Dermatoloq / Dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi

Ümumi Dermatologiya

Dəri xəstəlikləri barəsində ümumi məlumat

Ümumi dermatologiya ilə məşqul olan ixtisas həkimləri yəni, dermatoloqlar əsasən selikli qişa, dəri, dırnaq və saç xəstəlikləri ilə məşqul olurlar. Dəri xəstəlikləri əksər hallarda qabıqlanma, qızartı, qaşıntı, köpəşmə, şişmə, suluqlanma, quruluq və s. şəklində özünü göstərir. Dırnaq xəstəlikləri isə qalınlaşma, saralma, qaralma, ayrılma, qopma və s. şəklində özünü biruzə verir. Saç xəstəlikləri isə özünü yağlanma, qabıqlanma, kəpəklənmə, qaşıntı, saçtökülmələri və ya alopesiyalar formasında biruzə verir. Ümumiyyətlə saç, dırnaq, dəri və selikli qişa xəstəlikləri bir çox hallarda daxildən gələn sistem problemləri ilə əlaqəli ola bilər. Bu baxımdan dermatoloqlar və ya dermatoveneroloqlar sistem xəstəliklərini araşdırmaq üçün xəstəni əlavə müayinələrdən keçirdir. Bağırsağın qurd invaziyaları olaraq bildiyimiz parazitar infeksiyalar, disbakterioz, qəbizlik və s. hər zaman dəri xəstəliklərinin yaranma səbəbi deyildir. Ölkəmizdə yanlış olaraq həm həkimlər, həm də valideynlər tərəfindən bütün dəri xəstəliklərinin səbəbi olaraq qurd və bağırsaq problemləri olacağı düşünülür. Belə olan halda bəzi dəri xəstəliklərinin müalicəsi müştərək şəkildə aparılmalıdır. 21-ci əsrin dermatologiyası əksər hallarda multidissiplinar xarakter daşıyır.

Yəni bir dəri xəstəliyinin müalicəsi, diaqnostikası, profilkatikasında başqa ixtisas həkimləri də cəlb edilə bilər əgər dermatoveneroloq tərəfindən qərar verilərsə. Bəzi dəri xəstəlikləri dəriyə məhdud qaldığı üçün müalicəsi daha rahat olur Bir çox dəri xəstəliyi ağız boşluğunun selikli qişasını zədələyə bilər. Ağızda yaranan yaralar, törəmələr, ağ, qırmızı, qara, qəhvəyi ləkələr sırf dəri probleminin bir parçası olaraq və yaxud müstəqil şəkildə yaran bilər. Onların diaqnostikası, müalicəsi və profilaktikası da dermatoloqlar tərəfindən aparılır. Aşağıda ümumi dermatologiyanın müalicə sahəsinə daxil olan bir necə xəstəliklər qeyd edilmişdir. Əslində isə bu cür problemlərin dəridə verdiyi dəri xəstəlikləri barmaqla sayıla biləcək qədər azdır. Daxili xəstəliklərin başda endokrin xəstəliklər, qan xəstəlikləri, revmatoloji xəstəliklər, ağciyər və qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri, infeksiyoz xəstəlikləri, daxili orqanların xərçəngi dəridə, dırnaqda, saçda və selikli qişalarda verdiyi problemlər daha yüksəkdir.



DERMATOLOGİYA


Doktor ilə görüş vaxtı təyin et

İŞ SAATLARI




Doktor ilə əlaqə yarat

ƏLAQƏ MƏLUMATLARI


(051) 444 66 44

(051) 444 66 44


Randevu Al


Həkimə sualınız var və ya görüş təyin etmək istəyirsiniz?


ÜMUMİ DERMATOLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN


Yağlı dəri problemi ilə pasientlər tez-tez dermatoloq həkimə müraciət edirlər. Dəri yağlılığı dərinin normal bir forması olmasına rağmən xəstələrdə ciddi diskomfort yaradan bir haldır. Ümumiyyətlə dərinin dörd tipi vardır.

Ayaqda ağrılı qızartılar müxtəlif səbəblərdən yarana bilər. Bu cür problemlər ən sıx mikrobial infeksioz səbəblərdən yaranır ki, adətən ayaqda şişkinlik, ağrı, qızartı, istilik və hətta qızdırma ilə özünü göstərə bilər. Bəzən proses o qədər dərinləşə bilər ki, xəstənin yeriməsində ciddi əngəllər

Hamiləlik hər bir qadının həyatında normal bir fizioloji mərhələdir. Lakin bu mərhələ bir bir çox orqan və sistemlərdə o cümlədən dəridə bir çox həm fizioloji, həm də patoloji dəyişiklər yaranır. Hamiləlik zamanı hormonal balansın dəyişməsi


Əlaqə

Tel: (012) 959
Mob: (051) 444 66 44



Ünvan

HB Güven Klinik
Atatürk pr. 3078
(Ayna Sultanova Heykəlinin yaxınlığı)





2019. Bütün hüquqlar qorunur.