Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, xayada qaşıntı kişilər arasında geniş yayılmış dermatoloji problemlər arasındadır. Xayalarda qaşınma hər yaşda özünü göstərə bilər. Oturaq həyət tərzi sürənlər, obez olanlarda bu cür hallara daha tez-tez rast gəlinir. Xayada qaşınma əskərən xarici faktorların təsirindən yaranır. Bəzi hallarda xayalarda gicikmə daxili xəstəliklər fonunda da yarana bilər. Peşəkar dermatoloq xayalarda gicikmə probleminin əsas səbəbini təyin etməyi bacarmalıdır. Dəqiqləşdirlmiş diaqnoz naminə dermatoloq xəstədən dəri biopsiyası, laborator, mikrobioloji, radioloji testlər tələb edə bilər. Xayadakı dəri problemləri səbəbi tapılmadan müalicə edildiyi təqdirdə çox zaman müalicə uğursuzluğu ilə nəticələnir. Odur ki, bu cür problemlərin müalicəsi üçün mənşəyi bilinməyən kremlərin istifadəsi qaşıntını daha da artıra bilər. Xaya qaşıntısının digər səbəbləri arasında düzgün təyin edilməmiş yerli terapiyalardır. Beləki, həkim məsləhəti olmadan genital bölgə üçün tətbiq edilən kremlər, məlhəmlər və şampunlar dəridə geri düzəlməyən fəsadlar verə bilər. Bu zaman qaşıntı ilə bərabər göynəmə və yanma hissi də yaran ola bilər.
Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, bəzi kişilərdən xayada qaşıntı şikayəti cinsiyyət bölgəsinin qaşıntısı fonunda özünü göstərir. Yəni, dəridə qaşınma sadəcə xayalarda deyil, qasıqda, aralıqda, anal bölgədə, penisdə də yaranır. Bəzi dəri xəstəlikəri vardır ki, onlar xayalarda qızartı, qalınlaşma, bərkimə, qabıqlanma əlaməti verir. Məhz bu səbəbdən xayalarda qaşınma problemi yaranır. Bəzi hallarda isə xaya dərisində heç bir qızartı, qabarma, sulanma, qabıqlanma olmadığı halda xəstələr qaşıntıdan şikayət edirlər. Xayada qaşıntı verən xarici səbəblər arasında istifadə edilən şampunlar və sabunlardır. Tez-tez tərləmə və genital bölgənin daimi nəm qalması qaşınma yaradan digər səbəblər arasındadır. Bəzi infeksioz dəri xəstəlikləri də xaya qaşınması verə bilər. Allergik dəri xəstəlikləri, dəmrovun əksər növləri xayada qaşınma verə bilər. Dermatoveneroloq sonda qeyd edir ki, səbəbi nə olursa olsun, istər daxili səbəblər, istərsə də xarici səbəblər xayalarda qaşınmanın müalicəsi vardır. Belə xəstələr ümidsiz olmamalıdırlar. Xayada gicikmə verən səbəb tapıldığı təqdirdə xəstəlikdən biryolluq qurtulmaq da mümkündür.
15 Responses
Salam hekim mende xayalarda ve anusda qawinma var onun mualicesi mumkundur sizle nece elaqe saxlaya bilerem
Salam Vüqar bəy. Bəli müraciət edə bilərsiz yardım edərik. Keçmiş olsun!
salam.Məndə cinsi orqan ətrafı və qurşaqdan aşağı hissə qaşınır.cinsi baldır dahiyəmdə sizanaqlar sizcə səbəbi nə ola bilər ?
Salam. Sızanağa bənzər dəri törəməsi də ola bilər. Müayinə edib gərəyini etmək lazımdır. Hörmətlə
Salam doxdur məndədə belə qaşınma var sizdən necə əlaqəyə çıxa bilərəm
Salam. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam həkim. Məndə xayalarda qaşıntı var. Həmdə həm xaya dərisi həmdə penis qabığ çıxarır? Bu neden ola bilər? Yəni ciddi heç bir şey yoxdu?
Salam Həsən bəy. Sualınızın cavabını məqaləni axıra qədər oxuyaraq tapa bilərsiz. Ancaq konkret olaraq sizdə hansı səbəbdən yaranır sualının cavabını əyani müayinələrdən sonra təyin etmək olar. Müraciət etmənizi tövsiyyə edirik. Hörmətlə
Salam doktur. Məndə bir neçə gündür xəyalarda deyil. Penisdə qaşınma var belə diskamfort qaşınma olur onun səbəbi zəhmət olmasa desəz sevinərəm.
Salam Hüseyn bəy! Penisdə qaşınma verən patologiyalar çoxdur. Olar ki, ciddi bir dəri xəstəliyinə bağlı yaransın, olar ki, adi səbəbdən penisdə qaşınma yaransın. Dəqiq diaqnoz və səbəbin təyini üçün mütləq əyani müayinələr lazımdır. Müraciət edin yardım edərik sizə. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam hekim
Salam hekim.Oglumun 8 yasi var
Onun xayasinda qasinma var.hec bir qizarti hecne yoxdu.ancaq qasinir.neden ola biler?ciddi nese ola biler?
Salam Nuranə xanım. Məqalədən görsəndiyi kimi xayada qaşınma çox səbəblərdən ola bilər. Daxili və xarici səbəbləri vardır. Mütləq əyani müayinə edib problemin kökünü təyin etmək olar. Hörmətlə
Salam həkim. Xayanın bir issəsi qurumuşkimi olur. Səbəb nə ola bilər?
Salam. Məqalədə də deyildiyi kimi çox səbəb ola bilər. Adi ekzogen səbəbdən tutmuş ciddi daxili səbəbə qədər bir çox ehtimallar ola bilər. Müayinə etmək lazımdır. Hörmətlə