Saç tökülməsi (alopesiya) olan kimə müraciət etsin ?

uşaqlarda alopesiya

Saç tökülməsi nədir ?

Saçlı dəridən gün ərzində normadan artıq saç tellərinin düşməsi saç tökülməsi hesab edilir. Gün ərzində 100-150 saç teli düşməsi normaldır. Yastıqda çoxlu saç telləri, vannada çoxlu saçın olması, daraqda saç yumağı xəstəni artıq narahat etməlidir. Cünki, yumaq şəklində saç tökülməsi və ya lopa lopa saç tökülməsi artıq alopesiya xəstəliyi hesab edilə bilər. Dermatoloq həkimə baş vurulmalıdır. 

Keçəlləşmə hansı variantlarda olur ?

Saçların tökülməsi ən sıx yuxarıda qeyd edilən formalarda olur. Lakin, saç tökülməsi xəstəliyi çox geniş spektrumlu problemdir. Bəzi xəstələr saç tökülməsi yox saçların seyrəlməsi şikayəti ilə müraciət edir. Qadınlarda saçın ortasının açılması şikayəti tez-tez görülür. Eyni zamanda kişilərdə saçın təpədən açılması başlaya bilər. Bir çox kişilərdə saçın gicgah tərəfdən açılması da müşahidə edilə bilər. Bəzilərində hər ikisi də baş veriri. Həm kişilərdə, həm də qadınlarda bu cür saç töklüməsinin qarşısının alınması əsas vəzifə olmalıdır. Əks təqdirdə tam dazlıq xəstəliyi və ya alopesiya xəstəliyi meydana gələ bilər.

Alopesiya nədir ?

Saçların azalması ilə özünü göstərək dərinin tük xəstəlikləri alopesiya adlanır. Bunun əksinə tüklərin çoxalması ilə özünü göstərən dərinin tüklənməsi probleminə  hipertrixoz deyirik. Alopesiya və hipertrixoz bir -birinin əksində duran tük xəstəlikləri hesab edilə bilər. Alopesiya ən çox qadınlarda lopa-lopa saçların tökülməsi ilə özünü göstərsə də tala-tala tökülmə də alopesiyanın sıx görülən formasıdır. Alopesia areata adlanan bu xəstəlik uşaqlarda saç tökülmə problemin əsasını təşkil edir.

Uşaqlarda alopesiya olurmu ?

Əlbəttə uşaqlarda alopesiya problemi pediatrik dermatologiyanın önəmli sahəsidir. Uşaq dəri xəstəlikləri şikayəti ilə müraciət edənlərin mütləq əksəriyyəti uşaqlarda saç xəstəlikləri problemi ilə müraciət edirlər. Hətta yenidoğulanlarda saç tökülməsi ola bilər. Körpələrdə saç tökülməsi əsasən keçici xarakter daşıyır. Tökülmədən çox bir qayda olara körpələrdə saç seyrəkliyi müşahidə edilir. Lakin, məktəbəqədər və məktəb dövrlərində uşaqlarda ocaqlı alopesiya və ya uşaqlarda tala-tala saç tökülməsi müşahidə edilir. Hətta metoforik olaraq uşaqlarda bir gecədə saçların tökülməsi şikayəti ilə müraciətlər olunur. Bu zaman uşaqlarda tam dazlıq yaranır. Bəzi uşaqlarda ənsədə saç tökülməsi mənfi proqnoz göstəricisi olur.

Uşaqlarda saç tökülməsi səbəbi nədir ?

Uşaqlarda saç tökülmə səbəbi əsasəna avtoimmun və infeksioz mexanimzlər ilə meydana gələr. Körpələrdə fizioloji saç tökülməsi olsa da genetik alopesiya problemləri də ola bilir. Uşaqlarda ocaqlı saç tökülməsi səbəbi əksərən avtoimmunitetdir. Yəni, avtonomluq qazanan immun hüceyrələr saç soğanaqlarını zədələyərək tökülmə yaradır. Lakin, uşaqlarda ocaqlı alopesiya sahələri qabıqlıqaşıntılı olaraq infeksioz səbəblərdən şüphələnmək lazımdır.

Saç keçəlləşməsi zamanı kimə müraciət edilməlidir ?

Saç tökülməsi şikayəti olan soydaşlarımız çox təəssüf ki, hansı ixtisas həkiminə müraciət etməli olduğunu bir çox hallarda bilmir. Saçtökülməsi şikayətləri olduğu halda əksər həmvətənlərimiz endokrinoloq, terapevt, qastroenteroloq, revmatoloq və digər ixtisas həkimlərinə müraciət edirlər. Əslində isə saçtökülməsi problemi ilə məşqul olan ixtisas həkimi dermatoloq və ya dəri həkimidir. Cünki, saçlar da dərinin dırnaqla birlikdə əlavəsi sayılır. Yəni, bədəndə olan bütün tüklər dərinin bir parçasıdır. Ona görə saç xəstəlikləri və tük xəstəliklərinin elmi cəhətdən araşdırılması, diaqnostikası, müalicəsi və profilktikası həkim dermatoloq tərəfindən aparılır.

Trixoloq kimdir ?

Ölkəmizdə özünə trixoloq və kosmetoloq deyənlərin mütləq əksəriyyəti həkim deyil. Həqiqətdə isə bu ixtisasla yalnız həkim olanlar məşqul ola bilər. Yəni, dermatoloq olmadan trixologiya və kosmetologiya ilə məşqul olmaq olmaz. Trixologiya dermatologiyanın bir parçasıdır. Lakin, qeyd edək ki, trixoloq adında bir ayrıca ixtisas sahəsi yoxdur. Ad şərtidir. Bundan əlavə saçların tökülməsinə çarə olaraq saçlı dəriyə tətbiq edilən müxtəlif mənşəyi məlum olmayan qeyri-tibbi üsullar tövsiyyə edilmir. Cünki, saçtökülməsinin səbəbi və mənşəyi təyin edilmədən edilən müdaxilələr və müalicələr əksərən ziyan verir.

Alopesiya diaqnozu kim tərəfindən qoyulur ?

Saç keçəlləşməsi problemi kompleks yanaşma tələb edir. Cünki, insanda çoxlu sayda, müxtəlif xarakterli saç xəstəlikləri meydana gələ bilər. Bütün növ alopesiyalar bir birinə bənzədiyi üçün onların ayırd edilməsində mütləq dəri həkimi müayinəsi lazımdır. Nə pasientlər, nə də digər ixtisas həkimləri alopesiyaların differensial diaqnostikasını apara bilər. Bu sahənin uzmanları dəri həkimləridir. Dəri həkimi saç tökülməsinin səbəbi ilə məşqul olur, mənşəyini təyin edir, sonra da müvafiq müalicələr təyin edir. Elə alopesiyalar var ki, heç bir araşdırmalara ehtiyac duyulmur. Saçların tökülməsinin səbəbi bir başa xarici ekzogen faktorlara bağlı olur. Lakin, elə alopesiya var ki, onlar bir başa daxili orqan və sistemlərin problemləri ilə əlaqəlidir. Belə olan halda dermatoloq əlavə olaraq laborator, radioloji, patoloji, trixoskopik müayinələr tələb edə bilər.

Qalıcı dazlıq yaradan alopesiya varmı ?

Bəli bəzi keçəlləşmə xəstəlikləri dermatoloq həkimə vaxtında müraciət edilmədiyi təqdirdə sağalmayan dazlaşma ilə nəticələnə bilər. Belə olan halda saçların bərpası heç bir üsullarla mümkün olmur. Qalıcı keçəlləşmə verən alopesiya zamanı erkən diaqnostika və müalicəsi vacibdir. Saçtökülmə zamanı bir ixtisas həkimindən o biri ixtiasas həkimlərinə müraciətlər və ləngimələr alopesiyanın diaqnostikası zamanı gecikmələr bu isə saç tökülməsi müalicəsi və profilaktikasında gecikmələrə səbəb ola bilir. Dermatoloq həkimə müraciətdə gecikmə qalıcı alopesiya probleminə gətirib çıxarmış ola bilər. Qalıcı dazlıq zamanı xəstələrdə yeni zamanda qalıcı, saqqal, qaş, kiprik, qasıq, qoltuq və bədənin digər nahiyyələrinin tüklərinin də əbədi itirilməsinə səbəb ola bilər. Ona görə saçların tökülməsi zamanı dəri həkiminə müraciətdə gecikməyə yol verilməlidir.

Saç tökülmə səbəbi əksərən nələrdir ?

Çox geniş sualdır. Hər şeydən əvvəl saç tökülmənin diaqnostikası aparılmalıdır. Dermatoloq alopesiyanın diaqnostikası üçün dermatoskop deyilən alətlə trixoskopik müayinə aparır. Yəni, saç dibinin müayinəsi icra edilir. Kliniki və saç dibi müayinəsi vasitəsi ilə dəri həkimi alopesiyanın geri dönən və ya geri dönməyən olmasını təxmin edir. Geri dönməyən alopesiya zamanı dermatoloq bir istiqamət, geri dönən alopesiya zamanı isə digər istiqamət götürmüş olur. Bərpa olunmayan saç tökülməsi zamanı erkən diaqnoz və müalicələr şərtdir. Bərpa olunan saç tökülməsi zamanı da erkən müalicə və profilaktika vacibdir ən azından qadınlarda ciddi saç seyrəkliyi meydana gəlməsin deyə. Ona görə qan analizləri, vitamin testləri, hormonal testlər, bağırsaq sisteminin endoskopiyası və s. kimi yoxlamalar ancaq dermatoloq tərəfindən alopesiyanın mənşəyi təyin ediləndən sonra mümkündür. Yalnız dermatoloq baxışından sonra bu cür dəqiqləşdirici testlərlə saç tökülməsinin səbəbi daha dəqiq təyin edilə bilər. Saç tökülməsinin mənşəyi bilinmədən aparılan yoxlamaların səmərəsi yoxdur, hətta vaxt apardığı üçün ziyanlıdır.

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir