Quru dəri problemi dermatoloji klinikasına tez-tez başvurulan şikayətlərdən biridir. Ümumiyyətlə dərinin 5 növü vardır. 1. Quru dəri, 2. Yağlı dəri, 3. Qarışıq dəri, 4. Həssas dəri, 5. Normal dəri. Dəri quruluğu problemi lokal ola bilər. Yəni, dərinin hər hansı bir tək nahiyyəsində quruluq yarana bilər. Bəzi insanlarda dəridə quruluq bütün bədəni də əhatə edə bilər. Lakin, üz dərisinin quruluğu daha sıx görülən problemdir. Bəzi xəstələrdə dodaqlarda quruluq ən çox narahat edən dəri problemidir. Uzman dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dəri quruluğu problemi həm daxili xəstəliklər fonunda, həm də xarici faktorlardan yarana bilər. Yəni, dəridə quruluq həm endogen, həm də ekzogen səbəblərdən yarana bilər. Belən olan halda dəri həkimi xəstədədən laborator, radioloji, patoloji, dəri biopsiyası və s. kimi testlər tələb edə bilər. Əgər dəri quruluğu probleminin səbəbi aşkar edilərsə hətta bu xəstəlikdən biryolluq qurtulmaq şansı da vardır. Bundan əlavə quru dəri problemi əlavə olaraq dəridə qaşınma problemi də yarada bilər.
Endokrin xəstəliklər, daxili orqanların bədxassəli şişləri, qan xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. dəridə quruluq yarada bilər. Peşəkar dermatoloq adətən sistem problemləri şüphəsi olduğu təqdirdə xəstəni lazımı testlərdən keçirdir və dəridə quruluğun səbəbini təyin edir. Suyun gündəlik az istifadəsi də dəridə quruluq səbəbi ola bilər. Bəzi genodermatoz dediyimiz genetik dəri xəstəlikləri də dəridə quruluq verə bilər. Məsələn ixtioz xəstəliyi quru dəri simptomu ilə özünü göstərən bir irsi xəstəlikdir. Bu xəstələrdə quruluq bədənin bütün nahiyyəsində olur. Lakin, ixtioz xəstəliyi ilə əlaqəli meydana gələn quruluq və qabıqlanmanı ən müasir müalicə üsulları ilə aradan qaldırmaq mümkündür. Dermatoloji uzmanı Mehdi İskəndərli dəridə quruluq verən ekzogen səbələr haqqında da danışmışdır. Çimmək, geyinmək vərişləri, dəriyə tətbiq edilən sabun, şampun və gellər də dəridə quruluq yaradan səbəblər arasındadır. Dəri həkimin sözlərinə görə həm daxildən gələn, həm də xaricdən qaynaqlanan dəri quruluğu probleminin ən müasir yollarla həlli vardır. Dəri quruluğunun müalicəsi vardır.
2 Responses
Həkim salam mənim dərimdə quruluqçoxdur qış mövsümündən yaz açılana kimi dərimdə bədənimdə qabıqlaşma olur ,qaşınma əmələ gəlir.hətta yazdada olu mən nə etməliym bu nə xəstəlik ola bilər
Salam Zahid bəy. Dəri quruluğu çox səbəbdən yarana bilər. Daxili və xarici səbəbləri vardır. Əyani müayinələrdən sonra dərinin qurumasının səbəbini aşkar etmək olar. Hörmətlə