Koronavirus ( COVID-19 ) infeksiyası ilə mübarizə və dəri xəstəlikləri

Koronavirus ( COVID-19 ) infeksiyası ilə mübarizə

Koronavirus ( COVID-19 ) infeksiyası ilə mübarizə bütün dünyada aparılır. Pandemiya səbəbiylə ümumdünya səhiyyə təşkilatı (ÜST) tərəfindən bütün insanlar üçün, bəzi tövsiyyələr etmişdir. Belə ki, tez-tez əllərin sabunla yuyulması, antiseptik gellərdən və məhlulardan istifadəsi məsləhət edilmişdir. Qrip əlamətləri olan insanlara isə tibbi maskalardan istifadəsini məsləhət etmişdir. Tibb müəssisələrində xüsusən, qarantin xəstəxanalarında və COVID-19 diaqnozu ilə xəstə qəbul edən mərkəzlərdə çalışan tibb işçilərinə də tibbi maska və digər qoruyucu vasitələr istifadəsi məsləhət edilmişdir.

Lakin, dünyada koronavirus ( COVID-19 ) infeksiyası ilə mübarizə sırasında tibb içilərində peşə xəstəliyi qrupuna daxil olan bəzi dəri xəstəlikləri ya kəskinləşmişdir, ya insidentində artma müşahidə edilmişdir. Dəri xəsətlikləri artımı ilk dəfə Çində görülməyə başlamışdır. Belə ki, uzun müddət istifadə edilən xüsusi qoruyucu uniformalar, tibbi əlcəklər, tibbi maskalar, tibbi antiseptik məhlullar bir çox tibb işçilərində dəridə qaşıntı, quruluq, suluqlanma, köpəşmə, qabıqlanma və çatlama əlamətləri verən dəri xəstəlikləri yaranmaqdadır. Atopik dermatit xəstəliyindən əziyyət çəkən tibb işçilərində əl dermatiti probleminin insidenti artmışdır. Lateks əlcəklərin verdiyi kontakt övrə ilə müraciət edən xəstələrin sayı artmışdır. Tibbi maska istifadəsinə bağlı üzdə qızarıqlıq və allergik kontakt dermatit problemləri yaranmağa başlamışdır. Allergik kontakt dermatit eyni zamanda tibbi əlcəklərə qarşı da yarana bilər.

Koronavirus ( COVID-19 ) infeksiyası ilə mübarizə aparan tibb işçilərini dəri xəstəlikləri problemlərindən qorumaq üçün bir neçə məsləhətlər verilə bilər. Əlləri qorumaq üçün maye sabunlardan uzaq durmaq lazımdır. Nəmləndirici özəlliyi olan bar sabunlardan istifadə eilməli və hər dəfə əllər nəmləndirici kremlərlə yumşaldılmalıdır. Nəmləndirici kremlər eyni zamanda üz dərisinə də vurulması tövsiyyə edilir. Lateks tərkibli maskalardan və tibbi əlçəklərdən uzaq durmaq lazımdır. Nitril tərkibli və ya hipoallergenik tibbi əlçəklərə üstünlük verilməlidir. Dərinin uzun müddət okluziya şəraitində qalması əlavə yeni dəri problemləri yarada biləcəyini nəzərə alaraq əlçəklər, maskalar, qoruyucu gözlüklər, uniformalar zaman-zaman çıxarılmalı və dərinin tənəffüsünə imkan yaradılmalıdır. Bu cür profilaktik tədbirlərə rəğmən dəri xəstəliyi kəskinləşdiyi təqdirdə dermatoloq həkimə müraciət edilməlidir.

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər