Sızanaq xəstəliyinin yaranması necə baş verir ?

Sızanaq-xəstəliyinin-yaranması.jpg

Sızanaq xəstəliyinin yaranması və inkişafında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır:

1. Hiperseborreya. Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi yağlanması və saçlarda yağlanma müşahidə olunur. Bu isə sızanağa meyillik və akne xəstəliyinin səbəbi olur.

2. Bakteriyalar. Hiperseborreya halı yağ vəzlərində akne törədən mikroblar, xüsusən “Propionibacterium acnes” bakteriyalarının kolonizasiya və çoxalmasına səbəb olur ki, bu isə öz növbəsinəd dəridə iltihabı reaksiyaların tətiklənməsinə səbəb olur. Çivzə xəstələrində həm daxilə, həm də xaricə tətbiq edilən antibioterapiya məhz bu mikroblara qarşı yönəlmişdir.

3. Hiperkeratoz. Hiperkeratoz tük follikulasının dəriyə açılan hissəinin divarlarının qalınlaşmasıdır. Tük follikulalarının dəriyə açılan hissələrində hiperkeratoz və hiperseborreya səbəbiylə ölmüş hüceyrələrin və yağ möhtəviyyatının depolonması akne yaranmasına səbəb olur. Çivzə xəstələrində bu mexanizmin törətdiyi səpgilər özünü əsasən açıq və qapalı komedonlar şəklində özünü göstərir. Bunlara bəzən ağ nöqtələr və qara nöqtələr deyilir.

4. İltihab. Yuxarıda sadalan hər üç mexanizm zəncirvari qaydada nəhayətdə üz dərisində iltihabi reaksiyalara səbəb olur ki, bu da öz növbəsində akne səpgiləri və qızartılarını yaradır.

Görsəndiyi kimi sızanaq xəstəliyinin yaranması polifaktorialdır. Sızanaq xəstələrində yuxarıda sadalanan dörd ana mexanizmlərdən biri və ya bir neçəsi üstünlük təşkil edərək müxtəlif formalı sızanaq səpgilərinin səbəbi olurlar. Bu səbəbdən çivzə xəstələrinin müalicəsi təşkil edilmədən əvvəl mütləq qaydada dermatoloq əyani şəkildə müayinə edir və xəstəyə spesefik müalicə təyin edir. Dermatoloq Mehdi İskəndərli əlavə edərək söyləmişdir ki, çivzələrin müalicəsi üçün dəri həkimi adətən antibiotiklər, retinoidlər, keratolitiklər istifadə edir. Bu dərmanların hər birisi yuxarıda sadalanan mexanizmləri əngəlləyərək terapevtik təsir göstərirlər. Bundan başqa sızanaq xəstələri üçün xüsusi dieta da təyin edildiyini vurğuladı. Dəri həkimi sonda sızanaq xəstəliyi və fəsadlarının aradan qaldırılmasının mümkünlüyünü bəyan etdi. 

 

 

dermatoloq mehdi iskəndərli

Uzm. Dr. Mehdi İskəndərli

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


4 şərh var

  • Yaqut Qəhrəmanova

    10/12/2019 at 23:12

    salam.9-10 dəəfə muxtəlif səpgilərdə əməliyyat olmusam.indi 60 yaşşım olacaq.son illərdə öd əməliyyatı oldum.nədənsə mənim üzümdə və əllərimdə ləkələr əmələ gəlib.ləkələrdən necə qurtula bilərəm?

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Dr. Mehdi İskəndərli

      11/12/2019 at 14:37

      Salam Yaqut xanım. Hər şeydən öncə diaqnozu dəqiqləşdirmək lazımdır. Bunun üçün isə əyani müayinələr lazımdır. Ləkələrə səbəb olan 1001 səbəb ola bilər. Sizdəki problemi nə olduğunu bilmək üçün klinikaya gəlmənizi məsləhət edərdim. Sonra isə təbii ki, müvafiq müalicələr təyin ediləcək sizə

  • Ramal

    10/12/2019 at 22:34

    Salam həkim sizə sualım budu mənim sol ciyin arxa nahiyədə cox saylı sızanqalar olur və əl vuranda dözülməz aqrıyır zəhmət olmasa nə etmək lazım olduqunu deyərdiz

    Reply

    • dermatoloq mehdi iskəndərli
      Dr. Mehdi İskəndərli

      11/12/2019 at 14:38

      Salam Ramal bəy. Öncə əyani müayinələrdən keçirdib sonra müvafiq müalicələr təyin etmək lazımdır. Sızanağın 1001 növü var və hər birinin də özünəməxsus müalicə üsulları vardır. Yaxşı olar klinikaya gələsiniz

Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN