Qırmızı qurd eşənəyi xəstəliyi və günəş

qırmızı qurd eşənəyi

Qırmızı qurd eşənəyi dərinin avtoimmun revmatizmal sistem xəstəliyi sayılır. Digər adı SLE və ya lupus eritemi olan bu xəstəlik ilk başda dəridə qızartılar şəklində özünü göstərir. Dərinin açıq sahələrində qaşıntılı qızartılar şəklində səpgilər yaranır. Malar raş və ya kəpənək eritemi əsas əlamətlərdəndir. Ağız boşluğunun selikli qişasında aftoz yaralar da yarana bilər. Saçlarda tökülmə, dırnaq problemləri də tez-tez rast gəlinir. Lupus xəstələri günəş şüalarına qarşı dözümsüz olurlar. Beləki, fotosensitivlik deyilən hallar eritemli lupus xəstələrində demək olar ki, hər zaman rast gəlinir. Məhz bu səbəbdən günəşli sezonlarda lupus xəstəliyi kəskinləşir. Qırmızı qurd eşənəyi xəstəliyi günəşli sezonlarda kəskinləşdiyi üçün xəstələr fevral aylarının sonun, mart aylarının əvvələrində nəzarətdə olduqlar dermatoloq həkimə müraciət edirlər. Dəri həkimi Mehdi İskəndərli qeyd edir ki, SLE xəstələri profilaktik təbirlər görərlərsə xəstəliyin kəskinləşmasindən yan keçə bilərlər. Nəzarətdə qaldıqları dəri həkimi günəşdən qorunma qaydalarını xatırladaraq və müvafiq günəşdən qoruyucu terapiyalar ilə xəsətliyi remissiyada saxlamaq mümkündür.

qırmızı qurd eşənəyi xəstəliyi

Dermatoloq Mehdi İskəndərli onu da əlavə edir ki, lupus xəstələrində səpgilər sadəcə günəş ilə provokasiya olmur. İnfeksioz mənşəli patologiyalar da qırmızı qurd eşənəyi xəstəliyini remissiyadan çıxarda bilər. Qırmızı qurd eşənəyi xəstəliyi müxtəlif klinik variantlarda ola bilər. Dərinin digər xəstəlikləri ilə qarışdırılır. Yanlış diaqnozlar ilə xəstələrin müalicələri gecikdirilir. Gecikmə nəticəsində lupus xəstəliyinin dərinləşməsi və daxili orqanlara sirayət etməsi müşahidə olunur. Bu isə xəstənin itirilməsi ilə nəticələnə bilər. Eritemli lupus xəstəliyi zamanında müalicələr aparılmzsa sonu ölümlə nəticələnə bilər. Odur ki, dəridə qaşıntılı qızartılara biganə qalmamaq lazımdır. Xüsusən günəş şüalarının təsirindən yaranan qızartılar dermatoloq həkimə göstərilməlidir. Xəstəliyin qırmızı qurdeşənəyi olub olmaması təyin edilməlidir. Təsdqi olduğu təqdirdə müvafiq müalicələrə başlanılmalıdır. Dermatoveneroloq sonda qeyd edir ki, SLE xəstəliyi proqressivləşərək başda böyrəklər olmaqla bir çox orqan və sistemləri sıradan çıxarda bilər. Odur ki, günəş şüalarından sonra yaranan qızartılar daxili orqanları da cəlb edə biləcəyini nəzərdə tutaraq zamanında dermatoloq müayinəsi alınmalıdır. Cünki, dəri daxili orqanların güzgüsüdür. 

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər