Trixoloq kimdir ?

trixoloq

Trixoloq ixtisası saç xəstəlikləri ilə məşqul olan mütəxəssislərə verilən şərti ünvandır. Saç tökülməsi başda olmaqla digər saç problemləri ilə əsasən ixtisaslaşmış dermatoloq həkimlər məşqul olurlar. Dermatoloqlar sadəcə saç xəstəlikləri ilə deyil, paralel şəkildə dəri, dırnaq, ağız boşluğunun xəstəlikləri, cinsi xəstəliklər ilə də məşquldurlar. Bu baxımdan bütün trixoloqlar ixtisaslaşmış dermatoloqlardır. Cünki, saçların tökülməsi və digər tük xəstəlikləri ilə əlaqəli problemlərin diaqnostikasını və müalicəsini yalnız ixtisaslaşmış dəri həkimləri icra edə bilərlər. Ümumiyyətlə saç xəstəliklərinin elmi araşdırması ilə məşqul olan sahəyə trixologiya deyirlər. Trixologiya ilə əsasən dermatoloq məşqul olur. Trixologiya elmi alopesiya, hipertrixoz, saç gövdəsinin xəstəlikləri, kiprik tökülməsi, qaş tökülməsi, saqqal tökülməsi və s. problemləri öyrənir. Bu baxımdan trixoloq həkim ixtisası dermatologiya sahəsinin rəsmi qaydada təyin edilmiş alt ixtisası olmasa da şərti adı ilə dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi, yəni dermatoveneroloq həkimi özündə ehtiva edir. Bir sözlə saç xəstəlikləri və saç tökülməsinin müalicəsi ilə bütün dermatoloqlar məşqul olur. 

Trixoloq və ya trixodermatoloq saç tökülməsinin səbəbi və tətikləyici faktorları təyin etmək üçün öncə kliniki, əyani müayinələr edir. Saçların dartma testi sadə üsuldur ki, tez-tez müraciət edilir. Dartma testi üçün və digər saç müayinələri üçün alopesiyadan əziyyət çəkənlərin ən azı üç gün başlarının yuyulmamasını tövsiyyə edilir. Ocaqlı saç tökülməsi olanlarda, xüsusən ocaqlı dazlıq, trixotillomaniya, tinea capitis və ya başın göbələk xəstəliyi olan trixofitoz zamanı əlavə olaraq trixoskopiya müayinəsi də aparılır. Trixoskopiya ümumiyyətlə hər növ saç xəstəliklərinin müayinəsi zamanı istifadə edilir. Trixoskopiya əl aləti olan dermatoskop və ya trixoskop ilə aparılır. Uşaqlarda saç tökülməsi ən çox funqal patologiyalarla əlaqəli olduğu üçün müayinə üçün xəstədən göbələk testi də tələb edilə bilər. Həkim trixoloq və ya dermatoloq saçların tökülməsinin səbəbi və provokasiyaedici faktorları təyin etmək üçün laborator, radioloji, patoloji analiz üçü dəri biopsiyası da tələb edə bilər. Diaqnostika aparıldıqdan sonra saç tökülməsinin müalicəsi müvafiq qaydada aparılır. Alopesiyaların müalicəsi adətən kompleks qaydada təşkil edilir. 

trixoloq trixoloq    

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər