Qoltuqaltında ağrılı şişkinlik şikayəti ilə Kutanoz Klinikaya tez-tez randevular alınır. Qoltuqaltı şiş ən çox kişilərdə rast gəlinən dəri xəstəliyidir. Qadınlarda və yeniyetmələrdə də rast gəlinir. Hər bir insan ömrün də bir dəfə də olsun qoltuq altında şişkinlik problemi yaşaya bilər. Lakin bəzi artıq çəkidən əziyyət çəkən insanlarda qoltuqaltında ağrılı qabarmalar çoxsaylı olduğu üçün və təkrarlayan davamlılıq göstərdiyi üçün dəri xəstəliyi formasında özünü göstrəmiş olur. Qoltuqaltı irinli çibanlar formasıdan olan bu şişkinliklər toxunarkən ağrılı və sıxarkən pis qoxulu irinli ifarazatlı olur. Bu xəstələrdə dəridə irinli çibanlar sadəcə qoltuqlarda deyil eyni zaman qasıqda, sinədə, sağrıda da ola bilər. Qasıqda ağrılı şişkinlik eləcə də qoltuqda ağrılı şişkinlik vaxtında müalicə edilməzsə zamanla çapıqlaşma və hərəkət məhdudiyyəti meydana gətirə bilər. Bu cür xəstələrdə üzdə, sinədə və saçlı dəridə sızanaq xəstəliyi də ola bilir. Qoltuqaltı ağrılı çibanlar dermatoloq tərəfindən diaqnoz qoyulur. Dəri həkimi xəstədən laborator, radioloji, mikrobioloji, dəri biopsiyası və s. kimi testlər tələb edə bilər.
Qoltuqaltında ağrılı şişkinlik əgər xroniki xəstəlik formasında özünü göstərirsə gələcəkdə dərinin onkoloji xəstəliklərinə rəvac verə bilər. Ona görə qoltuqaltında ağrılı şişkinliyin müalicəsi üçün vaxtında dəri və zöhrəvi xəstəlikləri uzmanına müraciət edilməlidir. Qoltuqdakı şişkinliyin səbəbi avtoimmun mexanizmlər, mikroblar, maddələr mübadiləsi pozuntusu, artıq çəki və genetika ola bilər. Bu cür xəstələrdə qabarmalar zamanla açılaraq qoltuqaltı yaralar şəklini ala bilir. Ümumiyyətlə qoltuqaltında qaşıntılı qızartılar ilə özünü göstərən xəstəliklər sürtünməyə bağlı qoltuq yaraları ilə nəticələnə bilər, fəsadlaşa bilər. Mənşəcə müxtəlif qoltuqaltı dəmrov xəstəlikləri su qabarcıqları verən qoltuqaltı qabartılar yarada bilər. Qasıqda ağrılı şiş ilə qoltuqaltındakı ağrılı şiş əksər hallarda paralellik təşkil edir və müalicələr bütüncül qaydada aparılmalıdır. Dəridə ağrılı şişkinliyin müalicəsi üçün dəri və zöhrəvi xəstəlikləri uzmanı antibiotiklər təyin edə bilər. Cünki, qoltuqaltı ağrılı şişkinlik əksərən bakteriyal infeksiyalar ilə fəsadlaşır və pis qoxu verən irin də olur. Lakin, daxilə və xaricə təbiq edilən dərmanlar ilə bu problemi həlli mümkündür.
14 Responses
Salam. Mənim atamda da qoltuqaltı şiş var və müayinə üçün yaxınlaşmaq istəyir. Zəhmət olmasa uyğun olduğunuz gün və saatı qeyd edərsiniz. Əlavə olaraq adres və əlaqə nömrəsi də qeyd edin. Atamın adı Zamin Rzayev, 07.07.1979 təvəllüdlü.
Salam. Randevu üçün qeyd edilən nömrə ilə əlaqə saxlamaq lazımdır. Ünvan: Kutanoz Klinika. Atatürk prospekti. Ayna Sultanova parkının yanı. Bazar xaric hər gün 10:00-15:00 arası, sadəcə 4-cü gün 17.00-21.00 arası xəstə qəbul edilir. Canlı növbə ilə xəstələr qəbul edilsə də randevu verilir. Uzaqda olub gələ bilməyənlər üçün ödənişli onlayn telesəhiyyə xidməti də vardır. Qeyd edilən vatsap nömrəsi ilə əlaqə saxlayaraq əlavə suallarınızı verə bilərsiz. ☎️: (051) 444 66 44, 🌐: http://www.mehdiiskandarli.com 🍃🌺☘️
Salam mədə uzun mutədiki gol altimda ağri olur nə qizariq var nədə şiş var sadəcə ağrilarim olurr səbəbi nədi sizcə
Salam. Məmədə və giləsində deformasiya və ya hər hansı sərtlik var ?
Xeyir yoxdu ama ağrilar olur sinəmdədə həm gol alti həmdə sinə ağrilarim olur bəzən daş kimi olular ağri verir maksimun 6 7 aydiki beldi
Xeyir yoxdu ama ağrilar olur sinəmdədə həm gol alti həmdə sinə ağrilarim olur bəzən daş kimi olular ağri verir maksimun 6 7 aydiki beldi
Sağ tərəfdə olur ya sol tərəfdə ?
Hər 2 tərfdədə eyni di 2 gol altim 2 sinəmdə ağriyir eyndilər 6 7 aydi beldi
Hər 2 tərfdədə eyni di 2 gol altim 2 sinəmdə ağriyir eyndilər 6 7 aydi beldi
Böyük ehtimal dəri xəstəlikləri ilə əlaqəli deyil. Ancaq yenə də müraciət etsəniz dəri və digər əlaqəli xəstəlikləri inkar edəndən sonra aidiyyatı həkimə istiqamətləndirmək olar. Hörmətlə
Salam,mənim sağ qoltuğmun altında balaca mərci dənəsi boyda limfa şişib 3,4gün olur sonra keçib gedir neden olar?qeyd edim sağ süf vəzinfə diffuz fibroz kistoz var 2 birads.
Salam. Ola bilər dəri xəstəliyidir. Müayinə edib diaqnozu dəqiqləşdirmək lazımdır. Hörmətlə
Salam men artix 5 6 saatdi qol altinda agrilar his edirem qolumu terpedende asagi yuxari edende indi baxdim sol teref qol altinda şiş var usdune zeyif toxunanda agri verir
Salam. Ola bilər dəri altında iltihabı reaksiya gedir. Lakin iltihabın səviyyəsini təyin etmək üçün mütləq müayinə lazımdır. Hörmətlə