Dəridə qaşıntılı köpəşmələr nədən yaranır ?

dəridə qaşıntılı köpəşmələr

Dəridə qaşıntılı köpəşmələr şikayəti ilə poliklinikamıza tez-tez randevular alınır. Qaşıntılı köpüşüklər bədənin istənilən bölgəsində meydana gələ bilər. Şiddətli formalarda əllərdə şişmə, ayaqlarda şişmə də əlavə olunur. Gözətrafı şişmə, dodaqda şişmə, dildə şişmə ortaya çıxa bilər. Ağır formada tənginəfəslik verərək ölümə də səbəb ola bilir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dəridə köpüşüklər əsasən gecələr meydana gəlir və qızartılar şiddətli qaşınmalarla müşayət olunur. Bu cür klinik əlamətlər verən çox dəri xəstəliyi vardır. Lakin, övrə xəstəliyi bu cür əlamətlər verən ən yayqın dəri xəstəliyidir. Urtikaria xəstəliyi olaraq da bilinən bu allergik dəri xəstəliyi şiddətli formalarda kvinke ödemi və ya angioödem halına  keçir. 

dəridə qaşıntılı köpəşmələr

Dəridə qaşıntılı köpəşmələr allergik dəri problemi hesab edilən övrənin əsas əlaməti hesab edilir. Lakin unutmaq lazım deyil ki, dəridə köpüşük verən lakin, allergik olmayan dəri xəstəlikləri də mövcuddur. Belə olan halda peşəkar dermatoloq diaqnozun dəqiqləşdirilməsi üçün xəstəni laborator, radioloji, histopatoloji və s. testlərdən keçirdə bilər. Dəri həkimi Mehdi İskəndərli onu da əlavə edib ki, dəri biopsiyası ilə diaqnozu 100%-lik dəqiqliklə təyin etmək mümkündür. Bədəndə qaşıntılı köpəşmələr göz qapağının şişməsi, dodaqların şişməsi, dilin şişməsi ilə paralel şəkildə yaranarsa deməli allergik övrə xəstəliyi daha şiddətli seyr sərgiləyir. Belə olan halda xəstə hospitalizə edilməli və dəri həkimi tərəfindən müvafiq müalicələr təyin edilməlidir. 

Dəridə qaşıntılı köpəşmələr urtikaria xəstəliyinin əlaməti kimi həm endogen, həm də ekzogen səbəblərdən yaranır. Ekzogen səbəblərə isti, soyuq, günəş şüalar, vibrasiya, su, fiziki aktivlik, təzyiq və s. daxilidir. Yəni, sadalanan faktorlar dəridə qaşınmalı köpəşmə problemini tətikləyə bilər. Bəzi insalarda qaşıdıqdan sonra cizgi formasında köpəşmələr yarana bilər. Endogen səbəblərə isə infeksioz xəstəliklər, endokrin xəstəliklər, avtoimmun revmatizmal xəstəliklər, daxili orqanların bədxassəli törəmələri, bəzi dərmanlar, qida və qida əlavələri övrə xəstəliyinin səbəbi ola bilər. Övrə xəstəliyinin müalicəsi qaşıntılı köpəşmə yaradan səbəblər və törədici amillərdən çox asılıdır. Səbəb tapıldığı təqdirdə övrə xəstəliyinin tam müalicəsi də mümkün ola bilər. 

 

 

 
 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər