onkodermatoloq.jpeg

Onkodermatoloq kimdir sualı ilə tez-tez müraciətlər olunur. Dermatoonkoloq və ya onkodermatoloq dəri xərçəngi və xərçəngönü dəri xəstəlikləri ilə məşqul olan dermatoloq həkimlərə verilən şərti ünvandır. ”Onkos” yunanca bir sözdür və şiş mənasını verir. Bu baxımdan onkodermatoloq hər növ dəri şişlərinin müayinə və müalicəsini iştirak edir. Ümumiyyətlə bir çox dəri xəstəlikləri özünü dəri törəməsi formasında göstərir. Belə xəstəliklər müxtəlif ölçülərdə olan  dəri şişi kimi ortaya çıxır. Dəri şişləri iki yerə ayrılır. Bədxassəli dəri törməsi və xoşxassəli dəri törəməsi. Xoşxassəli dəri şişləri metastaz verə bilmədiyi üçün həyati təhlükəli hesab edilmir. Lakin bədxassəli dəri şişləri yaxın və uzaq orqanlara metastaz verərək xəstənin həyatını təhlükə altında qoya bilər. Xoşxassəli dəri törəmələri arasında ən yayqın olanı müxtəlif mənşəli olan papillomalar və ya ət xallarıdır. Virus mənşəli papillomalar özünü ziyil kimi göstərir. Kondiloma adlanan cinsi papillomalar HPV tərəfindən törədilir. Genital papillomaların müalicəsi başda olmaqla digər xoşxassəli dəri törəmələri əksərən krioterapiya və ya maye azot ilə aparılır. 

onkodermatoloq

Onkodermatoloq ət xalı, ziyillər, papillomalar, kondiloma və s. başda olmaqla digər xoşxassəli dəri şişlərinin müalicəsi və profilaktikasında iştirak etsə də, onların əsas vəzifəsi bədxassəli dəri şişlərinin müalicəsi və profilaktikasında iştirak etməkdir. Cünki, bazalioma və ya bazal hüceyrəli karsinoma, melanoma xəstəliyi, skvamoz hüceyrəli karsinoma, merkel hüceyrəli karsinoma, kapoşi sarkoması və s kimi dərinin onkoloji xəstəlikləri həm yerləşdiyi yerə, həm də uzaq orqanlara metastaz verərək xəstənin həyatını təhlükə atlına sala bilir. Dermatookonkoloqlar dərinin onkoloji xəstəliklərinin müalicəsi və profilatikası zamanı preventiv üsullara daha çox üstünlük verir. Cünki dəri xərçəngi əksər hallarda prekanseroz dəri xəstəlikləri sonrası meydana gəlir. Misal üçün melanoma anadangəlmə xalların bədxassəli çevrilməsi səbəbindən meydana gələ bilər. Non-melanotik dəri xərçəngi aktinik keratoz adlanan xərçəngönü dəri xəstəliyi ucbatından meydana gələ bilər. Bu cür törəmələrin vaxtında onkodermatoloq tərəfindən müayinə və müalicəsi dəri xərçənginin qarşısını almış ola bilər. Bundan ötrü xəstələrin gecikdirmədən, erkən vaxtlardan etibarən dermatoloji klinikaya müraciətləri çox vacibdir.

onkodermatoloq

onkodermatoloq

onkodermatoloq

 

 

dermatoloq mehdi iskəndərli

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.


Şərh Bildir

E-mail adresiniz yayımlanmayacaq. Lazımı sahələr * işarəsi ilə qeyd olunub.




ŞƏFANIZI BİZDƏ TAPIN





ŞƏFANIZI BİZDƏ TAPIN