B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Dodaqda yara səbəbi nə ola bilər ?

dodaqda yara

Dodaqda yara səbəbi ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Dodaqlarda yara problemi həm qadınlarda, həm də kişilərdə eyni dərəcə ehtimalla yarana bilir. O cümlədən uşaqlarda dodaq yarası şikayətləri xəstəni dermatoloq həkimə gətirib çıxarır. Bəzi dodaq xəstəlikləri üst dodaqda, digəriləri daha çox alt dodaqda yaranır. Dodaqda yara hansı bölgədə yerləşməsinə görə dəri həkimi ilkin diaqnozunu təxmin edə bilir.  Üst dodaq yarası əsasən infeksioz dəri xəstəliyi fonunda meydana gəlir. Bu cür xəstələrdə dodaqda su qabarcıqları və qaşıntı ola bilər. Dodaqda qabıqlanma və axıntı da infeksioz dəri xəstəliyi ilə əlaqəli yarana bilər. Avtoimmunitet səbəbiylə üst dodaqda şişkinlik ilə özünü göstərən xəstəliklər vardır.  Klinikamıza bu cür dodaqda ağrılı şişkinlik ilə müraciət edənlər bir qayda olaraq cavan yaşlı kişi xəstələrdir. Vaxtında müalicələrə başlanılmasa zamanla şişkinlik dodaqda xora meydana gətirə bilər. Allergik dəri xəstəlikləri ucbatından yaranan dodaq problemləri zamanı hər iki dodaqlarda şişkinlik yaranır. Belə xəstələrdə paralel şəkildə dəridə qaşıntılı köpəşmələr, gözlərdə şişkinlik, dilin şişməsi olur.

dodaqda çatlar dodaqda xərçəng dodaqda xərçəng dodaqda afta dodaqda eroziya dodaqda qabıqlanma

Dodaqda yara səbəbi dərinin onkoloji xəstəlikləri də ola bilər. Əsasən yaşlı insanlarda alt dodağın yarası dəri xərçənginə işərə ola bilər. Lakin alt dodağın açıq yarası heç bir zaman anidən yaranmır. Adətən belə xəstələrdə dodaq yarası illər boyu davam edən dodaq quruluğu fonunda meydana gəlir. Dodaqlarda qabıqlanma və göynəmə problemi ilkin dermatoloq müdaxiləsi ilə onkoloji dodaq yaraları prevensiya edilə bilər. Avtoimmun prosesə bağlı bir çox sistem xəstəlikləri dodaqlarda quruluq ilə özünü göstərən dəri xəstəlikləri də yarada bilər. Bu cür dermatoloji xəstəliklər ilk aylar dodaqda yaransa da zamanla bütün bədənə yayıla bilər. Dodaqda qaşıntılı qızartı əsas əlamətlər olur. Dodaqlarda qabıqlı qızartı da başqa bir klinik əlamət kimi meydana gəlir. Dodağın selikli qişasında aftoz yaralar ilə də klinikamıza müraciətlər olunur. Bunda əlavə ağızın eroziv yaraları ilə özünü göstərən xəstəliklər də dodaqlarda yaralar verə bilir.  Dodaqda yara səbəbinin diaqnostikasında sonra effektli müalicəs üsulları vardır. Yetər ki, pasientlər ümidsiz qalmasınlar. 

    
Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər