B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Məmə altında qaşınma nədən yaranır ?

məmə altında qaşınma

Məmə altında qaşınma problemi ilə müraciət edən qadın pasientlərimizə tez-tez randevu verilir. Məməaltı qaşınma verən dəri xəstəlikləri çoxsaylıdır. Bunlardan bəziləri dərinin müvəqqəti xəstəlikləri olsa da, digəriləri xroniki və uzun müddətli müalicələr tələb edən dəri xəstəliklərdirMəmələrin alt hissəsində qaşıntı şikayəti əksərən paralel şəkildə qızartı, qabıqlanma problemləri ilə də müşayət olunur. Lakin, bir çox xanım pasientlərin müayinəsi zamanı məməaltı nahiyyədə qaşıntı səbəbi ola biləcək qızarıqlıq, qabıqlanma, suluqlanma və s. kimi əlamətlər görülmür. Yəni, məmə altında qaşıntı sadəcə sağlam dərinin özündən qaynaqlanır.  Bəzilərində paralel şəkildə qulaqarxasında, qasıqda da qaşıntı olur. Dermatoloq Mehdi İskəndərli vurğulayıb ki, məməaltı bölgədə qaşınma verən dəri xəstəlikləri yuxarıda da qeyd edildiyi kimi müxtəlif klinik formada özünü büruzə verir. Müalicədən öncə dermatoloq məmə altı nahiyyənin düzgün müayinəsini aparır. Diaqnostik ipucları tapandan sonra dəqiqləşdirici testlər tələb edir. Müxtəlif mənşəli dermatitlər, dəmrovlar, avtoimmun dəri xəstəlikləri də döşaltı bölgədə qızarıqlıq və qaşınma səbəbi ola bilər.

Məmə altında qaşınma əksərən ekzogen faktorlara bağlı yaranır. Həmçinin daxili xəstəliklərin fonunda məmələrin alt hissəsində qaşınma və qızartı problemi meydana gələ bilər. Məsələn, genetik pozuntular fonunda meydana gələn döşaltı qızarıqlıq problemlərinin bir qismi ürək xəstəlikləri ilə paralel şəkildə özünü göstərir. Yəni, döş altında qaşınmalı qızartı meydana çıxandan sonra xəstə özündə tənginəfəslik, ayaqlarında şişkinlik və sinənin sol tərəfində ağrılar hiss edə bilər. Lakin, bu cür xəstəliklər nadirən görülür, fəqət inkarı üçün mütləq dermatoloq rəyi lazımdır.  Qadın pasientlərin obez olması və əlavə olaraq yanaşı gedən daxili xəstəliklərin mövcudiyyəti məmə altında qaşıntı probleminin insidentini artırır. Məsələn, çəkisi artıq olan xanımlarda məmə altında bişməcə fonunda müxtəlif infeksioz dəri xəstəlikləri yaranır ki, bu da məməaltında qaşıntı ilə bərabər, qızartı, qabıqlanma, yaralar, eroziyalar və axıntı verə bilər. Buna bağlı xəstələrdə ciddi diskomfort yaranır, əmək və həyat keyfiyyəti aşağı düşür. Sonda dermatologiya uzmanı bu problemdən əziyyət çəkən xanımları əmin etmək istəyir ki, döşaltı qaşıntı probleminin çarəsi vardır.  

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

5 Responses

  1. Salam. Məndə artıq 1 aya yaxındır ki döş altında qızarıqlıqlar var . Həmin qızarıqlardan həm su gəlir , həm qabıqlayır həm də iyi gəlir . Bunun səbəbi nədir və necə müalicə olunmalıdır . Zəhmət olmasa cavab yazardız

  2. Salam. Məndə artıq 1 aya yaxındır ki döş altında qızarıqlıqlar var . Həmin qızarıqlardan su gəlir , qabıqlayır iyi gəlir . Bunun səbəbi nədir və necə müalicə olunmalıdır . Zəhmət olmasa cavab yazardız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər