Roaccutane dərmanı nədir ?
Roaccutane dərman brendinin adıdır. Əsasən sızanaq xəstəliyinin müalicəsi üçün istifadə edilir. Terapevtik tərkibi izotretinoin molekulasıdır. İzotretinoin tərkibli bu dərman roaccutane adından savayı müxtəlif adlarda istehsal edilə bilər. Xalqımız bu dərmanı roaccutane olaraq tanıyır. Bir çoxları xətalı olaraq rokutan, rakutan, roakutan, roakutane kimi yazır və ifadə edir. Oral izotretinoin dərmanı A vitaminin sintetik potent analoqudur. Yəni, insan orqanizmdə mövcüd olan A vitaminin dəyişdirilmiş formasıdır.
İzotretinoin dərmanı hansı xəstəliklərdə istifadə edilir ?
Roaccutane preparatı bir çox dəri xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Lakin, sızanaq xəstəliyinin müalicəsində roaccutane daha çox istifadə edilir. Aknenin müalicəsi müxtəlif üsullarla aparılır. Bir çoxları düşünür ki, vulqar aknenin müalicəsi sadəcə roaccutane ilə ola bilər. Bu yanlışdır. Sızanaqlardan qurtulmaq üçün roaccutana qədər çoxlu yerli və daxilə verilən daha təhlüksəzi müalicələr vardır. Dermatoloq öncə onların istifadə edir.
Roaccutane dərmanının müalicəvi təsiri necə baş verir ?
İstər oral izotretinoin, istərsə də yerli izotretinoin dəridə yerləşən yağ vəzlərinin ölçüsünü azaltmaqla sızaqların quruması və yox olmasına səbəb olur. Yəni, yağ vəzlərini təşkil edən hüceyrələrin sayını azaltmaqla yağ vəzlərinin kiçilməsinə gətirib çıxarır. Yağ vəzisinin büzüşməsi isə üz dərisində məsamələrin kiçilməsi ilə nəticələnir. Hiperseborreya deyilən dəri yağlanması da azalır. Nəhayəttə yeni sızanaqların əmələ gəlməsi dayanır, köhnə sızanaqların quruması baş verir. Deməli, roaccutane sadəcə sızaqlardan qurtulmaq üçün deyil, eyni zamanda yağlı dərinin müalicəsi və üzün məsamələrinin müalicəsi üçün də yararlıdır.
Roaccutane dərmanının yanı təsirləri varmı ?
Bütün dərmanlarda olduğu kimi roaccutanın yan təsirləri vardır. Lakin, bu dərmanın yan təsirləri daha çox və daha ciddidir. Ona görə bu dərmanı yalnız peşəkar dermatoloq göstəriş olduğu təqdirdə xəstəni müalicə sırasında nəzarətdə saxlamaq şərti ilə təyin edə bilər.
Roaccutane dərmanı hansı yan təsirlərə sahibdir ?
Yan təsirləri çoxdur. Ən sıx görülən yan təsir dodaqda quruluq, dəridə quruluq, gözlərdə quruluqdur. Günəş allergiyasına meyilliik yaranır. Ona görə günəşli sezonlarda bu dərmanın istifadəsi məhduddur. Saçlarda tökülmə verə bilər. Dırnaqda dəyişiklik yarada bilər. Qanda xolesterini artıraraq hiperlipidemiya səbəbi ola bilər.
Bu dərman daxili orqanları sıradan çıxardırmı ?
Əsla. Lakin, qaraciyərə mənfi təsirə göstərə bilər. Bütün dərmanlar böyrək və qaraciyər ifraz edildiyi üçün roaccutane preparatı da qaraciyərlə ifraz edilir. Dərmanın dozasından asılı olaraq qaraciyərə toksik təsir göstərə bilər. Ona görə dermatoloq həkim müalicəyə başlamadan əvvəl xəstədən müəyyən testlər tələb etməlidir. Müalicə sırasında da müəyyən testlər edilir. Peşəkar dəri həkiminin nəzarətində olduğu müddətdə qaraciyərə bu dərman mənfi təsir göstərməz. Öz başında bu dərmanı nəzarətsiz qəbul adam üçün ciddi fəsadlar ola bilər.
Roaccutane dərmanı xolesterin mübadiləsinə təsir edirmi ?
Bəli. Roaccutane dərmanı qanda xolesterini yüksəldir. Xüsusən yuxarı sıxlıqlı lipoproteinləri və triqliseridləri yüksəldir. Dermatoloq ehtiyac olduğu təqdirdə xəstəni dieta tərtib edə bilər. Aylıq testlərdə qanda xolesterin miqdarına da baxılır.
İzotretinoin dərmanı hamilələrdə istifadə edilə bilərmi ?
Roaccutane dərmanı hamilə qadınlarda əks göstərişdir. İstifadə etmək olmaz. Hamiləlik planlaşdıran xanımlar da bu dərmanı qəbul etməməlidirlər. Bu dərmanı istifadə edən qadınlar hamiləlikdən qorunma tətbirləri görməlidirlər. Dölə toksik təsiri vardır. Uşaqda eybəcərliklər yaradır. Dərman kəsildikdən sonra ən azı 3 ay hamilə qalmamlıdırlar. Daha ideal qorunma 6 aydır. Bir sözlə hamilələrdə roaccutane dərmanı əks göstərişdir.
Roaccutane dərmanı kişilərdə sonsuzluq yaradırmı ?
İzotretinoin dərmanı kişilərdə sonsuzluq yaratmır. Cinsi fəaliyyətə mənfi təsiri yoxdur. Hətta əksinə bəzi elmi araşdırmalar bu dərmanın spermatazoid aktivliyini artırdığını iddia edir.
Roaccutane dərmanı nə qədər müddət qəbul edilir ?
İzotretinoin dərmanının istifadə müddəti 4-8 ay arasında dəyişir. Müddəti təyin edən faktor təyin edilən dozadır. Tələb edilən total qəbul dozasına çatandan sonra müalicə dayandırılır.
Roaccutane dərmanını qəbul edənlər donor ola bilərmi ?
Xeyr. Bu dərmanı istifadə edildiyi müddətçə və istifadəsi kəsildikdən sonra 3 ay ərzində qan donoru olmaq olmaz.
Roaccutane dərmanı ani korluq yaradırmı ?
Xeyr.
Roaccutane dərmanı intihar düşüncələri və depressiya yaradırmı ?
Bu istiqamətdə aparılan elmi araşdırmalar kafi olmadığından belə bir iddianı qəbul etmək doğru deyildir. Son elmi araşdırmalar roaccutane dərmanının depressiya və intihar düşüncələri yaratmasının əsassız olduğunu göstərir.
Roaccutane dərmanı kəsiləndən sonra sızanaqlar qayıda bilərmi ?
Roaccutane dərmanı ilə akne müalicəsi düzgün təşkil edilərsə əksərən sızanaqlarin biryolluq müalicəsi əldə edilmiş olunur. Az bir insanda roaccutan sonrası sızanaqlar qayıdır. Belə olan halda dermatoloq təkrar roaccutane ilə sızanaq müalicəsi və profilaktikasını təşkil edə bilər. Lakin, qeyd etmək lazımdır roaccutane dərmanından sonra qayıdan sızanaqlar daha zəyif və az olur.
Roaccutane qiyməti ölkəmizdə neçəyədir ?
Roaccutane dərmanının qiyməti ölkəmizdə preparatın dozasından asılı olaraq bir qutusu 30-40 AZN təşkil edir.
Roaccutanın yan təsirləri qalıcıdırmı ?
Roaccutane dərmanının yan təsirləri qalıcı deyil. Yan təsirlər müalicə sırasında özünü göstərsə də dərman kəsiləndən sonra yan təsirlərdə sovrulur. Lakin, roaccutane dərmanının dölə verdiyi teratogen təsir qalıcıdır. Ona görə xanımlar bu dərmanı istifadə etdiyi müddətcə və dərman kəsiləndən sonrakı 3 ay ərzində kontraspetiv vasitələrdən istifadə etməlidir.
Roaccutane istifadəsindən əvvəl və istifadəsi zamanı analizlər verilirmi ?
Bəli. Roaccutane dərmanı təyin edilmədən əvvəl dermatoloq xəstəni müəyyən testlərdən keçirməlidir. Əks göstəriş yoxdursa müalicə təyin edilir. Ayda bir dəfə və yaxud klinik vəziyyətdən asılı olaraq 3 aydan bir dermatoloq kontrolu və laborator testlər verilir. Müalicənin gedişi dermatoloq tərəfindən monitorizə edilir.
Roaccutane dərmanı sızanaqları artıra bilərmi ?
Roaccutane dərmanı ilk istifadə sırasında sızanaqları müvəqqəti olaraq artıra bilər. Lakin, müalicəyə davam edildiyi təqdirdə sızanaqlar solmağa və qurumağa başlayır. Ona görə sızanaqların artması təhlükəli deyil. Lakin, sızanaq artımını mütləq dermatoloq həkimə söyləmək lazımdır.
24 Responses
Salam. Roaccutane tərkibində heyvan jelatini var buda halal deyil. Namaz qıldığım üçün bundan istifadə edə bilmirəm. Bu dərmanın əvəz edicisi varmı?
Dərman olsa, olar. Bu cahillik dönəmindən çıxın artiq
Salam. Roaccutane tərkibində heyvan jelatini var buda halal deyil. Namaz qıldığım üçün bundan istifadə edə bilmirəm. Bu dərmanın əvəz edicisi var?
Salam. Roaccutane dərmanından başqa müalicə üsulları var. Tətbiq etmək olar. Hörmətlə
salam roukutanin ilk heftesidi atiram uzum dehset sepib bu normalmi?
Salam. Bəli bəzi xəsətlərdə ilk həftələrdə artım ola bilər. Belə olan halda sizə o dərmanı təyin edən həkimin yanına gedin. Hörmətlə
Çox gozel dermandi mende isdifade edirem hamiya meslehetlidi hekimnen meslehet edib qebul ede bilersiz faydalarini men gorurem🤗🤗
Racutan dərmanının qəbulu zamanı burun rinoplastikası etdirmək mümkündürmü?
Salam. Xeyr məsləhət edilmir. Hörmətlə
Salam bəs üzümüzün yağlı olması üçün hansı dərmandan istifadə etməliyik?
Salam. Bu problem tək bir dərmanla düzəlməz. Müalicələr üçün kompleks yanaşma lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam, mən 20 gündür istifadə edirəm və burnumdan arada bir qan gəlir normaldır?
Salam. Bu dərmanı təyin edən həkimə bunu mütləq bildirin. Bəli roaccutane dərman burunda qanaxma verə bilər.
Salam doktor roacvutane üçün hansı analizlər tələb olunur və qiymətləri nəqədərdir?
Salam. Bu sualın standart cavabı yoxdur. Hər xəstdə fərqli olur. Hər şey müayinədən sonra təyin edilir. Özbaşında bu dərmanın təyini fəsadlar verə bilər. Hörmətlə
Salam. Bu dərmandan istifadə etdikdə sızanaqların artması halları təxminən nə qədər vaxt davam edir? Aylarla artma olub, sonra qəfil azalma baş verə bilərmi?
Salam. Bu dərmanın dozasından və orqanizmdən asılıdır. Bu sualın konkret cavabı yoxdur. Bu məsələ dərmanı təyin edən həkimin qərarından da asılıdır. Sızanaqlarda artma olubsa həkiminizlə məsləhətləşmələr aparmalısız. Hörmətlə
Salal həkim mənim oğlum psoriazdan 3ildi əzyet çəkir..Əvvəlcə başında idi,bu illerim bədəninde yarandı.Burda Yevlax bərde de həkimlər sebareya dedilər.Bu il bədənində olanda sepgilər Gəncə beynəlxalq xesdexanasına apardıq.Şikar Hüseynov doktora.O dedi ki psoriazdı.Həjim bu xesdeliyi Siz tamamilə mualicə edirsizmi?Yoxsa Azerbaycandan kənarda türkiyede ya basqa xarici ölkədə mualicəsi varmidir?Yox ömürlük geden bir xesdelikdir?Allah xatirine,mənim balama kömək edin.Hələki xesdelik güclü deyl bir o qeder.Kömək edin ne olar.Nece desez o cür də edek.
Salam. Psoriaz xroniki xəstəlikdir. Ancaq səpgiləri uzun müddətlik yox etmək olar. Əlbəttə psoriazın müalicəsiylə məşquluq. Müraciət edə bilərsiz. Xaricə getməyə ehtiyac yoxdur. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, 🌐: http://www.pulludemrov.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur 🍃🌺☘️
Salam Həkim.
Məndə bağırsaqda qeyri spesifik yaralı kolit var.
Bu dərmandan istifadə etsəm bağırsağa əks təsir edərmi?
Öncədən təşəkkür
Salam. Pis təsir edə bilər. Diqqətli olmaq lazımdır.
Salam Həkim.
Bağırsaqda qeyri spesifik yaralı kolit olan xəstələr bu dərmandan istifadə edə bilərmi?
Və qeyd etdiyim xəstəlik bədənin istənilən hissəsində səpki,sızanaq yarada bilərmi?
Öncədən təşəkkürlər
Salam men borek kocurlmesi olub 2 ay olar 6 ayliqda qorunma mudetim var bu dermanda esasen hemuzumdeki sizanalra gore hemde uzumdeki yagliq ve sacimdaki yagliq azalmasi ucun isdeyirem sizce bunu isdifadesin yeni boyreye zere yetirmezyeni mene?
Salam. Bu sualı ancaq xəstə müayinəsindən və lazımdırsa analizlərdən sonra cavab vermək olar. Cünki bu məsələ fərdi münasibət tələb edir. Bəzi xəstə üçün bir dərman əks göstəriş ola bilər, başqası üçün isə göstəriş ola bilər. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə