Psoriaz (pullu dəmrov) xəstəliyinin müalicəsi varmı?

Psoriaz-pullu-dəmrov-xəstəliyinin-müalicəsi.jpg

Psoriaz (pullu dəmrov) xəstəliyinin müalicəsi üçün hər il çoxlu sayda yeni dərman preparatları istehsal edilməkdədir. Hər il psoriazın yeni müalicə üsulları təklif edilir və istifadəyə buraxılır. Hal hazırda ölkəmizdə bu cür dərmanların çox önəmli bir qismi xəstələrə təyin edilmir. Bunun müxtəlif səbəbləri vardır. Ən önəmli səbəb preparatların baha olmasıdır və xəstələrin bu cür dərmanları maddi cəhətdən qarşılaya bilməməsidir. Digər səbəb isə bir çox dermatoloq həkimlərin bu cür müalicə üsullarından ya xəbərsiz, ya da tətbiq qaydalarını bilməməsidir. Hal hazırda ölkəmizdə çox təəssüf ki, psoriaz xəstəliyinin müalicəsi üçün ən çox istifadə edilən metod daxilə kortikosteroid (hormonal) mənşəli preparatların yeridilməsidir. Bu isə xətalı bir üsuldur və bu cür müalicə üsullarından həm həkimlər, həm də xəstələr uzaqlaşmalıdırlar. Yerli olaraq isə kortikosteroid mənşəli kremlərin və məlhəmlərin istifadəsi yalnız peşəkar dermatoloq tərəfindən təyin edildikdən sonra mümkündür. Pullu dəmrov xəstəliyinin müalicəsi düzgün qurularsa hətta psoriaz səpgilərindən tam qurtulmaq da mümkündür. Yetərki, ümidsiz olmayaq. 

Psoriaz (pullu dəmrov) xəstəliyinin müalicəsi mərkəzimizdə müasir üsullarla, yeni preparatlar vasitəsi ilə aparılır. Həm yerli, həm sistem müalicələri təyin edilir. Bəzi preparatlar hər gün deyil, həftəlik qəbul edilir, bəziləri isə iki həftədən bir, digərləri isə ayda bir qəbul edilir. Ən yeni müalicə üsulları isə üç aydan bir dərman preparatlarının yeridilməsini tələb edir. Bu baxımdan ən son müalicə üsulları xəstələr üçün daha rahatdır. Psoriaz xəstəliyinin uzun müddətliyinə itirilməsi mümkündür. Psoriazın uzun müddətli remissiyası üçün sadəcə həkimlərin deyil, eyni zamanda xəstələrin də xüsusi səylərinə ehtiyac vardır. Vaxtında kontrol müayinələrinə gəlmək və lazımı analizlərdən keçmək. Bundan əlavə xəstələr tərəfindən düzgün profilaktik tədbirlərın aparılması xəstəliyə qalıb gəlməyin çox vacib şərtidir. Odur ki, psoriaz xəstələri ümidlərini üzməməlidirlər. Psoriaz xəstəliyin müalicəsi vardır. Pullu dəmrovun tam müalicəsi olmasa da psoriaz səpgilərini tam aparmaq mümkündür. Lakin, pullu dəmrovdan əziyyət çəkənlər heç də ümidsiz olmamlıdırlar. Psoriaz xəstəliyinin tam müalicəsi üçün hər il yeni dərmanlar sınaqdan keçirdilir və istehsala buraxılır. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


8 şərh var

  • ebilfez

    26/02/2022 at 22:06

    hekim salam mende basda olur gedir gelir.ged gede arta bilermi?

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Xəstəliyi qızışdıran daxildən gələn müəyyən problemlər ola bilər. Eyni zamanda xarici faktorlar da sizidəki psoriazın çətin müalicə olmasına səbəb ola bilər. Bunlar ancaq əyani kliniki şəraitdə dəqiqləşdirmək olar. Səbəbi tapılsa uzun müddətlik qurtulmaq da olar psoriazdan. Hörmətlə

  • Vəliyev Ramin Tofiq

    30/07/2021 at 12:43

    Salam menim bas derimde pullu demiroy yaranib men ne etmeliyem bir nece hekime getmisem her hekim basqa usulla mualice edir basim dan temizlenir mualice yekunlasan kimi geri qayidir men ne etmeliyem nece edim ki bas derim temiz qalsin ?? bu xesteliyin mualicesi var ya yoxdu ?? xahis edirem yardimci olaasani

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam. Özünüz heç nə edə bilməzsiniz. Ancaq biz sizə yardım edə bilərik. Müraciət edə bilərsiz yardım edərik sizə.
      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

  • Resul

    14/06/2021 at 12:17

    Salam doktor mən psoriazın ən ağır versiyasından əziyyət çəkirəm.sizin qəbul neçəyədir? və harda yerləşir klinikaviz

    Reply

    • dermatoloq mehdi iskəndərli

      Salam.
      Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: http://wjd.xqx.mybluehost.me Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️

      Klinikaya gələ bilməyənlərə ödənişli onlayn konsultasiya fürsəti vardır. Onlayn qəbula düşmək üçün yenə (051) 444 66 44 ilə randevu almaq və ya http://mehdiiskandarli.com/checkout/?oder=emm
      səhifəsində qeydiyyatdan keçməniz lazımdır.

  • Gucci

    27/12/2019 at 21:18

    Salam siz psoriazi tam mualice edirsiniz?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Uzm. Dr. Mehdi İskəndərli

      27/12/2019 at 22:40

      Salam Könül xanım! Suala görə təşəkkürlər. Tam müalicə deyəndə nəyi nəzərdə tutursuz? Səpgilərin tamamiylə təmizlənməsini nəzərdə tutursunuzsa buna nail oluruq

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN