Dəri zöhrəvi dispanseri haradır ?

dəri zöhrəvi

Dəri zöhrəvi dispanseri adından da görsəndiyi kimi dəri zöhrəvi həkimləri və digər orta tibb işçilərinın toplandığı yerdir. Qeyd edilən terminlər xalq dilində təhrif olaraq qısaldılmışdır. Lakin əslində dəri və zöhrəvi xəstəlikləri dispanseri ifadəsi istifadə edilməlidir. Eyni zamanda dəri və zöhrəvi xəstəlikləri və ya dəri və zöhrəvi həkimləri ifadəsi ən doğru olan rəsmi ifadələrdir. Rəsmi sənədlərdə isə respublika dəri və zöhrəvi xəstəlikləri dispanseri istifadə edilə bilər. Soydaşlarımız arasında ən çox dermatoloq olaraq tanınan dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi dəri, saç, dırnaq, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəlikləri ilə məşquldurlar. Dəri zöhrəvi həkimi, bəzən səhvən dəri zöhrabı kimi ifadə edilən bu ixtisasın elmi adı isə dermatoveneroloq dur. Lakin, ixtisasın adındakı ikili məna pasientləri yanıltmamılıdır. Dəri və zöhrəvi həkimi dəri xəstəlikləri ilə zöhrəvi xəstəliklər ilə yanaşı saç, dırnaq və ağız boşluğunun xəstəlikləri ilə məşquldur. Dispanser sözcüyü isə latın dilində paylamaq mənasını verir. İlk dəfə dərman paylamaq mərkəzi kimi açılmışdır bu müəssisələr. 

Terminoloji cəhətdən dispanser arxaizmi və köhnəliyi özündə ehtiva edən ifadədir və adına laiq faəliyyət göstərmirlər artıq. Cünki, dərman paylama mərkəzi mənasını verən dispanserləri artıq apteklər əvəz etmişdir. Mütərəqqi səhiyyəyə sahib ölkələrdə, ölkəmizdə bir çox dövlət və özəl tibb müəssisələri adları hospital, klinika, xəstəxana kimi göstərilir. Lakin, ölkəmizdə hələ də ad baxımından özündə köhnəliyi ehtiva edən tibbi müəssisə adları, ( məsələn vərəm əleyhinə dispanser və s. ) mövcuddur. Lakin buna baxmayaraq dispanser müəssisələrinin tibbi xidmətləri müasir təbabətə yaxınlaşdırılır və bu istiqamətdə işlər aparılır. Dəri zöhrəvi dispanseri poliklinik xidmətlər versə də əsasən stasionar tibbi xidmət verməklə də mükəlləfdir. Cünki, bir çox dəri xəstəlikləri xəstəxana şəraitində müalicə edilməlidir. Lakin, eyni xidmətlər özəl dermatoloji klinika və poliklinikalarında da verilir ölkəmizdə. Cünki, əksər dəri xəstəliklərinin dispanzerizasiya tələbi yoxdur. Bununla bahəm xüsusi yoluxdurma qabiliyyəti yüksək olan dəri xəstələri dəri zöhrəvi dispanseri kimi müəssisələrdə müalicə alması tələb oluna bilər. Buna ilkin dermatoloq müayinəsindən sonra qərar verilir. 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər