Cinsi yolla keçən zöhrəvi xəstəliklər ilkin əlamətlərini uretra dediyimiz sidik yolunda göynəmə, qaşıntı, axıntı, qanama ilə göstərir. Bu cür əlamətlər cinsi aktivliyi yüksək olanlar və qorunma tədbirləri aşağı səviyyədə olan pasiyentlərdə tez-tez rast gəlinir. Bu əlamətlərin yaranama səbəbi əksərən sidik yolunun qonokokal və non-qonokokal infeksiyaları hesab edilir. Vaxtında dermatoloqa müraciət edilmədiyi təqdirdə və müvafiq müalicələr alınmadığı halda infeksiya daha da dərinləşərək yuxarı urogenital sistemi və reproduktiv orqanları da cəlb edərək epidimit, prostatit, sistit, aralıq nahiyyədə ağrılar, sidik yolunun daralması və nəhayətdə sonsuzluq səbəbi ola bilər.
—
Cinsi yolla keçən zöhrəvi xəstəliklər yara da verir. Genital bölgədə açıq yaraların olması bir başqa veneroloji xəstəliklərdən xəbər verə bilər. Lakin genital bölgədə yara və xoralara səbəb ola bilən çoxsaylı dəri xəstəliyi mövcuddur. Bundan başqa qasıq nahiyyəsində yaranan şişkinliklər, limfa vəzlərinin böyüməsi insanda zöhrəvi xəstəliyin əlamətləri ola bilər. Cinsi aktivliyin spektrindən asılı olaraq yaralar ağız boşluğunda, anal bölgədə, düz bağırsaqda, aralıq bölgəsində də yarana bilər. Bəzi hallarda zöhrəvi xəstəliklər bədən dərisində, saçlı dəridə, dırnaqlarda və ağız boşluğunda səpgilər, qızartılar, yaralar, eroziyalar, qabıqlanmalar, alopesiyalar şəklində də özünü göstərə bilər. Yəni bir sözlə cinsi xəstəliklər hər zaman lokal problem olmur. Bəzi hallarda xəstəliyin növündən və ağırlığından asılı olaraq sistem xarakteri də ala bilər. Bəzi infeksiyalar oynaqlara qədər gedib çıxaraq septik artrit verə bilər. Cinsi yolla keçən mikroblar genital bölgədə törəmələr şəkilində problemlər yarada bilər. Kondiloma, papilloma, molluskum bunlara misaldır. Onları dermatoloq krioterapiya üsulu ilə və ya maye azot ilə ləğv edir.
—
Bu cür törəmələr dermatoloq və ya dəri həkimi tərəfindən müxtəlif üsullarla ləğv edilərək müalicə edilir. Su qabarcıqları, eroziyalar şəklində meydana gələn zöhrəvi xəstəliklərin törədicisi isə müxtəlif patogenlər ola bilər. Bir sözlə zöhrəvi xəstəliklər vermədiyi dəri əlamətləri yoxdur. Bu baxımdan veneroloji xəstəliklərin dəqiq diaqnozu və differensiyası üçün dəri həkimi xəstəni analizlərə göndərir və nəticələrə görə müvafiq müalicələrə başlayır. Bəzən ola bilər ki, analizlərin nəticələri çıxana qədər ümumi müalicələrə başlanılsın. Dəri həkimi əksər hallarda cinsi xəstəlikləri adi bir baxışla tanıya bilmir. Məhz xəstəlikləri bir-birindən ayırd edilməsi üçün dermatologiya uzmanı əlavə müayinələrə və analizlərə ehtiyac duyur. Əlavə müayinələr və analizlər olmadan aparılan müalicələr səmərəsiz ola bilər, hətta xəstəliyin dərinləşdirə bilər. Odur ki, cinsi aktivliyi yükəsk olan xanımlar və bəylər yuxarıda sadalanan əlamətləri hiss etdikləri halda dərhal dermatoloqa müraciət etməlidirlər ki, xəstəlikləri fəsadlaşmadan müvafiq müalicələr təyin etsin və dəri həkimi onları nəzarətdə saxlasın.