Dəri həkimi Mehdi İskəndərli gənə xəstəliyi ilə necə mübarizə aparır ?

dəri həkimi mehdi

Dəri həkimi Mehdi İskəndərli verdiyi müsahibədə bildirmişdir ki, gənə xəstəliyi adında bir elmi nozologiya yoxdur. Ad şərtidir. Gənə xəstəliyi və ya demodeks xəstəliyi adı altında bizim klinikaya müraciət edənlərin 90 %-i əslində sızanaq xəstəliyi ucbatından əziyyət çəkənlərdir. Ölkəmizdə çox təəssüf ki, bir çox mərkəzlərdə gənə diaqnozu ilə əslində akne xəstələri müalicə edilir. Həqiqət isə ondan ibarətdir ki, demodeks paraziti çivzələrin yaranma səbəbi deyildir. Gənə paraziti əslində dəridə akne xəstəliyi ilə əlaqəsi olmayan lakin, kliniki bənzərlik göstərən başqa dəri xətsəliklərinin səbəbidir. Təbii olaraq gənə xəstəliyi əleyhinə verilən dərmanlar sızanaq xəstəliyinin müalicəsi üçün faydalı olmur və ya qismən faydalı olur. Nəhayətdə tələb olunan terapevtik nəticə əldə edilmir. Antiparazitar müalicələr, mədə-bağırsaq sisteminin endoskopiyası, bağırsaq yumaları əksərən səmərəsiz olur. Uzman dermatoloq Mehdi İskəndərli söyləyir ki, vulqar akne problemi üçün can həkimində terapevtik chek up-lardan keçməyə ehtiyac yoxdur. Bu üsul artıq köhnəlmişdir, səmərəsi yoxdur, maliyyət itkisidir və xəstəliyin dərinləşməsidir.

Dermatoloq Mehdi İskəndərli qeyd edib ki, vulqar akne xəstəliyinin müalicəsi yerli topikal kremlər, daxilə verilən antibiotiklər, dieta ilə müalicə edilir. Qadınlarda əlavə olaraq hormonal preparatlar istifadə edilir. Retinoidlər əsasə roaccutane olaraq tanıdığımız oral izotretinoin dərmanı istifadə edilir. Çivzə xəsətliyinin müalicəsi bəzən uzun müddət cəkir. Lakin, sızanağı törədən səbəb aşkar edilərsə hətta xəstəlikdən biryolluq qurtulmaq şansı da vardır. Hər şey xəstənin qismətinə düşən vulqar akne xəstəliyinin klinik formasından və ağırlığından asılıdır. Dəri həkimi Mehdi İskəndərli qeyd edir ki, sızanaq xəstələri vaxtında dermatoloq həkimə müraciət etməlidir ki, çivzələrin fəsadları olan çopurlaşma yaranmasın. Cünki, çopurlaşma problemi qalıcıdır, baxmayaraq ki, kosmetik yollarla korreksiyası mümkündür lakin biryolluq həlli yoxdur. Dermatologiya uzmanı Mehdi İskəndərli sonda onu da əlavə edir ki, sızanaq xəstələri ümidsiz olmamlıdırlar. Cünki, bu xəstəliyin müalicəsində çoxlu sayda müalicə üsulları mövcuddur və bu üsullar mərkəzimizdə uğurla icra edilir. Pasientlərin üzərinə düşən vəzifə isə sızanaq və çivzələr aşkarlandığı zaman vaxtında dermatoloq həkimə müraciət etməkdir. 

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər