Sızanaq xəstəliyi haqqında hər şey

sızanaq-xəstəliyi.jpg

Sızanaq xəstəliyi üzdəki səpgilərin əsas səbəbi sayıla bilərmi ? 

Üzdəki səpgiləri verən ”1001” dəri xəstəliyi ola bilər. Ancaq akne xəstəliyi və ya elmi adı “acne vulgaris” olan adi sızanaq problemi əsasən üz dərisində meydana gəlir. Üzdə meydana gələn səpgilər və çopurların əksər hallarda səbəbi vulqar akne xəstəliyi və ya adi sızanaq xəstəliyidir. Lakin, üz dərisində vulqar akne xəstəliyi ilə bənzərlik göstərən başqa xəstəliklər də var ki, xəstəliyin dəqiqləşdirilməsində və diaqnozun təyinində dermatoloq rəyi mütləqdir.

Sızanaqlar hansı yaşda çıxır ? 

Vulqar akne xəstəliyi üz dərisinin xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik əsasən yeniyetmələrdə və gənclərdə yaranır. Həddibüluğ yaşlarına girən şəxslərdə özünü göstərməyə başlayır. Lakin akne xəstəliyi istənilən yaşda yarana bilər. Neonatal dönəmdən tutmuş ahıl yaşlarında qədər. 

Sızanaq xəstəliyi dərinin hansı nahiyyələrində çıxır ? 

Acne vulgaris xəstəliyi və ya vulqar akne xəstəliyi əsasən üz dərisində çıxır. Əlavə skalp deyilən saçlı dəridə, kürəkdə, çiyinlərdə, yanlarda, sinədə də ortaya çıxa bilər.

Çivzə xəstəliyi hansı formada olur ? 

Üzdəki sızaqlar müxtəlif klinik variantları vardır. Qara nöqtələr və ağ nöqtələr dediyimiz komedonal akne problemi müalicələrə çətin tabe olan formadır.  Papulo-pustulyar akne və nodular akne xəstəliyi zamanı səpgilər irinli, qırmızı, ağrılı olur. Kistik akne forması isə dərinin daha dərin qatlarında meydana gəlir və məhtəviyyatı olan böyük şişkinlik yaradır. 

Akne xəstəliyi olanlar müalicə almasa nə olar ? 

Adi sızanaq diaqnozu qoyulmuş gənc xəstələr erkən müalicələrə başlamalıdırlar. Əks təqdirdə üzdə düzəlməyən çapıqlar, çopurlar yarana bilər. Bu isə öz növbəsində xəstələrdə ciddi psixiatrik problemlər, psixoloji komplekslər yarada bilər. Ümumiyyətlə akne xüsusən gənclərdə psixoloji yük yaradır. Ona görə valideynlər övladlarında sızanaq problemi gördüyü zaman vaxtında dermatoloq həkimə müraciət etməlidirlər.

Sızanaq xəstəliyinin yaranma səbəbi nədir ? 

Sızanaq xəstəliyinin yaranması androgen hormonlarının genetik fonda təsiri böyük rola sahibdir. Xüsusən qadınlarda hormonal pozuntular bu xəstəliyi ağırlaşdıra bilər. Belə olan halda kişi hormonu sayılan androgenlər hiperseborreya halının və ya, dəri və saç yağlanmasının səbəbi olur. Yağlanma isə dəridə propionabakteriyaların çoxalmasına səbəb olur. O isə öz növbəsində iltihabi reaksiyalara səbəb olaraq üzdə səpgilər törədir. Tük follikulalarının hiperkeratozu və yağ ifrazatı ilə tıxanması isə xüsusən komedonal aknenin yaranmasına səbəb olur.

Sızanaq xəstəliyinin patogenezi nədir ?  

Sızanaq xəstəliyinin yaranması və inkişafında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: 1. Hiperseborreya. Yəni yağ vəzlərinin həddindən artıq ifrazı.  2. Bakteriyalar. Hiperseborreya halı yağ vəzlərində akne törədən mikroblar, xüsusən “Propionibacterium acnes” bakteriyalarının kolonizasiya və çoxalmasına səbəb olur ki, bu isə öz növbəsində dəridə iltihabı reaksiyaların tətiklənməsinə səbəb olur. 3. Hiperkeratoz. Hiperkeratoz tük follikulasının dəriyə açılan hissəinin divarlarının qalınlaşmasıdır. Çivzə xəstələrində bu mexanizmin törətdiyi səpgilər özünü əsasən açıq və qapalı komedonlar şəklində özünü göstərir. Bunlara bəzən ağ nöqtələr və qara nöqtələr deyilir. 4. İltihab. Yuxarıda sadalan hər üç mexanizm zəncirvari qaydada nəhayətdə üz dərisində iltihabi reaksiyalara səbəb olur ki, bu da öz növbəsində akne səpgiləri və qızartılarını yaradır.

Sızanaq xəstəliyinin yaranmasında qurd və parazit? 

Akne xəstəliyi probleminin yaranmasında bağırsağın disbakteriozu, parazitar infeksiyaları, qurd invaziyaları, qaraciyər, böyrək patologiyaları rol oynamır. Bu istiqamətdə aparılan prosedurlar və müalicələr səmərəsiz və ziyanlıdır. Qurd deyilən parazitar invaziyalar dəridə bəzi dəri xəstəliklərini törədə bilər. Lakin, bütün dəri xəstələrini o cümlədən vulqar akne yəni, adi sızanaq xəstələri üçün bu cür müayinələr və müalicələr aparmaq xətalıdır. Bağırsağın disbakteriozu və ya florası ilə əlaqəli elmi araşdırmalar yekunlaşmadığı üçün bu istiqamətdə də müalicələrin aparılası yolverilməzdir.

Sızanaq xəstəliyinin törədicisi gənə olar bilərmi ? 

Bu da ayrı bir tibbi xurafatdır. Bir çox mərkəzlərdə elmi adı “demodex folliculorum” olan parazitə gənə xəstəliyi adı verilir və sızanaq xəstəliyi ilə səhv salınaraq, gərəksiz müalicələr təyin edirlər. Bəli gənə hər bir insanın dərisində yaşayan kommensal parazitdir. Onu dəridə o cümlədən üz dərisində törətdiyi bir çox dəri xəstəliyi vardır. Lakin, adi sızanaq xəstəliyinin yaranmasında heç bir rola malik deyildir. Bu istiqamətdə aparılan testlər və müalicələr zaman itkisidir, xeyirdən çox ziyanı vardır. Çivzə xəstəliyinin müalicəsi yalnız ümimdünya səhiyyə təşkilatı standartlarına, protokollarına və elmi araşdırmalarına istinad edilərək aparıla bilər. Digər üsul və metodların elmi cəhətdən isbatı yoxdursa bu cür praktikalardan uzaq durulmalıdır.

Akne xəstəliyi ilə gənə xəstəliyi niyə qarışdırlırı ?  

Əvvala onu söyləmək lazımdır ki, gənə adında bir xəstəlik yoxdur. Elmi adı ”demodex folliculorum” olan və zooloji olaraq gənələr qrupuna daxil olan bu mikrob üz dərisində yerləşən kommensal bir canlı kimi hər bir insanda mövcuddur. Daha dəqiq desək üz dərisindəki yağ vəzləri və tük köklərində yaşayan canlılardır. Bağırsaqlarda necə çoxlu sayda mikrob koloniyalar var, eləcə də üz dərisində demodex folliculorum dediyimiz gənə koloniyaları vardır. Dərisində heç bir səpgisi olmayan insandə belə gənə vardır. Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamiylə məhv etmək necə mümkünsüzdürsə, dərinin normal florasına daxil olan gənəni də tamamiylə təmizləmək mümküsüzdür. Bəs nədən bəzi xəstələr və həkimlər gənə xəstəliyinin müalicəsi adı altında bu parazitin dəridən tamamiylə təmizlənməsinə çalışırlar ?

Gənə xəstəliyi adı ilə müalicələr aparılması nə qədər doğrudur ?  

Gənə xəstəliyi adında bir elmi nozologiya yoxdur. Ad şərtidir. Gənə xəstəliyi və ya demodeks xəstəliyi adı altında bizim klinikaya müraciət edənlərin 90 %-i əslində sızanaq xəstəliyi ucbatından əziyyət çəkənlərdir. Ölkəmizdə çox təəssüf ki, bir çox mərkəzlərdə gənə diaqnozu ilə əslində akne xəstələri müalicə edilir. Həqiqət isə ondan ibarətdir ki, demodeks paraziti çivzələrin yaranma səbəbi deyildir. Gənə paraziti əslində dəridə akne xəstəliyi ilə əlaqəsi olmayan lakin, kliniki bənzərlik göstərən başqa dəri xəstəliklərinin səbəbidir. Təbii olaraq gənə xəstəliyi əleyhinə verilən dərmanlar sızanaq xəstəliyinin müalicəsi üçün faydalı olmur və ya qismən faydalı olur. Nəhayətdə tələb olunan terapevtik nəticə əldə edilmir. Antiparazitar müalicələr, mədə-bağırsaq sisteminin endoskopiyası, bağırsaq yumaları əksərən səmərəsiz olur. Vulqar akne problemi üçün can həkimində terapevtik chek up-lardan keçməyə ehtiyac yoxdur. Bu üsul artıq köhnəlmişdir, səmərəsi yoxdur, maliyyət itkisidir və xəstəliyin dərinləşməsidir.

Sızanaq xəstəliyinin müalicəsi necə aparılır ?  

Sızanaq xəstəliyinin müalicəsi uzun müddət tələb edir. Akne xəstələri tərəfindən mütəmadi qaydada dəriyə qulluq tələb edilir. Xəstələr tərəfindən profilaktika daima aparılmalıdır. Sızanaq terapiyası üçün yerli antibakterial kremlər, keratolitik losionlar, retionid kremləri, hormonlar kremlər istifadə edilir. Lakin, bir qədər şiddətli akne formalarında daxilə antibiotiklər, hormonal həblər verilir. Akne diaqnozu qoyulan xəstələr ümidsiz olmamlıdırlar. Sızanaq müalicə olunan xəstəlikdir. Yetər ki, xəstələr zamanında özlərini bu işin uzmanına həvalə etsinlər.

Sızanaq xəstəliyinin müalicəsində ”roaccutane” dərmanın rolu nədir ?  

Uzun zamandır bütün mütərəqqi səhiyyə sisteminə sahib ölkələrdə sızanaqların müalicəsi yeni üsullarla aparılır. Belə ki, retinoid qrupu içərisində baxılan oral izotretinoin molekulası və ya soydaşlarımız tərəfindən roaccutane dərmanı kimi tanınan terapevtik maddə akne xəstəliyinin müalicəsi üçün çox uğurla istifadə edilməkdədir. Möcüzəvi təsirlərə malik oral izotretinoin dərmanı sızanaq xəstəliyinin müalicəsi üçü çox önəmli preparatdır. Roaccutane dərmanı ilə yağlı dəri problemi həll edilir. Paralel şəkildə yağlı saçlar problemi aradan qalxır. Üzdəki irinli çivzələr aradan qalxır. Daxilə qəbul edilən izotretinoin dərmanı ilə hətta sızanaq xəstəliyindən biryolluq qurtulmaq da mümkündür. Roaccutan dərmanı ilə akne xəstəliyinin tam müalicəsi vəd edilə bilər. Cünki, bu dərman potent antiakne təsirlərə sahibdir. Bir çox sızanaq xəstələri oral izotretinoin dərmanı ilə üzdəki sızanaq probleminə biryolluq çarə tapa bilmişlər. 

Sızanaq xəstəliyinin müalicəsində oral izotretinoin dərmanı nə qədər ziyanlıdır ?  

Hər bir dərmanda olduğu kimi oral izotretinoin dərmanı da fəsadsız deyil. Ona görə sızanaq xəstəliyinin müalicəsi üçün bu dərman yalnız peşəkar dermatoloq tərəfindən təyin edildikdən sonra qəbul edilməlidir. Oral izotretinoin dərmanı qaraciyərə ciddi toksik təsirə malikdir. Bundan başqa döldə eybəcərliklər yarada biləcəyi üçün hamilə qadınlara və hamiləlik planlaşdıranlara əks göstərişdir. Roaccutane dərmanı qəbul edilidiyi müddətcə qan donoru ola bilməz. Qanda hiperlipidemiya yaratma xüsusiyyəti vardır. Dodaqlarda quruluq bütün xəstələrdə yaranır. Bundan əlavə nadir görülən yan təsirləri də vardır. Bu dərman 6-8 ay müddətində peşəkar dəri həkimi tərəfindən təyin edilməklə və xəstənin müalicə sırasında həkim nəzarətində qalmağı şərti ilə təyin edilir. Sızanaq xəstəliyinin müalicəsi zamanı və xəstələr tərəfindən səbr tələb edir. Yalnız vaxtı-vaxtında həkim kontrollarına gələnlər və təmkinli olanlar şəfasına qovuşur.

Sızanaq xəstəliyinin müalicəsi ilə əlaqəli xətalar varmı ? 

Tonlarla! Məsələn, sızanaq müalicəsində istifadə edilən plazmoferez, bağırsaqların yuyulması, ozonoterapiya, hicama və s. kimi sübutu olmayan üsul və metodlara müraciətlər xəstəliyin ancaq və ancaq proqressivləşməsinə və dərinləşməsinə xidmət edir. Odur ki, çivzələrdən əziyyət çəkən xəstələr müalicəsini sübuta dayanmış təbabət üzərindən apara bilən dermatoloq həkimlərə həvalə etməlidirlər.

Sızanaq xəstəliyi olanlar üçün tövsiyyələrimiz nədir ? 

Sızanaq xəstəliyi bir dəri problemidir. Valideynlər yeniyetmə övladlarını gecikdirmədən dermatoloq həkimə müayinə etdirməlidir. Bəzi akne xəstələri yanlış olaraq müalicə üçün qastroenteroloq, endokrinoloq, ginekoloq və s. kimi qeyri ixtisas həkimlərinə gedir. Uzun-uzadı çekaplardan keçirlər sonda isə heç bir müalicə aparılmır əksinə zaman itkinsə bağlı xəstəlik dərinləşir və düzəlməyən çopurlar yaranır. Ümumiyyətlə bilmək lazımdır ki, dəri, saç, dırnaq və ağız boşluğu problemləri zamanı dəri həkiminə müraciət edilməlidir. Əfsuslar olsun ki, soydaşlarımızın əksəriyyəti dəri, saç, dırnaq və ağız boşluğu xəstəlikləri zamanı kimə müraciət edəcəyini hələ də özü üçün yəqin edə bilməmişdir. Bundan başqa acne vulgaris müalicəsi zamanı özfəaliyyət və ev şəraitində müalicələr tövsiyyə edilmir. Sızanaqları sıxmaq, basmaq, qoparmaq problemi ancaq dərinləşdirir. Sızanaq xəstələri ümidsiz olmamlıdırlar. Bu xəstəliyin müalicəsi vardır. Hətta xəstəlikdən biryolluq qurtulmaq belə mümkündür. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


20 şərh var

  • Ülkər

    27/03/2022 at 13:46

    Salam doktor aknedə səpkilər çoxalır sonra birdən gedir yoxsa necə?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Bu sualın birmənalı cavabı yoxdur. Müalicənin növündən asılıdır. Elə müalicələr var artırı əvvəlcə, eləsi var artırmır. Hörmətlə

  • Madina

    25/03/2022 at 01:14

    Salam doktor 31 yawim var aybawiya yaxin sizanaglar yoxa cixir aybawi olur bitir uzde ve sinede qirmizi xirda sizanaglar cixir.. derim sacim oldug a yaglidir uzumu axwamlar salisil spirtle silirem ama her gun yenileri cixir.. roacctune bele icmiwem .. qurddan mualice olmuwam ama yene cixir

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Ola bilər ekzogen və endogen səbəblər araşdırılmadan müalicələr aparılıb. Ona görə müalicə effekt verməyib. Müraciət edə bilərsiz səbəbləri araşdırıb sonra fərqli müalicə təyin edərik. Hörmətlə

  • Zeyneb

    10/03/2022 at 13:23

    Salam hekim menim çənə və alın nahiyemde iri ucu irinli qırmızı şişkin həmdə ağrılı sızanaqlar çıxır buna aid nese maz ya derman vasitəsi deyərdizdə zəhmət olmasa təkcə alın və çənəmdə olur

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Müayinədə olmadan heç kimdən dərman qəbulunu tövsiyyə etmirik. Fəsadı ola bilər. Həm də sızanaq və üzdə yaranan digər səpgilər tək bir mazla düzəlməz əgər səbəbi tapılmayıbsa. Hörmətlə

    • Hacıyeva

      17/02/2024 at 22:27

      Salam necəsiz prableminizi nəyləsə həll edə bilərsinizmi məndede ele prablem var nələr edirəm keçmir gedir yeniden başqası yaranır

  • Konul

    06/03/2022 at 22:46

    Salam hekim.Menim burnumun yuxari sag hissesiyle gozumun uc hissesi arasinda yumru formada et xalina benzer birsey yaranib.daha once burnumun yuxari sag hissesinde ag rengli xirda sizanaga benzer birsey variydi, el deymirdim.indi hal-hazirda 2 heftedirki o yavas-yavas boyudu xirda sis formasinda yumsaq birsey var.Ne ede bilerem? Visnevskiy maz ve ya yod surtdum xeyri yoxdur kecmir.Zehmet olmasa komek edin.

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Belə əlamətlər verən 1001 dəri törəməsi mövcuddur. Diaqnozun dəqiqləşdirilməsi, səbəbinin təyini və müvafiq müalicələr üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə

  • Nübar

    29/10/2021 at 13:19

    Salam Doktor. Artık illərdirki mənim üzüm səpkilidir heç hekime müraciət etməmişəm. Evvel tek tek çıxırdı artıq dəri altı (xırda) sızanaqlar da var. Ümumiyətlə gözənəkli bir üzüm var. Təbii üsullara çox əl atmışam. Amma müvəqqəti cuzi xeyri olub. Sızanaqlarım çox sıx çıxmır ara ara çıxır elə olur azalır elə olur birdən çıxır. Həmdə Sızanaqlarım qaşınır. Mənə zəhmət olmasa bir şey məsləhət görərdiniz

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Sızanaqların müalicəsində türkəçarələr istifadə edilməməlidir. Ev şəraitində istifadə edilən metodlara baş vurulmamlıdır. Sızanaqlar ancaq dermatoloq tərəfindən müalicə edilə bilər. Şikayətlərinizi davam edirsə müraciət etmənizi tövsiyyə edirik. Hörmətlə

  • Aynur Abdiyeva

    22/08/2021 at 23:05

    Salam həkim, bağışlayın narahat edirəm. Vərəm zamanı yaranan səpgilər haqqında soruşmaq istəyirdim. Həkimin dediyinə görə dərman orqanizmə düşməyib və allergiya yaradıb. Lakin biz neçə müddətdir ki allergiyanı bitirmək üçün mübarizə aparırıq. Səpgi üz daha çox boyun nahiyəsində, (vərəm boyun limfasındadır)qollar, sinə və yanlarda mövcuddur. Qan dəyişmə etdik lakin bir kömək olmadı. Sizdən çox xahiş edirəm mənə bir məsləhət görəsiniz, indidən çox çox sağolun.

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Vərəmin müalicəsi ölkəmizdə vərəm dispanserlərində aparılır. Siz bu sualları müalicə həkiminizə yönləndirin. Səpgilər allerqik mənşəlidirsə allerqoloq da məsələyə müdaxilə etməlidir. Hörmətlə

  • Məriyəm

    17/07/2021 at 23:40

    Salam doktor mənim oğlumun üzündə sızanaq var bu nədən əmələ gəlir 13 yaşı var?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Sızanaqlar ərgənlik zamanının xəstəliyidir. Yaranma səbəbi müxtəlifdir. Səbəbi xəstədən xəstəyə dəyişir. Sızanaq xəstələri vaxtında müalicələr almalıdır ki, üzdə çoprular yaranmasın. Hörmətlə

  • Arzu

    27/04/2021 at 12:05

    Salam doktor.Artıq 2 aya yaxındır ki sinə və çiyin nahiyəmdə qirmizi səpgilər yaranır.Bir çox maz istifadə etdim amma təsiri yoxdur. 41 yaşım var, əvvəllər belə bir problemim olmayıb.Sizcə dermatoloqamı yaxınlaşmalıyam, yoxsa genekokoqamı? Çünki bildiyim qədəri ilə səpgilər hormon pozgunluğu olanda da yaranır

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam Arzu xanım. Sızanaq dəri xəstəliyidir. Təbii ki, sızanağın diaqnostikası və müalicəsiylə dermatoloq məşqul olur. Ona görə dermatoloq həkimə müraciət etmək lazımdır. Hormonal pozuntu ilə əlaqə hər zaman olmur. Dermatoloq şüphə edərsə lazımı testlərdən sizi keçirdə bilər. Hörmətlə

  • Gunel

    07/02/2021 at 23:10

    Salam doktor, bağışlayın kureyimde qara noqteler var..kut halda yigismis sekildedir.eveller az idi ..indi daha da artib…bunu mualicesi varmi?ne etmeliyem bunun ucun..pis gorunur..(sizanaqlari hec demirem artiq oyresmisem.evliyem,30 yasim var hele de el cekmirler menden)cavab verseniz şad olaram.evelceden minnətdaram

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam Günel xanım. Qara nöqtələr də sızanağın bir növüdür. Sızanağın çıxmasının səbəbini təyin etmək lazımdır hər şeydən əvvəl. Sadəcə kremlər sürtməklə bu məsələ düzəlməz. Həkim müayinəsi və müvafiq müaliəcələr lazımdır sizə. Müraciət edin yardım edərik sizə. Özünüz bir şey etməyin. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN