B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Dodaq quruluğu səbəbi nədir ?

dodaq quruluğu

Dodaq quruluğu səbəbi ilə həkimə müraciət edən dəri xəstələrinin sayı olduqç çoxdur.  Dodaqda quruluq şikayəti ilə  müraciət edən xəstələrdə adətən dodaqlarda qabıqlanma və qaşıntı əlamətləri, bəzilərində əlavə olaraq dodaqlarda qızartı şikayətləri də olur. Dodaq kənarlarında ağrılı çatlar quru dodaq problemi ilə üst-üstə düşə bilər. Belə xəstələrdə qidalanma zamanı dodaqlarda ağrı, yanma və göynəmə fonunda ümumi diskomfort hissinin yaranması mümkündür. Dermatologiya uzmanı vurğulayıb ki, dodaqların quruluğu bir çox ekzogen və endogen səbəbdən yarana bilər. Endogen səbəblər dedikdə daxili orqan və sistemlərin patologiyaları fonunda yaranan dodaq xəstəlikləri nəzərdə tutulur. Buraya gastroenteroloji, endokrinoloji, revmatoloji, onkoloji, psixiatrik, nevroloji və digər xəstəlikləri aid etmək olar. Dermatoveneroloq şübhə etdiyi təqdirdə bu cür sistem müayinələrini başlada bilər. Dermatoloq Mehdi İskəndərli qeyd edib ki, dodaqda quruluq səbəbi həm də ekzogen faktorlara bağlı ola bilər. Havada quruluq, günəşin ultrabənövşəyi şüaları, küləkli hava, soyuq hava, mexanki təkrarlanan travmalar və s. aiddir.

Dodaq quruluğu həm də dəri xəstəlikləri səbəbiylə də meydana gələbilər. Dr. Mehdi İskəndərli qeyd edir ki, bu cür dəri xəstəlikləri birbaşa quru dodaq problemi səbəbi rolunda iştirak edir. Onun sözlərinə görə, ümumiyyətlə, dodaq xəstəlikləri bir çox hallarda dodaqlarla məhdudlaşır. Lakin, bəzi dəri xəstəlikləri dodaq ətrafı sahələrdən və ağız boşluğundan başlayaraq dodaqlara da sirayət edə bilər. Dəri həkimi qeyd edir ki, dodaqların quruması problemi ilə bərabər dodaqlarda şişmə, irinləmə, eroziv yaralar, axıntı şikayətləri də ola bilər. Əgər bu əlamətlər yoxdursa o zaman dodaq qurumasının daha bəsit səbəblərdən meydana gəldiyini düşünmək olar. Dermatoloq bildirib ki, dodaqda quruluq səbəbi nə olursa olsun bu problemin çarəsi var. Səbəb tapıldıqdan sonra hətta dodaq quruluğunun tam müalicəsi belə mümkündür. Dodaqların quruması hansı səbəbdən yaranır sualına cavab tapmaq üçün dermatoloq xəstədən laborator, radioloji, bakterioloji, funqal və s. testlərdən keçirdə bilər. Hətta ehtiyac olduğu təqdirdə dəri biopsiyası də alına bilər. Səbəbindən asılı olmayaraq dodaq quruluğunun müalicəsi vardır. 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər