Saqqal tökülməsi nədəndir ?

saqqal tökülməsi

Saqqal tökülməsi kişilərin kabusuna çevrilmiş dəri xəstəlikləri içərisindədir. Saqqalda tüklərin tökülməsi şikayəti ilə klinikamıza tez-tez müraciətlər olunur. Əsasən kişilər saqqalda tala tala tökülmə problemindən narahat olurlar. Lakin, saqqalda seyrəlmə də daha çox gənclərin və yeniyetmələrin kabusuna çevrilir. Saqqalın seyrək olması əksər hallarda genetik faktora bağlı olsa da problemin ekzogen və endogen səbəblərinə də dermatoloq nəzər salmalıdır. Bir çox saç xəstəlikləri nəticəsində saqqalda seyrəklik eləcə də saqqalda dazlaşma problemi yarana bilər. Avtoimmun mexanizmlərə bağlı sadəcə saqqalda tökülmə deyil eləcə də kipriklərin tökülməsi, qaşların tökülməsi və saçların tala tala tökülməsi müşahidə edilə bilər. Bəzi insanlarda bədəndə bütün tüklərin tökülməsi anidən bir gecədə başlaya bilir. Bəzilərində isə, məsələn saqqalın dazlaşması ilə başlayıb aylar və illər içərisində qaş, kiprik, bədən qıllarının tökülməsi o cümlədən saç tökülməsi ilə nəticələnə bilər. Belə olan halda həkim trixoloq və ya trixodermatoloqun əsas vəzifəsi saqqal tökülməsinin səbəbi və tətikləyici faktorları təyin etməkdir. Ümumiyyətlə saqqalın dazlaşması də trixologiya elminə aiddir. 

Saqqal tökülməsi eyni zamanda infeksion səbəblərdən də meydana gələ bilər. Göbələk xəstəliyinə bağlı saqqalın açılması və çənədə ocaqlı dazlıq sahələri yarana bilər. Belə olan halda saqqal keçəlliyi olan yerlərdə qaşınmaqabıqlanma olur. Şiddətli formada dəridə suluqlar da meydana gəlir. Əgər nəsildə kimdəsə xüsusən valideynlərdə tala-tala saç tökülməsi və ya tala-tala saqqal tökülməsi hadisəsi olubsa bu problemin genetik tərəfindən xəbər verir. Avtoimmun iltihabi dəmrov tipli dəri xəstəlikləri saqqalın seyrəlməsi ilə nəticələnə bilər. Belə olan halda saçlarda və saqqalda kəpəklənmə də olur. Stres sonrası saqqalın tökülməsi sıx görülən hadisədir. Saqqalda tökülmənin səbəbi nə olursa olsun peşəkar dermatoloq düzgün diaqnostika apara bilməlidir. Sonra isə düzgün müalicələr. Saqqal tökülməsinin müalicəsi zamanı dəri həkimi daxilə həblər, xaricə məlhəm təyin edir. Ehtiyac olduğu təqdirdə saqqal tükünün tökülməsi nəticəsində yaranan talalara iynə terapiyası tətbiq edilir. Bərbərxanada saqqalda tala və çənədə tük tökülməsi aşkarlansa da bərbərin tövsiyələrinə uymaq olmaz. Cünki, həkim deyillər. 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər