Penisdə qızartı səbəbi nədir ?

penisdə-qizarti.jpeg

Penisdə qızartı şikayəti ilə Kutanoz klinikaya tez-tez müraciətlər olunur. Penisin qızarması problemi bütün yaşda rast gələr bilər. Uşaqlarda penis başında qızartı bir çox səbəblərdən yarana bilər. Dəmrov tipli dəri xəstəlikləri erkən uşaqlıq dönəmindən meydana gələ bilər. Bir çox uşaqlarda cinsi qızartı sünnət əməliyyatından sonra yaranır. Adətən uşaqlarda penisdə qabıqlı qızartı qaşıntılı olur. Böyüklərdə isə cinsi orqanın başında qızartı bir çoxa hallarda cinsi əlaqədən sonra yarana bilir. Əsasən tez-tez partnyor dəyişikliyinə gedənlərdə və qorunmasız münasibətlərdən sonra inkfesiyoz mənşəli cinsi qızartılar yarana bilər.  Venerologiyanın və ya zöhrəvi xəstəliklərin bir parçası olan bu xəstəliklər dəri və zöhrəvi həkimi və ya dermatoloq  tərəfindən müalicəsi aparılır. Penis başında qızartı qoruyucu vasitələrə qarşı rekasiyaya bağlı da meydana gələ bilər. Ümumiyyətlə allergik dəri xəstəlikləri penisdə qızartılı səpgilər səbəbi ola bilər. Belə olan halda adətən cinsiyyət orqanında qaşıntı əsas klinik əlamət olur. Dərinin göbələk xəstəlikləri də penisdə qabıqlanma o cümlədən qasıqda qabıqlı qızartı və qaşıntı səbəbi ola bilər.

penisdə qızartı

Penisdə qızartı virus və bakteriyal mənşəli dəri xəstəlikləri o cümlədə herpes xəstəliyi ucbatında da yarana bilər. Belə olan halda penisdə su qabarcıqları şəklində səpgilər olur. Ağrı, qaşıntı və göynəmə yarana bilər. Penisdə qızarıqlıq səbəbi peşəkar dermatoloq tərəfindən asanlıqla aşkar edilə bilər. Genital qızartının səbəbi aşkar edildikdən sonra müvafiq daxilə və yerli müalicələr ilə xəstəni şəfasını qovuşdurmaq mümkündür. Penisdə qızartı, qabıqlanma, qaşıntı, axıntı problemi cinsi yolla keçən zöhrəvi xəstəlikləri fonunda yaranıbsa dəri həkimi xəstədən sidik kanalı yaxması o cümlədən yaradan sürüntü, qazıntı testləri və laborator analizlər tələb edə bilər. Tənasül orqanında qızartı səbəbi təyin edildikdən sonra dermatoloq həkim yerli və daxilə müalicələr təyin edir. Əksər hallarda müalicə səmərəsini verir. Lakin bəzi hallarda penisdə qabıqlı qızartılar dermatoonkoloji problemlərlə əlaqəli ola bilər. Belə olan halda müalicə həkiminiz onkodermatoloq kimi sizdən dəri biopasiyası analizini də tələb edə bilər. Bunula belə, cinsi bölgənin dəri xərçəngi də çarəsi olan patologiyadır.

penisdə qızartı

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN