B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Herpes xəstəliyi

herpes xəstəliyi
Herpes xəstəliyi müalicə olunurmu?

Əlbəttə müalicə olunur! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək olur. Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.

Herpes xəstəliyi nədən yaranır?

Bu bir virus xəstəliyidir. Törədicisi herpes simplex virus 1 (HSV 1) və herpes simplex 2 (HSV 2). HSV 1 əsasən ağız, dodaq və üz nahiyyəsində herpetik səpgilər yaradır. HSV 2 isə genital bölgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlar verə bilər.

Herpesə kimlər yoluxur?

Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər.

Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?

Xeyir! Dediyimiz kimi əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asemptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır.

Herpes viruslarından qurtulmaq mümkündürmü?

Xeyir! Viruslardan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömrün sonuna qədər hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.

Genital herpesin qan analizləri varmı?

Bəli var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizlər istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.

Genital herpes xəstəliyindən sonsuzluq problemi yarana bilərmi?

Əsla! Bu xəstəlik müsbət proqnoza malikdir. Nə qadında, nə də kişilərdə sonsuluq səbəb ola bilməz.

 

 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

8 Responses

  1. Salam doktor.Qizimin 11 yasi var belinden qehveyi leke ile dogulub.Korpelikde monqol lekesi oldugunu deyibler.Yas artiqca kececekdi.Yalniz bu gune qeder hemen leke usaqda var ne etmeliyik?Birde qizim derisi toyuq derisi kimidir qasiyanda ag deri kimi qabiqlar qopur qurudu sanki derisi

    1. Salam Elnarə xanım. Sualınıza görə təşəkkürlər! Monqol ləkəsi getmir. Lakin monqol ləkəsi ilə səhv salınan bir sıra xəstəliklər vardır. Dəqiqləşdirmək üçün əyani müayinələr lazımdır. Qaz dərisi isə dərinin anadangəlmə xüsusiyyətidir. Onun da çarəsi var.

  2. Salam. Mene cava bildirsez sevinerem. Önceden tewekkur. Menim dodagimda herpes simplex var. Aptekdwn atsiklovir alib cekirem zamanla sagalir. Pomada ceken kimi yeniden emele gelir. Halbuki yenisini alib cekirem kohne yox. Ve ya duzlu nese yeyen kimi yeniden bawlayir dodaqlarim qurumaga. Ne qeder maz cekerler. 3 aydir artiq tam sagalmir bezmiwem. Sebebi ne ola biler ? Mene maz tesir elemir

    1. Salam Leyla xanım. Suala görə təşəkkürlər. Ola bilsin sizdə tamam başqa xəstəlikdir. Herpesə bənzəyən 1001 dəri xəstəliyi vardır. Xəstəliyin kəskin vaxtında gərək sizi əyani müayinələrdən keçirdək və diaqnozunuzu dəqiqləşdirək. Sonra isə müvafiq müalicələr təyin edək

  3. Salam doktor .her vaxdiniz xeyir . Məndədə bu sepgiden emele gelib ama qaşıntı falan heç birşey yoxdu bu herpes sepgisine göre hansı kremnen istifade ede bilerem ?

  4. Salam Hekim menim qiizimin 4yasi var.derisi dehset qurudur. Ayaginda uzunde ag uzeri quru lekeler var..birde beli sanki toyuq derisi kimidir.quruyub qizarib…neden ola biler bele

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər