qadınlarda rast gəlinir, lakin kişi pasiyentlərdə də (xüsusilə rinofima formasında) ciddi kosmetik və psixoloji narahatlıq yarada bilər.
Rozasea xəstəliyinin əsas əlamətləri
Rozaseanın klinik gedişi mərhələli olur. Əlamətlər bəzən yüngül, bəzən kəskin formada təzahür edə bilər:
1. Qızartı (Eritematoz mərhələ)
Üzün mərkəzi hissəsində (yanaq, burun, alın) davamlı və ya təkrarlayan qızartı.
Dəri isti hiss olunur, bəzən yanma və batma hissi yaranır.
Qızartı əsasən emosional stress, isti içkilər, spirtli içki və günəş təsiri ilə güclənir.
2. Damar genişlənməsi (Teleangiektaziya mərhələsi)
Qızartı fonunda nazik qırmızı damarların görünməsi.
Dəri daha həssas və reaktiv olur.
3. Papul-püstül mərhələsi (Akne Rozasea)
Akne-bənzər iltihabi səpkilər əmələ gəlir.
Amma fərq ondadır ki, komedonlar (qara nöqtələr) olmur.
Bəzən qaşıntı, batma və yanma müşahidə edilir.
4. Rinofima mərhələsi (Kişilərdə daha çox)
Burun dərisində qalınlaşma, bərkimiş toxuma və burun formasında dəyişiklik (xüsusilə rinofima).
Damar genişlənməsi və yağ vəzilərinin hipertrofiyası ilə müşahidə olunur.
Yanaqlarda quruluq və yanma hissi də ola bilir. Lakin, bir çox rozasea xəstələri üzündə yağlanma problemindən şikayətlənirlər. Bəzi xəstələrdə üzdə qızartı və yanma probleminə paralel şəkildə sızanaq xəstəliyinə bənzər şəkildə papulo-pustulyar irinciklər də ola bilər. Məhz bu özəlliyinə görə bu rozasea xəstəliyinə çəhrayi sızanaq xəstəliyi də deyilir. Çəhrayi sızanaq xəstələrində üzdə eritema zəminində teleangiektaziya olaraq adlandırdığımız qırmızı rəngli damarlanma problemi də yarana bilər. Kişilərdə rozaseanın burun forması da görülə bilir. Belə xəstələrdə burunda qızarıqlıq və damarlanma müşahidə edilir. Burun yağlanması və sızanaqlar meydana gəlir. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, çəhrayi sızanaq xəstəliyi polimorf səpgilərə və müxtəlif klinik formalara malikdir. Otuz yaşdan yuxarı qadınlarda daha çox yaranır. Rozasea gözləri də cəlb edir.
Rozasea xəstəliyinin yaranma səbəbləri
Rozasea xəstəliyi ekzogen və endogen səbəblərdən yaranır. Rozaseanın endogen səbəbləri dermatoloq həkim tərəfindən araşdırılır və ciddi xəstəliklər aşkar edilidiyi təqdirdə gərəkli tədbirlər görülür. Ekzogen səbəblərə isə stress, günəş şüaları, isti mühit, isti hava, soyuq hava və külək, spirtli içkilər, bibərli kəskin qidalardan istifadə etmək, qaynar içkilər və yeməkdən istifadə vərdişi daxildir. Qadınlarda rozasea problemi menapauza mərhələsində də yaranamağa başlayır.
Bəzi dərman istifadəsi rozaseanın yaranma səbəbi ola bilər. Üzdə gənə və ya demodeks paraziti də rozasea xəstəliyinin səbəbi ola bilər. Kipriklərdə gənə isə rozaseanın göz forması və gözətrafı qızartıların səbəbi ola bilir. Ölkəmizdə rozasea gənə xəstəliyi kimi də tanınır. Lakin təəssüflə demək lazımdır ki, ölkəmizdə gənə xəstəliyi isə sızanaq xəstəliyi qarışdırılaraq pasientlərə bəzən xətalı diaqnozlar və müalicələr verilir. Görsəndiyi kimi rozasea xəstəliyinin yaranma səbəbi polifaktorialdır.
Rozaseanın dəqiq səbəbi xəstədən xəstəyə dəyişri. Multifaktorial xəstəlik sayıldığı üçün cədvəldə təsnif edilmişdir
| Faktor | İzah |
|---|---|
| Genetik meyllik | Ailəsində rozasea olan şəxslərdə risk daha yüksəkdir. |
| Damar reaktivliyi | Dərinin səthi damarlarının həddən artıq genişlənməsi və elastikliyini itirməsi. |
| Demodex gənəsi (Demodex folliculorum) | Dəri follikullarında yaşayan bu gənə iltihabı artırır. |
| Qida və içkilər | İsti içkilər, spirt, acı-ədviyyatlı yeməklər qızartını gücləndirir. |
| Hormonal faktorlar | Xüsusilə menopauza dövründə daha çox müşahidə olunur. |
| UV şüalanma | Günəşin uzunmüddətli təsiri kollageni zədələyərək iltihabı artırır. |
| Stress və emosional gərginlik | Qan damarlarını genişləndirərək qızartı epizodlarını artırır. |
Rozaseanın diaqnostikası necə aparılır ?
Diaqnoz əsasən klinik müayinə və dermatoskopiya ilə qoyulur.
Aşağıdakı üsullar köməkçi rol oynayır:
Dermoskopik müayinə: Kapillyar naxışın, damar diametrinin və iltihabi ocaqların qiymətləndirilməsi.
Laborator analizlər: Digər səbəbləri (seboreya, kontakt dermatit, lupus) istisna etmək üçün.
Demodex testi: Dəri qazıntısında parazitlərin aşkarlanması.
Dr. Mehdi İskəndərli qeyd edir:
“Rozasea diaqnozunda əsas məqsəd — oxşar səpkili xəstəlikləri ikar etmək və müalicəni fərdiləşdirməkdir.”
Rozasea xəstəliyinin müalicə üsulları
Rozasea xroniki xəstəlik olduğuna görə müalicə məqsədi əmələ gələn əlamətləri nəzarət altına almaq və təzələnmələrin qarşısını almaqdır.
1. Yerli (topikal) müalicə
Metronidazol gel/krem (0.75%–1%) – iltihabi reaksiyanı azaldır.
Azelaik turşusu (15–20%) – səpkiləri və qızartını azaldır.
Brimonidin və ya oksimetazolin gel – damar daraldıcı təsir göstərərək müvəqqəti qızartını azaldır.
İvermektin krem (1%) – demodex gənələrinin sayını azaldır.
2. Sistem (daxili) müalicə
Doksisiklin (40–100 mg/gün) – iltihabi mərhələlərdə uzunmüddətli az dozalı kurs.
İzotretinoin (aşağı doza) – steroid-rezistent hallarda və rinofima formasında.
3. Fizioterapiya və lazer müalicəsi
IPL (Intense Pulsed Light) və Nd:YAG lazer damar genişlənməsini və qızartını azaldır.
CO₂ lazer rinofima formalarında toxuma qalınlaşmasını aradan qaldırır.
- Lakin lazer terapiyası rozasea müalicəsində ilk müraciət olunan üsul deyil. Əsasən kosmetik nəticələr üçün vacibdir.
4. Yaşam tərzi və pəhriz
İsti içkilər, spirt və ədviyyatlı yeməklərdən uzaq durmaq.
Günəşdən qoruyucu SPF 50+ krem istifadəsi.
Stressi azaltmaq üçün meditasiya və yuxu rejiminə əməl etmək.
Dəriyə yumşaq təmizləyicilər və ətirsiz kosmetika tətbiqi.
Rozaseanın müalicəsi və profilkatikası zamanı göründüyü kimi topikal antiparazitar məlhəmlər, losionlar, nəmləndiricilərdən istfadə edilir. Daxilə isə müvafiq antibiotiklər və retinoidlər təyin edilir. Bir sözlə rozasea xəstəliyinin müalicəsi vardır.
Rozaseanın klinik növləri (subtip təsnifatı)
Eritematoz-teleangiektatik rozasea – qızartı və damar genişlənməsi üstünlük təşkil edir.
Papulo-pustulyar rozasea – sızanaq bənzəri səpkilərlə gedir.
Fimatoz (rinofima) rozasea – burun dərisinin qalınlaşması ilə müşahidə olunur.
Oftalmik rozasea – gözlərdə yanma, quruluq və blefarit əlamətləri ilə təzahür edir.
Rozasea və göz simptomları (oftalmik forma)
Təxminən 20–30 % pasiyentdə rozasea göz qapaqlarını və konyunktivanı da təsir edir.
Əlamətlər:
Gözlərdə yanma, quruluq, torlu görmə
Konyunktivit və ya blefarit
Göz qapaqlarında qabıqlanma
Bu halda müalicə oftalmoloq və dermatoloqun birgə yanaşması ilə aparılmalıdır.
Rozasea ilə qarışdırılan xəstəliklər
Rozasea bəzən aşağıdakı vəziyyətlərlə səhv salına bilər:
Seboreya dermatiti
Akne vulgaris
Lupus eritematozus
Kontakt dermatit
Perioral dermatit
Doğru diaqnoz üçün dermatoloq tərəfindən dermatoskopik müayinə vacibdir.
Rozaseanın profilaktikası və rozaseada dəriyə qulluq
Rozaseanı tam müalicəsi olsa də, düzgün baxım və profilaktika ilə əlamətlər minimuma endirilə bilər:
Günəş kremi (SPF 50+) hər gün tətbiq edin.
Alkoqollu toniklərdən, ətirli sabunlardan uzaq durun.
Dərini sürtməyin və isti su ilə yuyunmayın.
Hər 6 ayda bir dermatoloji nəzarət və dermoskopik izləmə aparın.
Dr. Mehdi İskəndərlinin pasiyentlərə tövsiyəsi
“Rozasea kosmetik problem deyil, iltihabi və damar mənşəli bir dəri xəstəliyidir.
Erkən mərhələdə diaqnoz və düzgün müalicə ilə pasiyent tam nəzarət altına alınır.
Müalicəni yarımçıq dayandırmaq isə xəstəliyin xronikləşməsinə səbəb ola bilər.”
Nəticə
Rozasea — xroniki, lakin idarəolunan bir dəri xəstəliyidir.
Müasir dərman və lazer müalicələri sayəsində pasiyentlər qızartı və səpkiləri minimuma endirərək sağlam və estetik cild əldə edə bilirlər.
Ən vacib addım — uzman dermatoloqa vaxtında müraciət etməkdir.



2 Responses
Salam men Rozaseadan eziyyet cekirem.Bir mudden mualice aldim antibiotik qebul eydim ve lazer eletdim.Bir muddet yene bashladi .Tamamile kecmedi.Xaish edirem bu hagda melumat verin mualice tamamile gutaracag derecede edirsizmi?
Salam. Rozasea xəstəliyi mürəkkbə bir dəri problemidir.Xəstəliyi yaradan səbəblər çoxdur. Səbəbi tapılsa qurtulmaq da olar. Şikayətləriniz düzəlməsə müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə