B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Krioterapiya nədir ? Maye azot nədir ?

Krioterapiya nədir ?

Krioterapiya nədir sualı ilə randevu alıb müraciət edən dəri xəstələri tərəfindən tez-tez verilir. Krio yunan mənşəli kryos sözündən yaranıb mənası soyuq deməkdir. Terapiya isə müalicə deməkdir. Krioterapiya müvafiq olaraq soyuq ilə müalicə anlamına gəlir.

 

Maye azot nədir ?

Soyuq ilə müalicə üçün maye azot maddəsindən istifadə edilir. Sovet vaxtlarında bu maddəyə rus dilindən gələn jitkiy azot deyilirdi. Maye azot mənfi 197 dərəcəyə çatan bir maddədir. Mənfi 197 dərəcədə heç bir insan hüceyrəsi canlı qala bilmir. Krioterapiya ilə müalicə zamanı maye azot dərinin patoloji nahiyyəsinə tətbiq edilir. Bu zaman istənməyən toxuma məhv edilir. Bu yolla xəstə müalicə edilir. 

 

Maye azot ilə hansı dəri xəstəlikləri müalicə edilir ?

Bir çox dəri xəstəlikləri maye azotla müalicə edilir. Əsasən dəri törəmələrinin ləğvi ən çox bu metodla aparılır. Xüsusən papilloma, ət xalı, kondiloma, ziyillər və digər dəri törəmələri maye azotla dondurularaq ləğv edilir. Bundan əlavə dermatoonkoloji dəri xəstəlikləri də maye azotla müalicə edilə bilər. 

 

Maye azotla müalicə proseduru nə qədər çəkir ?

Krioterapiya proseduru çox qısa çəkir. Maksimum 10-15 dəqiqə pasientin vaxtını ala bilər. Lakin, dəri törəməsinin sayından asılı olaraq maye azot proseduru bir qədər uzana bilər. 

krioterapiya

Yerli anesteziyaya ehtiyac duyulurmu ?

Dəri törəmələrinin maye azotla dondurulması zamanı əksərən yerli keyidicilərə ehtiyac duyulmur. Maye azotla yandırılma proseduru demək olar ki, ağrısız, qansız və təhlükəsiz şəraitdə keçir. Soyuğa bağlı zəyif sızlama göynəmə hissi yarana bilər. Prosedurdan sonra da ağrıkəsicilərə ehtiyac duyulmur. Xəstələr əksərən krioterapiya prosedurundan sonra dərhal işə qayıda bilirlər. 

 

Papillomanın yandırılması krio ilə aparıla bilərmi ?

Papillomaların yandırılması yuxarıda da qeyd edildiyi kimi krioterapiya ilə aparıla bilər. Əslində prosedur zamanı papillomaların dondurulması baş verir nəinki yandırılması. Yəni bu üsulla papillomaların dondurularaq ləğvi baş verir. Papillomaların yandırılaraq ləğv edilməsi daha çox lazer və elektrokoaqulasiya metodu ilə nail olunur. Odur ki, papilloma yandırılması ifadəsi şərtidir. Papillomanın növləri çoxdur. Lakin əksər növünü bu üsulla ləğv etmək olar. Boyundakı papillomaların ləğvi bu üsulla daha asandır. O cümlədən qoltuqaltındakı papillomaların yandırılması krioterapiya ilə icra edilsə daha ağrısız və təhlükəsiz olar. Bundan başqa cinsi nahiyyədəki papillomaların yandırılması krio ilə aparılması ən effektli metod hesab edilir. 

 

Dəri törəmələrinin ləğvi prosedurdan sonra həmən baş verirmi ?

Dəri törəmələrinin dondurularaq ləğv edilməsi zamanı törəmələr dərhal düşmür. Maye azotla dəri törəmələrin dondurulması zamanı toxuma zədələnir. Bir necə gün ərzində dəri törəməsi qaralaraq nekroza uğramış olur. 7-10 gün ərzində isə tamamiylə dəri törəməsi düşmüş olur. 

 

Kondilomaların yandırılması krioterapiya ilə mümkündürmü ?

Əksər cinsi papillomaların yandırılması krioterpiya ilə mümkündür. O cümlədən HPV mənşəli papillomalar və ya cinsi ziyillərin krioterapiya ilə yandırılması mümkündür.. Digər adı kondiloma olan bu törəmələrin müalicəsi ölçüsündən, sayında və lokalizasiyasından asılı olaraq müxtəlif üsullarla aparıla bilər. Lakin, kondilomanın maye azotla yandırılması ən yayğın üsuludur. Həm xəstə üçün, həm də dermatologiya uzmanı üçün rahat üsuldur. Ağrısız, qansız, təhlükəsiz şəraitdə aparılır. Prosedur qısa çəkir. İnyeksiya ilə yerli keyitmələrə ehtiyac belə olmur. Prosedurdan sonra xəstələr iş başına qayıda bilir. Prosedur sonrası ağrıkəsici qəbul etməyə ehtiyac belə olmur. Kondilomanın krioterapiya ilə ləğvi həm kişilərdə, həm də qadınlarda rahatlıqa aparılır. Bir sözlə kondilomanın krioterapiya ilə müalicəsi pasientlər tərəfindən ən çox seçilən üsuludur. 

 

Ziyillərin müalicəsi üçün ən effektli müalicə üsulu hansıdır ?

Ziyillərin ləğvi bir necə üsulla aparıla bilər. Ziyillərin növləri çox olduğu üçün hər bir növün də özünəməxsus müalicə üsulu ola bilər. Məsələn əl-ayaq ziyillərinin krioterapiya ilə müalicəsi daha məsləhətli üsul hesab edilir. Göynəmə və ağrı dərəcəsi bir qədər yüksək olsa da sağalma faizi yükəkdir. Çapıqlaşma ehtimalı yoxdur. Cinsi ziyillərin maye azotla müalicəsi də ən effektli metod hesab edilir. Bir sözlə ziyillərin yandırılması krioterapiya ilə icra edilməsi tövsiyyə edilir.  Ziyil terapiyası haqqında daha ətraflı…

 

Krioterapiyanın yan təsirləri və fəsadları varmı ?

Bütün prosedurların yan təsirləri olduğu kimi krioterpiyanın fəsadları da vardır. Maye azotun fəsadları arasında toxumanın nekrozudur. Yüksək dozada maye azot tətbiq edilərsə ciddi nekrotik proseslər və ona bağlı dərin açıq yaralar və eybəcərliklər yarana bilər. Ona görə krio proseduru peşəkar və təcrübəli dermatoloq tərəfindən aparılmalıdır. Bundan əlavə dəridə ağ ləkələr prosedurdan sonra yarana bilər. Bu ağ ləkələr qalıcıdır. Krioterapiyadan sonra çapıqlar da yarana bilər. Ona görə maye azotla müalicə yalnız peşəkar dəri həkimi tərəfindən aparılmalıdır. Ev şəraitində həlli yoxdur. 

 

Uşaqlarda krioterapiya müalicəsi aparılırmı?

Bəli. Krioterapiya həm uşaqlarda, həm də böyüklərdə tətbiq edilir. Yaş və cins fərqi yoxdur. Əks göstərişlər nadirdir. Bir çox uşaq dəri xəstəlikləri krioterapiya ilə aparılır. O cümlədən uşaqlarda molluskum müalicəsi bəzən maye azotla aparılır. Uşaqlarda ziyillərin müalicəsi o cümlədən digər xoşxassəli dəri törəmələrinin müalicəsi zamanı krioterapiyadan istifadə edilər bilər. 

 

Xallarının yandırılması maye azotla aparıla bilərmi ?

Xalların götürülməsi istəyi ilə tez-tez klinikamıza müraciətlər olunur.  Lakin xalların yandırılması bir mənalı olaraq krioterapiya ilə ola bilməz. Hər xalın növünə görə götürülmə qaydası və üsulu vardır. Əvvəlcə dermatoloq tərəfindən xalın dermatoskopiyası aparılmalıdır. Ehtiyac olarsa dəri biopsiyası ilə xalın mənşəyini təyin etmək olar. Xalın növü təyin edildikdən sonra götürülmə üsuluna qərar verilir. Mənşəyindən asılı olaraq xalların maye azotla götürülməsi mümkündür. Xalların krioterpiya ilə götürülməsi qərarını dermatoloq həkim dermatoskopik müayinədən sonra təyin edir. 

 

Ət xallarının yandırılması maye azotla aparıla bilərmi?

Ət xalı dərinin xoşxassəli törəməsidir. Ət xalı xalın bir növüdür. Ət xallarının ləğvi bir necə üsullar ilə aparıla bilər. Lakin ən effektli, tez və az fəsadlı metod krioterapiya üsulu hesab edilir. Ət xallarının dondurulması üçün maye azot sprey formasında törəmələr püskürdülür. Törəmələr termodestruksiyaya uğradılır. Bir necə gündən sonra ət xalları öz-özünə düşür.  

Dəri xərçənginin krioterapiya ilə yandırılması mümkündür ?

Dəri xərçəngi geniş anlayışdır. Dəri xərçənginin növləri çoxdur. Hər növün özünəməxsus müalicə üsulu vardır. Gecikmiş dəri xərçəngi bir qayda olaraq cərrahi, kimyaterapiya, immunoterapiya və radioterapiya üsulları ilə müalicə edilir. Erkən mərhələ dəri xərçənginin maye azotla yandırılması mümkündür. Lakin burada da incə nüanslar olduğu üçün qərar dermatoonkoloq dəri həkimi tərəfindən verilir.  

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

2 Responses

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər