rozasea-xəstəliyi.jpg

Rozasea xəstəliyi üz dərisinin qızartılı və irinli səpgiləri ilə göstərən xroniki dəri xəstəliyidir. El dilində digər adı qızıl gül xəstəliyi kimi də ifadə edilir. Üzdə qızarıqlıq və qaşıntı şikayətləri ilə özünü biruzə verir. Yanaqlarda quruluq və yanma hissi də ola bilir. Lakin, bir çox rozasea xəstələri üzündə yağlanma problemindən şikayətlənirlər. Bəzi xəstələrdə üzdə qızartı və yanma probleminə paralel şəkildə sızanaq xəstəliyinə bənzər şəkildə papulo-pustulyar irinciklər də ola bilər. Məhz bu özəlliyinə görə bu rozasea xəstəliyinə çəhrayi sızanaq xəstəliyi də deyilir. Çəhrayi sızanaq xəstələrində üzdə eritema zəminində teleangiektaziya olaraq adlandırdığımız qırmızı rəngli damarlanma problemi də yarana bilər. Kişilərdə rozaseanın burun forması da görülə bilir. Belə xəstələrdə burunda qızarıqlıq və damarlanma müşahidə edilir. Burun yağlanmasısızanaqlar meydana gəlir. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, çəhrayi sızanaq xəstəliyi polimorf səpgilərə və müxtəlif klinik formalara malikdir. Otuz yaşdan yuxarı qadınlarda daha çox yaranır. Rozasea gözləri də cəlb edir.  

Rozasea xəstəliyi ekzogen və endogen səbəblərdən yaranır. Rozaseanın endogen səbəbləri dermatoloq həkim tərəfindən araşdırılır və ciddi xəstəliklər aşkar edilidiyi təqdirdə gərəkli tədbirlər görülür. Ekzogen səbəblərə isə stress, günəş şüaları, isti mühit, isti hava, soyuq hava və külək, spirtli içkilər, bibərli kəskin qidalardan istifadə etmək, qaynar içkilər və yeməkdən istifadə vərdişi daxildir. Qadınlarda rozasea problemi menapauza mərhələsində də yaranamağa başlayır. Bəzi dərman istifadəsi rozaseanın yaranma səbəbi ola bilər. Üzdə gənə və ya demodeks paraziti də rozasea xəstəliyinin səbəbi ola bilər.  Kipriklərdə gənə isə rozaseanın göz forması və gözətrafı qızartıların səbəbi ola bilir. Ölkəmizdə rozasea gənə xəstəliyi kimi də tanınır. Lakin təəssüflə demək lazımdır ki, ölkəmizdə gənə xəstəliyi isə sızanaq xəstəliyi qarışdırılaraq pasientlərə bəzən xətalı diaqnozlar və müalicələr verilir.  Görsəndiyi kimi rozasea xəstəliyinin yaranma səbəbi polifaktorialdır. Rozaseanın müalicəsi və profilkatikası isə topikal antiparazitar məlhəmlər, losionlar, nəmləndiricilərdən istfadə edilir. Daxilə isə müvafiq antibiotiklər və retinoidlər təyin edilir. Bir sözlə rozasea xəstəliyinin müalicəsi vardır. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


2 şərh var

  • Aysen

    24/02/2022 at 21:50

    Salam men Rozaseadan eziyyet cekirem.Bir mudden mualice aldim antibiotik qebul eydim ve lazer eletdim.Bir muddet yene bashladi .Tamamile kecmedi.Xaish edirem bu hagda melumat verin mualice tamamile gutaracag derecede edirsizmi?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Rozasea xəstəliyi mürəkkbə bir dəri problemidir.Xəstəliyi yaradan səbəblər çoxdur. Səbəbi tapılsa qurtulmaq da olar. Şikayətləriniz düzəlməsə müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN