B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Akne xəstəliyi və ya sızanaq

akne xəstəliyi

Akne xəstəliyi və ya elmi adı “acne vulgaris” olan adi sızanaq problemi əsasən yeniyetmələrdə və gənclərdə özünü göstərir. Vulqar akne xəstəliyi üz dərisinin xroniki iltihabi xəstəliyidir. Lakin akne xəstəliyi istənilən yaşda yarana bilər. Üz dərisindən əlavə skalp deyilən saçlı dəridə, kürəkdə, çiyinlərdə, yanlarda, sinədə də ortaya çıxa bilər. Müxtəlif klinik variantları vardır. Qara və ağ nöqtələr dediyimiz komedonal, papulo-pustulyar, nodular, kistik akne formaları vardır. Dermatoloq Mehdi İskəndərli həm də vurğulayır ki, bəzi sızanaq xəstələrində səpgilər ani və sürətlə başlaya bilər. Qızdırma, oynaq ağrıları, halsızlıq da verə bilər. Ağırlığına görə zəyif, orta və şiddətli dərəcəli sızanaq xəstəliyi mövcüddür. Adi sızanaq diaqnozu qoyulmuş gənc xəstələr erkən müalicələrə başlamalıdırlar. Əks təqdirdə üzlərində düzəlməyən çapıqlar, çopurlar yarana bilər. Bu isə öz növbəsində xəstələrdə ciddi psixiatrik problemlər, psixoloji komplekslər yarada bilər. Ümumiyyətlə akne xüsusən gənclərdə psixoloji yük yaradır. Ona görə də valideynlər övladlarında sızanaq problemi gördüyü zaman vaxtında dermatoloq həkimə müraciət etməlidirlər. 

Sızanaq xəstəliyinin yaranması androgen hormonlarının genetik fonda təsiri böyük rola sahibdir. Xüsusən qadınlarda hormonal pozuntular bu xəstəliyi ağırlaşdıra bilər. Belə olan halda kişi hormonu sayılan androgenlər hiperseborreya halının və ya, dəri və saç yağlanmasının səbəbi olur. Yağlanma isə dəridə propionabakteriyaların çoxalmasına səbəb olur. O isə öz növbəsində iltihabi reaksiyalara səbəb olaraq üzdə səpgilər törədir. Tük follikulalarının hiperkeratozu və yağ ifrazatı ilə tıxanması isə xüsusən komedonal aknenin yaranmasına səbəb olur. Akne xəstəliyi probleminin yaranmasında bağırsağın disbakteriozu, parazitar infeksiyaları, qurd invaziyaları, qaraciyər, böyrək patologiyaları rol oynamır. Bu istiqamətdə aparılan prosedurlar və müalicələr səmərəsiz və ziyanlıdır. Akne xəstəliyinin müalicəsi yerli və daxilə qəbul edilən antibiotiklər, retinoitlər, keratolitiklər, antiandrogen preparatlar, yerli steroid inyeksiyaları, dieta və s. ilə aparılır. Sızanaq müalicəsi uzun müddətli, daimi xarakterdə ola bilər. Sonda dermatologiya uzmanı söyləyib ki, akne diaqnozu qoyulan xəstələr ümidsiz olmamlıdırlar. Uzun çəksə də sızanaq müalicə olunan xəstəlikdir. Yetər ki, xəstələr zamanında özlərini bu işin uzmanına həvalə etsinlər.

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər