Dəridə suluqlar nədən yaranır ?

dəridə suluqlar

Dəridə suluqlar şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Dərinin qabarcıqlı xəstəlikləri ilə həm uşaqlar, həm də böyüklər müraciət edir. Dərinin su toplayan yaraları ilə özünü göstərən dermatozlar önəmli yerə sahibdir və xəstənin əmək qabiliyyəti ilə həyat keyfiyyətinə pis təsir edir. Dəridə suluqlanma ilə özünü göstərən səpgilər müxtəlif səbəblərdən meydana çıxır. Avoimmunitet mexanizmlər ilə yaranan dəri suluqarı əksər hallarda ağız yaraları ilə özünü göstərir və ciddi qidalanma problemi yaradır. Bu cür xəstələrdə əksərən ağızda ağrılı yaralar gövdədə dərinin sulu qabarcıqları problemindən aylar öncə yaranır. Dəri suluqlanması zamanla açılaraq dəridə ağrılı yaralar meydana gətirə bilir. Yaşlı qadınlarda bəzən qaşıntılı dəri suluqarı da meydana gələr bilir. Virus mənşəli bəzi xəstəliklər yenə ən çox yaşlılarda dəridə ağrılı suluqlar yaradır. Bəzən sadəcə barmaqlarda suluqlanma yaranır. Əsasən barmaq kənarlarında qaşıntılı suluqlar xəstələri narahat edir. Ağırlaşmış formada ayaqda qaşıntılı suluqlar eləcədə əllərdə qaşıntılı suluqlar xəstələri dermatoloqa götürür. Penisdə suluqlanma isə ən çox tez-tez partnyor dəyişənlərdə yaranır. 

Dəridə suluqlar həm ekzogen, həm də endogen səbəblərdən yarana bilər və bu cür əlamətləri müxtəlif dəri xəstəlikləri yarada bilər. Dəridə su qabarcıqlarının səbəbi allergik, avtoimmun, infeksioz, mexaniki, termal, toksik, radial və s. səbəbdən yarana bilər. Diaqnozun dəqiqləşdirilməsi və müvafiq müalicə üçün dermatoloq müayinəsi vacibidir. Məsələn, cinsi bölgədə suluqlanma əksərən virus infeksiyaları tərəfindən törədilir. Ağızda yaralar eləcə də dodaqda yaralar əksərən avotimmunitetə bağlı olur. Əl-ayaqda barmaqlarda qaşıntılı suluqlar polifaktorialdır ancaq allergik səbəblərdən daha çox meydana gəlir. Uşaqlarda dəridə suluqlanma əl-ayaqda daha çox meydana gəlsə də dərinin hər tərəfini əhatə edə bilər.  Dəri həkimi dəridə su toplayan yaralar ilə seyr edən dəri xəstəliyinin diaqnozu üçün həm uşaqdan, həm böyükdən laborator, mikrobioloji, radioloji və dəri biopaiyası tələb edə bilər. Dəridə qaşıntılı su qabarcıqları zamanı eləcə də ağız yarasında yaxma testi də götürülür. Dəri suluquları ilə özünü göstərən hər bir dəri xəstəliyinin müalicəsi mümkündür. Yetər ki, xəstələr hərzaman ümidvar olsunlar. 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər