dəridə-quruluq.jpg

Dəridə quruluq problemi pasiyentlər tərəfindən tez-tez şikayət edilən dəri xəstəliklərindən biridir. Quru dəri şikayəti olanlarda paralel şəkildə dodaq quruluğu şikayətləri də olur. Belə xəstələr ağızda quruluq, vaginal quruluq, göz quruluğu şikayətlərini dilə gətirirlər. Dəri quruluğu probleminin həm endogen, gəm də ekzogen səbəbləri ola bilər. Yəni quru dəri problemi daxili xəstəliklər fonunda yarana biləcəyi kimi, xarici səbəblərdən də yarana bilər. Hətta dəri quruluğu yaradan genetik dəri xəstəlikləri də vardır. Məsələn, irsi dəri xəstəliyi sayılan ixtiyoz quru dəri probleminin əsas səbəbi ola bilər. İxtiyoz xəstəliyi olanlarda qabıqlı dəri və quru dəri problemləri olur. Daxili xəstəliklər fonunda yaranan dəri quruluğu problemini araşdırmaq üçün dermatoloq xəstədən laborator, radioloji, patoloji və s. kimi testlər istəyə bilər.

Dəridə quruluq problemi xarici faktolara da bağlı ola bilər. Pasiyentin istifadə etdiyi mənşəyi məlum olmayan kremlər, sabunlar, şampunlar, kosmetik vasitələr quru dəri problemini yarada bilər. Məsələ, üzdə quruluq problemini yaradan səbələrdən birisi vurulan kremlər və kosmetik vasitələrdir. Dərinin quruması həm də mövsüm və iqlimlə də əlaqəlidir. Qış aylarında dəri quruyur, yay aylarında isə dəri quruluğu nisbətən azalır. Günə ərzində insan 2 – 2.5 litr su istifadə etməlidir. Günlük su tükətmə səviyyəsi aşağı olan insanların dərisində quruluq yarana bilər. Belə xəstələr gün ərzində 2 – 2.5 litr su içdiyi təqdirdə dəri quruluğu aradan qalxır. Bəzi ailələrdə dəri quruluğu problemi genetik olur və ailə fərdlərinin bir neçəsində mövcud ola bilər. Görsəndiyi kimi dəridə quruluq probleminin “1001” səbəbi ola bilər. Belə olan halda xəstələr dermatoloq həkimə müraciət etməlidirlər ki, səbəbləri araşdırsın və dəri quruluğu probleminin qaynağını aşkara çıxarsın. Bu xəstəlik müalicə olunandır və qarşısı alınandır. Quru dərinin daxili orqanların xəstəlikləri fonunda yarana biləcəyini nəzərə alaraq belə xəstələrin özfəaliyyət göstərmədən bir başa dəri həkiminə müraciət etməsini tövsiyyə edərdik.

 

 

Uzm. Dr. Mehdi İskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


6 şərh var

  • Guull

    08/01/2020 at 22:20

    Salam dr.menim derim cox qurudu.neinki el ve uzde.hetta butun bedenimde deri tarimda qalir quruluqdan.ne qeder krem,nemlendirici vasiteler etsemde muveqqeti komek edir.daxilden o nem,yagliliq yaranmir.agiz boslugu da quru olur.umumiyyetle mende selikli qisalar hamisi lazimindan daha qurudu.bu neden olar? Sinir sistemi ile elaqedar olar? Cunki nevroz problemim de var.ele bilirem damarlarimin ici de quruyub.

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      08/01/2020 at 22:23

      Salam Vüsalə xanım. Suala görə təşəkkürlər. Məqalədə də qeyd edildiyi kimi dəri quruluğu sistem problemlərinə bağlı da yarana bilər. Araşdırma aparmaq lazımdır. Problemin daxildən gəlmədiyinə əmin olmaq lazımdır. Hörmətlə

  • Aysel

    23/03/2020 at 00:18

    Salam axmnz xeyir menim əlimin ustu qırmızı qizariqlar yaranamaqa basliyir, dəri altı, soyuq olarkən şişkinlik olur bunun səbəbi nədir xahiş edirəm sualımı cavabsız qoymayın.

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      23/03/2020 at 13:43

      Salam Aysel xanım. Sualınıza görə təşəkkürlər. Bu cür əlamətlər verən dəri xəstəlikləri çoxdur. Bəziləri həqiqətən soyuğa bağlıdır. Bəzilər isə tam başqa səbəblərdən yaranır. Yaxşı olarkı ki, problemin kəskin vaxtında müraciət edəsiniz o zaman sizə yardım edərik. Diaqnozu dəqiqləşdirərdirk sonra isə müvafiq müalicələr təyin edərdik.

  • Sona

    17/05/2020 at 05:29

    Salam Həkim. Mənim əlimdə balaca şişkalar olur qaşınır sonra su verir yerləri və əlim quru olur çatlıyır yerləri. Mənə həkim dedi vitamin çatışmazlığıdır müalicə kimi A və B vitaminlərini etdim amma yenədə elədir əlim quru yəni loru dildə desək (taxta kimi). O başqa bəydən ola bilər. Zəhmət olmasa cavab verərdiz.

    Reply

    • Uzm. Dr. Mehdi İskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      18/05/2020 at 21:04

      Salam Sona xanım. Sualınıza görə təşəkkürlər. Bu suala daha dəqiq müayinədən sonra cavab vermək olar. Dediyiniz əlamətləri verən dəri xəstəliyi çoxdur.Mütləq əyani müayinələrdən sonra diqanozunuz təyin edilməlidir. Sonra müvafiq müalicələr təyin etmək asan olacaq

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.



Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.