B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Ən yaxşı dermatoloq necə olmalıdır ?

Təəssüf ki, bəzi hallarda ölkəmizdə, dermatogiya sahəsində, ən yaxşı dermatoloq tərəfindən bir mənalı qarşılanmayan, mütərəqqi səhiyyəyə malik ölkələrin tibbi praktikasında görülməyən və ümumdünya səhiyyə təşkilatının (ÜST) məsləhət bilmədiyi üsul və metodlar tətbiq edilir. Bu isə soydaşlarımızın yaxalandığı dəri xəstəlikləri problemlərinin daha da pisləşməsinə səbəb olur. Haqlı olaraq bu da dəri xəstələrini daha etibarlı dəri həkimi axtarışına sövq edir. Dermatoloq Mehdi İskəndərli tərəfindən söylənilən fikirlərə əsasən həmvətənlərimizin rahatlığı naminə peşəkar dermatoloqu tanımaq üçün top 20 özəllik tərtib etmişdir: 

Ən yaxşı dermatoloq hansı özəlliklərə sahib olmalı ?

  1. Psoriaz və ya pullu dəmrov xəstələrinə daxilə kortikosteroid və ya hormonal dərmanlar verməz
  2. Vulqar akne xəstəliyi ilə gənə xəstəliyini qarışdırmaz
  3. Demodeks paraziti yəni gənə paraziti ilə mübariəz aparmaz
  4. Sızanaq müalicəsi üçün bağırsağı yumaz
  5. Çivzələrin müalicəsi üçün qurd müalicəsi təyin etməz
  6. Sızanaq xəstəliyinin müalicəsi üçün xəstələrə qurd analizi verdirməz
  7. Akne xəstəliyi müalicəsi üçün ehtiyac olanda roacccutane dediyimiz oral izotretinoin dərmanını təyin etməkdən imtina etməz
  8. İnternet üzərindən xəstə müayinəsi və dərman təyinatı etməz
  9. Dəri xəstələri “qarantiya” tələbində olsalar da onlara heç zaman ən sadə dəri xəstəliyi olsa belə “qarantiya” verməz
  10. Ən yaxşı dermatoloq ingilis dilini bilir.
  11. Beynəlxalq konfranslarda çoxlu məruzələrlə çıxış edir
  12. Beynəlxalq dermatoloji elmi jurnallarında çoxlu məqalələləri olur
  13. Ən güclü dermatoloq ümumdünya səhiyyə təşkilatının protokollarını bilir və tətbiq edir.
  14. Qərb ölkələri səhiyyə standartlarına uyğun tibbi davranış sərgiləyir
  15. Sübuta dayanmış təbəbətin tətbiqi ilə məşqul olur
  16. Ağır dəri xəstəliklərinin müalicəsində bitki tərkibli və bioloji aktiv əlavələrdən istifadə etməz
  17. Ən güclü dəri həkimi həm də yaxşı terapevt olmalıdır.
  18. Dəri xəstəlikləri ilə müraciət edən pasientlərə daxili xəstəliklər fonunda baxa bilməlidir
  19. Ən yaxşı dəri həkimi sadəcə dəri deyil, eyni zamanda dırnaq, saç, ağız boşluğunun selikli qişasının və cinsi xəstəliklərin müalicə və profilaktikasını aparmalıdır.
  20. Dəri xəstələrinə və dəri xəstəliklərinə akademik yanaşma sərgiləyər

Dermatologiya uzmanı, Dr. Mehdi İskəndərli tərəfindən söylənilənlərə əsasən onu da qeyd edə bilərik ki, Azərbaycanda və paytaxtı Bakıda ən yaxşı dermatoloq deyə biləcəyimiz və top 20 özəliklərə sahib peşəkar mütəxəssislərimiz az da olsa vardır. Bu baxımdan ölkəmizin dəri və zöhrəvi xəstəlikləri sahəsinin daha inkişaf edəcəyinə ümidliyik. Pasientlər də ümidsiz olmamalıdırlar. Ən ağır dəri xəstəliklərini etibar edəcəkləri peşəkar dəri və zöhrəvi xəstəlikləri mütəxəssisləri ölkəmizdə mövcuddur.

 

 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

  1. Salam doktor,mənim bir problemim var o da məni cox narahat edir,sacimda kəpək var,ozudə aşırı dərəcə,topa topladı başım,nə edim mən?

    1. Salam. Başda kəpək verən çox xəstəlik vardır. Diaqnozu dəqiqləşdirəndən sonra müalicə təyin etmək olar. Müraciət edə bilərsiz yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
      Hörmətlə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər