Üzdə qızarıqlıq problemi

Dermatoloq Mehdi İskəndərli qeyd etmişdir ki, üzdə qızartı verən dəri xəstəlikləri çoxdur. Bu dəri xəstəlikləri hamısı bir birinə bənzər klinik əlamətlər verir. Üzdə qızarıqlıq, qabıqlanma, yanma, batma, qaşıntı, quruluq və s. əlamətlər verə bilərlər. Peşəkar dermatoloq tərəfindən üzdə qızartılara səbəb olan faktorlar araşdırılır. Bunun üçün dəri həkimi xəstədən əlavə laborator analizlər istəyə bilər. Bəzən dəridən mikrobial testlər üçün sürüntü, yaxma və qazıntı nümunələri də alına bilər. Dəri biopsiyası bəzi dəri xəstəliklərinin diaqnostikasında hətta tək və yeganə metod ola bilər. Üzün qızarması endogen və ekzogen səbəblərdən qaynaqlana bilər. Ekzogen səbəb olaraq adi nəmləndirici və ya kosmetik vasitələrin istfadəsindən sonra yaranan üz qızartısı misal ola bilər. Eyni zamanda daxili sistem xəstəliklərin fonunda da yanaqlarda qızartı meydana gələ bilər ki, bunlar da endogen səbələr olaraq qəbul edilir. Mikrobial mənşəli yanaq qızartısı da tez tez görülə bilir. Müxtəlif növ bakterial, parazitar o cümlədən demodeks follikulorum, mikobakteriyal, funqal, viral infeksiyalar üzün qızarması səbəbi ola bilər. 

Üzdə qızarıqlıq allergik mənşəli dəri xəstəlikləri zəminində də yarana bilər. Qaşıntılı köpəşmələr ilə özünü göstərən övrə xəstəliyi sifətin qızarması və şişməsi ilə nəticələnə bilər. Ona görə üzündə qızartı şikayətləri olan soydaşlarımız özfəaliyyət göstərmədən zamanında dəri həkiminə müraciət etməlidir. Çox təəssüf ki, bəzi hallarda üzdə qızartı yarandığı təqdirdə xəstələr diaqnoz qoyulmadan, dəqiqləşdirilməmiş müalicələrə başlayırlar. Apteklərdən, qonşulardan, tanışlardan, sosial şəbəkələrdən, internetdən öyrəndikləri və tərkibi haqqında heç biri təsəvvürləri olmayan preparatları qəbul edirlər. Bu isə şikayətlərin daha da artmasına və xəstəliyin tanınmaz hala gəlməsinə səbə olur. Bu isə dermatoloq üçün xəstəliyin diaqnostikasında əlavə çətinliklər törədir. Ümumiyyətlə üzdəki qızartıları differensasiya etmək dermatoloq üçün olduqca çətin bir prosesdir. Odur ki, üzdə qızarıqlıq şikayətləri olan pasientlər zamanında dermatoloqa müraciət etməlidirlər. Dermatoloq Mehdi İskəndərli onu da əlavə etmişdir ki, üzündə qızartısı olan pasientlər ümidsiz olmamaldırlar. Bu problemləri törədən xəstəliklər əksər hallarda düzəlir və sağalır. Bu cür şikayəti olanlar ümidsiz olmamalıdırlar.

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN