Dəridə ağ ləkələr müxtəlif xəstəliklərin ucbatından yaran bilər. Bütün bəyaz ləkələr hipopiqmentasiya və ya depiqmentasiya səbəbi ilə yaranır. Lakin fərqli bioloji mexanizmlər dəridə hipopiqmentasiya və ya depiqmentasiya yarada bilər. Əsasən uşaqlarda dəridə bəyaz sahələr anadangəlmə meydana gələ bilər. İki yaşına qədər yaranan ağ ləkələr əksərən anadangəlmə olur və genetik pozuntu ilə əlaqəli olur. Bunlara kongenital və ya anadangəlmə ağ ləkələr deyilir Məktəbə qədər dövürdə, məktəb dövründə, yeniyetməlikdə və böyüklərdə yaranan ağ ləkələr qazanılmış ağ ləkələr sayılır. Qazanılmış ağ ləkələr arasında ən ciddi olan xəstəlik xalq arasında ala xəstəliyi olaraq bilinən vitiliqo problemidir. Vitiliqo xəstəliyi dərinin avtoimmun xəstəliyidir. Vitiliqo xəstələrində dərinin istənilən yerində depiqmentasiya ilə özünü biruzə verən bəyaz ləkələr yaranır. Bu ləkələr göz ətrafında, dodaq ətrafında, dizlərdə, dirsəklərdə baldırların ön tərəfində yaranır. Əllərdə ağ ləkələr aşkar edilən zaman təbii ki vitiliqo xəstəliyi haqqında düşünülməlidir. Lakin, əldə ağ ləkə yaradan çox saylı digər dəri xəstəlikləri də vardır.
Depiqmentasiya sahələri xəstəliyin ən ağır formalarında bədənin tamamını əhatə edə bilər. Buna generalizə və ya total vitiliqo deyilir. Vitiliqo xəstələrində saçlarda, qaşlarda və kipriklərdə tük ağarması da görülə bilər. Dəridə ağ ləkələr şəklində özünü götərən vitiliqo xəstəliyi sadəcə dərinin problemi deyil. Bu xəstələrdə paralel şəkildə daxili orqanların avtoimmun mənşəli problemləri də yarana bilər. Dermatoloq ehtiyac bidliyi təqdirdə vitiliqo xəstələrində sistem problemlərini araşdırmaq üçün əlavə laborator analizlər istəyə bilər. Vitiliqo xəstələrinin müalicəsi çətin olsa da mümkünsüz deyildir. Müasir təbabət bu xəstəliyin müalicəsində müxtəlif üsullar təklif edir. Ən azı ala xəstəliyinin yayılması əleyhinə müalicə, profilaktika tədbirləri görülməlidir. Dermatoloq həkimin təyin etdiyi yerli müalicələr həkim nəzarətdində tətbiq edilməlidir. Günəşdən həm fiziki, həm də spf kremləri hesabına qorunmalıdır. Stres faktorları və dəriyə tətbiq edilən travmalardan uzaq durulmalıdır. Depiqmentasiya sahələri günəş şüalarının mənfi təsirinə qorunmasız olduğu üçün o sahələrdə dəri xərçəngi yaranma riski yüksəkdir. Ona görə dəridə ağ ləkələr olanlar günəşdən xüsusən qorunmalıdır.