Dəri və daxili xəstəliklər

Dəri və daxili xəstəliklər müstəvisində bir çox sistem xəstəlikləri meydana gəlir. Yəni, meydana gələn sistem xəstəlikləri eyni anda həm daxili orqanlarda, həm də dəridə problem yarada bilər. Belə olan halda peşəkar dermatoloq dəri xəstəlikləri ilə məşqul olarkən problemlərə daxili xəstəliklər fonunda baxmağı bacarmalıdır. Cünki, dəri problemi sistem xəstəlikləri fonunda yaranarsa topikal terapiyalar fayda verməyə bilər. Belə olan halda dəri xəstəliyinin daxili səbəbləri araşdırılmalı və bu istiqamətdə də lazımı müalicələr verilməlidir. 

Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, daxili xəstəliklərin fonunda yaranan dəri xəstəlikləri çoxdur. Məslən, psoriaz xəstəliyi və ya pullu dəmrov əvvəllər dəriyə məhdud xəstəlik olduğu guman edilsə də, son zamanların elmi araşdırmaları onu göstərir ki, pullu dəmrov xəstəliyi bir sistem xəstəliyidir. Psoriaz xəstələri sadəcə dəridə yaranan qaşıntılı, qabıqlı, qızartılardan əziyyət çəkmir. Onlarda paralel şəkildə morbid obezlik, artıq çəkil problemi, şəkərlib diabet xəstəliyi, sümük əriməsi, ürək-damar xəstəlikləri, iltihabi oynaq xəsətlikləri o cümlədən psoriatik artrit, psixiatrik xəstəliklər, spirtli içkilərə meyillik, tütün və digər uyuşdurucu vasitələrə meyilli olurlar. 

Dəri və daxili xəstəliklər fonunda yaranan sistem problemləri əsasən avtoimmun mənşəli olurlar. Ala xəstəliyi və ya vitiliqo xəstəliyi ilk başda dəridə ağ ləkələr şəklində özünü biruzə verməyə başlasa da aylar və illər sonra vitiliqo xəstəsi daxili orqanların avtoimmun mənşəli digər xəstəliklərindən də əziyyət çəkməyə başlayır. Yəni, xəstənin pozulmuş immuniteti öncə dəridə xəstəlik, sonra isə daxili orqanlarda xəstəlik törədir. 

Dəri həkimi Mehdi İskəndərli qeyd edir ki, soydaşlarımız bir çox hallarda yanlış praktikaya baş vururlar. Belə ki, dəri xəstəliyi yarandığı zaman pasientlər dərhal yoxlanış üçün müxtəlif ixtisas həkimlərinə və hətta cərrahlara da müraciət edilər. Bu isə lüzumsuz “chek-up” sahəsində çoxlu maliyyət itkisi və xəstəliyin dərinləşməsinə səbəb olan çoxlu zaman itkisi deməkdir. Belə olan halda dəri xəstələri maddi vəsait, zaman və sağlamlıq itkisinə məruz qalırlar. Ona görə dəri xəstəliyinin daxili orqanlarla əlaqəsi şüphəsi yaranarsa dermatoloq ehtiyac gördüyü təqdirdə xəstəni bütün lazımı testlərdən keçirdə bilir. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN