Papillomanın müalicəsi necə aparılır ?

papillomanın müalicəsi

Papilloma nədir ?

Papillomanın müalicəsi sualından əvvəl papilloma nədir sualına cavab verilməlidir. Papilloma dərinin xoşxassəli törəməsi hesab edilir. Dəridə məməcik şəklində çıxıntılar və ya şişlərə papillomatoz törəmələr deyilir. Dərinin istənilən yerində yarana bilər. Əsasən cinsi papillomalar həm kişiləri, həm də qadınları narahat edir. Uşaqlarda papilloma problemi də ola bilir. Bundan əlavə qoltuq altında, boyunda ət xalı formasında papillomalar rast gəlinir. 

qasıqda qəhvəyi rəngli xallar

Papillomanın yaranma səbəbi nədir ?

Papillomanın yaranma səbəbi onun növündən asılıdır. Papillomanın müalicəsi də növünə görə təyin edilir. Məsələn, ət xalı mənşəyinə sahib dəri papillomaları artıq çəki və metabolik sindrom fonunda yaranır. Belə xəstələrdə qoltuqda qaralma və boyunda qaralma zəminində papillomatoz dəri çıxıntıları meydana gəlir. İnsan papilloma virusu tərəfindən törədilən papillomalar isə əsasən cinsi bölgədə yaranır. Təbii ki, papillomatoz dəri törəmələri düzgün identifikasiyası papillomanın müalicəsi və profilaktikası üçün vacibdir. 

dəridə papillomalar

Papillomanın əlamətləri hansılardır ?

Papillomanın əlamətləri onların əsasən dəri rəngində olmasıdır. Dəridən məməcik bənzəri çıxıntılar şəklində özünü göstərir. Qəhvəyi və çəhrayi rəngində də ola bilər. Cinsi papillomalar qrup şəklində toplaşaraq genital kondiloma formasında özünü göstərə bilir. Eyni zamanda anusda papillomalar ələ gələn kütlə olmaqla yanaşı anusda qaşınma səbəbi də ola bilir. Qanamaya meyilli olurlar. HPV papilloması qadınlarda uşaqlıq boyununun xərçəngi yarada bilir. Kişilərdə nadirən HPV papillomaları penil karsinoma yarada bilir. 

Qoltuqaltında şişkinlik

Genital papillomalar dəri xərçəngi yaradırmı ?

Genital papillomalar və ya genital ziyillər onu yaradan HPV ştammı tipinə uyğun olaraq dəri xərçəngi yarada bilər. Xüsusən HPV 16 və 18 qadınlarda uşaqlıq boyununun xərçənginə səbəb ola bilər. Kişilərdə yanaşı gedən daxili sistem xəstəlikləri yoxdursa dəri xərçəngi riski yoxdur. Anusda HPV isə hər iki cinsi üçün onkoloji cəhətdən risk yarada bilər. HPV mənşəli papilloma bəzən penisdə qəhvəyi ləkələr formasında da özünü göstərə bilir. Bu zaman onkodermatoloq olaraq xəstəni lazımi müayinələrdən keçirdirik. 

alındakı papillomaların müalicəsi

Papillomanın müalicəsi necə aparılır ?

Papillomaların müalicəsi bir necə üsulla icra edilir. Ən etibarlı üsul uzman dermatoloq həkimlərin istifadə etdiyi maye azot və ya krioterapiya üsuludur. Maye azot mənfi 197 dərəcədə olan bir maddədir. Bu maddə törəmələrə sprey şəklində püskürdülür və bu yolla papillomaların dondurulması hadisəsi baş verir. Papillomaların maye azotla yandırılması zamanı keyidici istifadə edilmir. Krioterapiya proseduru ağrısız, qoxusuz, tüstüsüz, qansız, tikişsiz,, sarğısız halda icra edilir. Bir sözlə papillomaların yandırılması prosesi təhlükəsiz şəraitdə icra edilir və 10 dəqiqə zaman alır. Maye azot proseduru sonrası dərhal işə getmək olar. Cünki ağrı olmur və vanna qəbul etmək də olar. Bir sözlə qasıq ziyillərin müalicəsi vardır. 

üzdəki papillomaların dondurulması

Papilloma analizi verilməlidir  ?

Dermatoloq cinsi ziyillər və ya genital papilloma problemi olan xəstədən analizlər tələb edə bilər. Cinsi yolla keçən digər xəstəlikləri aşkarlamaq üçün laborator və mirkobioloji testlər tələb edilə bilər. Ehtiyac olduğu təqdirdə HPV tipinin təyini üçün papillomadan yaxma verilə bilər. Lakin bu analizlərin 1001 növü və forması olduğu üçün mütləq dermatoloq müayinəsindən sonra xəstənin və xəstəliyin fərdi xarakterik xüsusiyyətlərinə uyğun şəkildə həkim özü təyin etməlidir. 

papillomanın müalicəsi

Papilloma diaqnozu necə qoyulur ?

Azərbaycanda dəri problemləri arasında dermatoonkologiyanın bir parçası olan dəri törəmələri xəstəlikləri geniş yayılmışdır. Dəri törəmələrinin diaqnostikası üçün dermatologiyada dermatoskop alətindən istifadə edilir. Papillomaların diaqnozu zamanı da dermatoskop alətindən istifadə edilə bilər. Ehtiyac olarsa xəstələrin dəri əkilməsi olaraq səhvən adlandırdığı dəri biopsiyası da təbiq edilə bilər.  Cünki dəridəki hər papillomatoz törəmələr HPV mənşəli deyildir. Bu cür törəmələr xarici görünüşcə bir birinə oxşasa da mahiyyətcə fərqli törəmələrdir və müalicələr də müvafiq qaydada aparılır. Ona görə papillomaların diaqnostikası üçün sayları artmadan öncə vaxtında dermatoloq həkimə müraciət edilməlidir. 

Alında qəhvəyi yastı papillomalar

Papillomalardan qorunma yolları nələrdir ?

HPV papillomaları xüsusən qasıq ziyilləri və ya genital papillomalar yolxucudurlar. Yəni, papillomalar cinsi yolla keçir qarşı partnyora. Əl təması ilə ailə fərdlərinə o cümlədən anadan balaya keçə bilər. Nəticədə uşaqlarda cinsi papillomalar və anusda papilloma problemi ortaya çıxır. Eləcə də də böyüklərdə əl təması ilə anal papillomalar yarana bilir. Təbii ki, anal və oral cinsi münasibətlərdən sonra da böyüklərdə anus papillomaları və oral papillomalar xüsusən dildə papilloma yarana bilir. Cinsi papillomalardan qorunmaq üçün qoruyucu kondomlar, tez-tez partner dəyişikliyinə son vermək, ümumi gigiyena qaydaların əməl etmək lazımdır. HPV peyvəndi vurulması isə cinsi həyata başlamadan öncə yeniyetməlikdə tətbiq edilən ən ideal qorunma üsuludur. 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir