B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Burun əməliyyatından sonra dəri yağlanması

Burun əməliyyatından sonra dəri yağlanması

Burun əməliyyatından sonra dəri yağlanması tez-tez görülən postoperativ dəri problemləri içərisində baxılır. Dərinin yağlanması şikayətləri ilə ümumilikdə klinikamıza tez-tez müraciətlər olur. Paralel şəkildə belə xəstələrdə yağlı saç problemi və sızanaq xəstəliyi də olur. Lakin bir qrup normal və quru dəri sahibi olan insanlarda rinoplastikadan sonra dəri yağlanması müşahidə edilir. Yağlı dəri tipinə malik onlar da isə burunun estetik əməliyyatından sonra dərinin yağlanması daha da artır. Bəzən dərinin hiperseborreya halı o qədər şiddətlənir ki, dəridəki sebose vəzlərinin ifrazatının artmasına bağlı burunda qalın parlaq yağ təbəqəsi yaranır. Bu vəziyyət burun estetik əməliyyatı keçirənlərdə ciddi psixoloji diskomfort yaradır. Dermatoloq Mehdi İskəndərli onu da əlavə edir ki, rinoplastika əməliyyatından sonra burunda yağlanma ilə bərabər üzdə akne problemi, yanaqda qızartı, burunətrafı qabıqlanma və s. kimi dəri xəstəlikləri yarana bilər. Belən olan halda LOR həkimləri pasientləri müalicə və dəri qulluğu üçün dermatoloq həkimə istiqamətləndirir. Dəri həkimi isə xəstənin topikal və sistemik müalicələrini təşkil edir. 

Burun əməliyyatından sonra dəri yağlanması bir necə faktorların təsirindən yaranır. Bunlardan ən önəmlisi rinoplastika zamanı burun dərisinin mexaniki zədələnməsidir. Travmaya uğradılmış burun dərisi və daxilində yerləşən yağ vəzləri zədələnir, sinir lifləri və damarda funksional dəyişikliklər yaranır. Bu da öz növbəsində burun dərisinin yağ balansını dəyişir və nəticədə burunun dərisinin yağlanması problemi meydana gəlir. Septorinoplastikadan sonra burun yağlanması həm stress faktorunun təsirindən yaranır. Ümumiyyətlə stress sonrası dəridə yağlanma və akne xəstəliyi kəskinləşir. Səbəbi isə stress hormonlarının artmasıdır. Burun əməliyyatı keçirənlərdə də cərrahi əməliyyatın stressi və psixoemosional stresa fonunda burunda yağlanma və sızanaq müşahidə edilir. Rinoplastikadan sonra burunun yağlanması həm də buruna tətbiq edilən okkluziv sarğı və gipsə bağlı yaranır. Belə ki, dəri uzun müddət okkluziv sarğı altında qaldığı üçün yağ vəzlərinin artması müşahidə edilir. Dermatoloq Mehdi İskəndərli sonda vurğulayır ki, burun əməliyyatı sonrası dərinin yağlanması müalicəsi olan problemdir. Müalicədə əsasən topikal losionlardan və kremlərdən istifadə edilir. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər