Gənə xəstəliyi ilə sızanaq xəstəliyi eyni problemdirmi ?

Gənə xəstəliyi ilə sızanaq xəstəliyi eyni problemdirmi ?

Dermatoloq Mehdi İskəndərli video müsahibəsində qeyd edib ki, gənə xəstəliyi ilə sızanaq xəstəliyi tamamiylə fərqli problemlərdir. Bu iki xəstəlik həm pasientlər, həm də dermatoloq həkimlər tərəfindən qarışdırılır. 

Demodeks nədir bəs ?

Demodeks gənənin bir növüdür. Elmi adı demodex folliculorum olan bu mikroorqanizm hər bir insanda mövcüd ola kommensal parazitdir. Bu parazit əsasən üz dərisində yağ vəzlərində yaşayır. Yaşamı boyunca normal dəridə hər hansı bir qaşıntı, qızartı, yanma, batma və s. kimi əlamətlər vermir. Yəni, bəzi insanların söylədiyi kimi “dəridə sanki nəsə gəzir” hissini vermir.

Gənə dəri xəstəliyi törədə bilərmi ?

Bəli. Bəzi insanlarda ekzogen və endogen faktorların təsirindən dəridə gənə paraziti çoxalmağa başlayaraq dəridə demodikoz xəstəliyi törədə bilər. Demodikoz xəstəliyi sızanaq xəstəliyi ilə eyni olmayan, tamam fərqli xəstəliklərdir. Dermatoloq qeyd etmişdir ki, demodeks əleyhinə müalicələr heç bir zaman vulqar akne və ya adi sızanaq problemini aradan qaldırmır. Uzman həkim həm də onu əlavə edir ki, demodeks paraziti ilə mübarizə aparmaq doğru deyildir. Cünki, bu parazit testlərdə hər zaman müsbət çıxa bilər. Xəstəlik əlamətləri aradan qalxsa belə nəticələr müsbət çıxa bilər.

Sızanaq xəstəliyi zamanı gənə testi verilməlidirmi ?

Dermatologiya uzmanı Dr. Mehdi İskəndərli söyləyir ki, çivzələrdən əziyyət çəkən xəstələrdə demodeks testləri müsbət nəticə verə bilər. Lakin, testin müsbət çıxması çivzə probleminin yaranmasında gənə iştirak etdiyi mənasına gələ bilməz. Demodex folliculorum parazitinin sızanaq xəstələrində çoxalması reaktiv səbəblərdən yarana biləcəyi və yağlı dəri probleminə bağlı meydana gəlməsi ehtimal edilir. Ona görə akne xəstəliyi zamanı gənə testi verilməsi vacib deyil. 

Demodeks hansı dəri xəstəlikləri törədir ?

Uzman dermatoloq qeyd edir ki, gənələr çoxalaraq bəzi insanlarda rozasea xəstəliyi də yarada bilər. Həm rozasea, həm də demodikoz xəstəliyinin müalicəsində gənə əleyhinə müalicələr almaq olar və müsbət nəticələr əldə etmək mümkündür. Lakin, vulqar akne problemi demodeks əleyhinə müalicələr ilə düzəlmir və ya qismən düzəlir. Peşəkar dəri həkimi Mehdi İskəndərli onu da vurğulayır ki, gənə xəstəliyi ilə sızanaq xəstəliyini qarışdıraraq yanlış müalicələr aparan həkimlər də çoxdur. Odur ki, üzündə sızanaq problemi olan pasientlər həkim seçimində diqqətli olmalıdırlar.

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • Ilham

    02/08/2020 at 20:19

    Salamaleykum dokdur szanaqdan yaranan ləkələri təmizləmək mümkündü?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      14/08/2020 at 10:28

      Salam İlham bəy. Bəli mümkündür. Kosmetoloji mərkəzlərə müraciət edə bilərsiz buna görə

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN